Astaralı filosof UNESCO-nun “Xatirə medalı”na layiq görülüb

 

   Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə elmləri namizədi, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Əməkdar müəllim Əlihəsən Həmzəyev Yunanıstanın paytaxtı Afina şəhərində “Ən yaxşı fəlsəfi ideyalar bəşəriyyəti xoşbəxt gələcəyə aparır” mövzusunda keçirilmiş Dünya Fəlsəfə Forumunda iştirak edib.

   Forumda uğurlu çıxışına və dəyərli fəlsəfi fikirlərinə görə həmyerlimiz Ə.Həmzəyev UNESCO-nun “Xatirə medalı”na layiq görülüb.

   Qeyd edək ki, Dünya Fəlsəfə Forumunun yaradıcısı və prezidenti Yunanıstanın mədəniyyət naziri, Afina Milli Konservatoriyasının professoru, UNESCO-nun Yunanıstan üzrə incəsənət, ədəbiyyat və elm klubunun sədri Elias Dəmirçioğlu, vitse-prezidenti professor, Rusiya Fəlsəfə Cəmiyyətinin və Rusiya Humanitar Cəmiyyətinin üzvü, UNESCO-nun eksperti İqor Kondrasindir.

 

Mədəniyyət.- 2010.- 10 dekabr.- S. 4.