Kitabxanaların elektron resurslarının
idarə olunmasına
dair treninq keçirilir
Dekabrın 13-də C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında “Kitabxanaların
elektron resurslarının
idarə olunması” mövzusunda treninqin açılışı oldu.
Tədbirdə çıxış
edən Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin
Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirdi ki, treninqlər ölkə başçısının
2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı»na əsasən təşkil olunub.
Respublikanın kitabxana-informasiya sahəsində aparılan
islahatlar, o cümlədən
kitabxanaların informasiyalaşdırılması
sahəsində həyata
keçirilən tədbirlərdən
danışan L.Məmmədova
kitabxanalarda yaradılan
elektron resursların, habelə hüquqi informasiya mərkəzlərinin
fəaliyyətinin daha
da genişləndirilməsinin
vacibliyini vurğuladı.
Dekabrın 17-də başa
çatacaq kurslarda Mədəniyyət və
Turizm Nazirliyinin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların,
şəhər (rayon) mərkəzləşdirilmiş
kitabxana sistemlərindən,
habelə respublikanın
bir sıra ali məktəb
kitabxanalarından bu sahə üzrə 106 mütəxəssis iştirak
edir. Təlimləri elektron resurslar
üzrə aparıcı
kitabxanaların mütəxəssisləri
aparırlar. Treninqdə Mədəniyyət
və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
mütəxəssisləri tərəfindən kitabxanaların
informasiyalaşdırılması, kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılmasına dair nəzəri və praktiki kurslar keçirilir.
Tədbirdə Prezident
Kitabxanasının, Gəncə
və Sumqayıt şəhər Mərkəzi
Kitabxanalarının kitabxana-biblioqrafiya
proseslərinin avtomatlaşdırılması
sahəsində müsbət
təcrübəsi və
bu mövzularda hazırlanmış təqdimatlar
nümayiş etdirildi,
Rusiya Federasiyasının
Hüquqi İnformasiya
Mərkəzinin Moskva
ofisi ilə “online”
video bağlantı yaradılaraq
diskussiyalar keçirildi.
Qeyd edək ki, təlimlərin
son günündə iştirakçılara
sertifikatlar veriləcək.
Mədəniyyət.-2010.-15 dekabr.-S.4.