“Xalq oyunları mədəniyyəti: klassik
irs və müasirlik” mövzusunda konfrans
Dekabrın 14-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami
Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinə daxil olan yeni eksponatların
təqdimat mərasimi
keçirilib.
Tədbirdə çıxış
edən muzeyin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov muzeyin yaradılmasının
70 illik yubileyinin ölkəmizdə geniş
şəkildə qeyd
olunduğunu deyib. O, prezident İlham Əliyevin sərəncamı
ilə Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin əməkdaşları
fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edildiyini nəzərə çatdırıb.
Muzeydə 2011-ci ilin yazında
keçirilməsi nəzərdə
tutulmuş “Xalq oyunları mədəniyyəti:
klassik irs və müasirlik” mövzusunda konfransla bağlı məlumat verən direktor deyib ki, 3 gün
davam edəcək tədbirdə dünyanın
bir sıra ölkələrindən tanınmış
alimlər məruzələrlə çıxış
edəcəklər.
Sonra tədbir iştirakçılarına
muzeyə təqdim edilmiş yeni eksponatlar haqqında məlumat verilib. Diqqətə çatdırılıb
ki, bu əsərlərdən
biri almaniyalı tədqiqatçı Məhəmmədəli
Hüseyninin muzeyə
hədiyyə etdiyi “Saib Təbrizinin portreti”dir. Digər
əsər isə Saib Təbrizinin 400 illiyi münasibətilə
Tofiq Quliyevin şairin sözlərinə
bəstələdiyi romansın
klaviridir.
Mədəniyyət.-2010.-15 dekabr.-S.2.