Azərbaycanda yəhudilərin tarixi və mədəniyyəti
“İRS-Naslediye”
jurnalının son sayında bu barədə geniş yazı
dərc olunub
Moskvada nəşr edilən “İRS-Naslediye” beynəlxalq
jurnalının növbəti
sayında ənənəvi
olaraq Qarabağ probleminə böyük yer ayrılıb. “Azərbaycan diplomatiyası
və Qarabağ: Kürəkçay müqaviləsindən
bolşevik işğalına
qədər” sərlövhəli
məqalədə 1805-ci ildən
sonrakı proseslərdən,
Azərbaycan ərazisində
ermənilərin məskunlaşdırılmasından
bəhs edilir.
Jurnalın bu nömrəsində sovet dövründə Azərbaycanda memarlıq və şəhərsalma
mövzusunda materiallar,
Azərbaycan miniatür
sənətinin formalaşması
və inkişafına
həsr edilmiş növbəti məqalə
yer alıb. Bu dəfə Təbriz miniatür məktəbinin yaranması
və onun ilk işləri barədə söhbət
açılır.
“İRS-Naslediye”
jurnalının bir rubrikası isə Azərbaycanda ta qədimdən yaşayan milli azlıqlara həsr edilib. Jurnalın bu nömrəsində Azərbaycan
yəhudiləri, onların
köçürülməsi, ənənələri, zəngin
və bənzərsiz
mədəniyyəti barədə
geniş material təqdim olunub. Məqalənin müəllifləri
Sergey Vaynşteyn və German Zaxaryayev qeyd edirlər ki, Cənubi Qafqazda, indiki Azərbaycan və Cənubi Dağıstan ərazisində
yəhudilər erkən
orta əsrlər dövründə məskunlaşıblar.
Bunu arxeoloji artefaktlar da təsdiq edir. Məqalədə mötəbər
arxiv materiallarına əsaslanaraq qeyd edilir ki, Quba
xanlığının hökmdarları
Azərbaycanın bütün
torpaqlarında yaşayan
yəhudiləri bu xanlığın ərazisinə
köçməyə dəvət
ediblər. Qeyd edilir ki, yəhudilər
burada özlərini həmişə rahat hiss edib və
çoxmillətli etnomədəni
Azərbaycan cəmiyyətinin
tərkib hissəsi olublar.
Jurnalın axırıncı sayında
“Balet Azərbaycan milli mədəniyyətinin
layiqli tərkib hissəsidir”, “Xoşbəxtliyin
rəngləri” və
digər məqalələr
də diqqəti cəlb edir. “Azərbaycan əcnəbilərin
gözü ilə” adlı yeni rubrikada isə oxucular Azərbaycanın qonaqlarının ölkəmiz
haqqında təəssüratları,
onların yol qeydləri, fotoreportajları
ilə tanış ola bilərlər.
Mədəniyyət.-2010.-15 dekabr.-S.14.