Sev ki, sevən mərd olar

 

Qulu Əsgərovu xatırlayarkən

    

   Azərbaycan ifaçılıq sənəti tarixində Qulu Əsgərovun öz yeri, öz dəst-xətti var. O, yalnız xanəndə kimi yaddaşlarda qalmayıb. Qulu Əsgərov həm müəllim, həm neçə-neçə mahnıların müəllifi kimi xatırlanır.

   Qulu Rüstəm oğlu Əsgərov 1928-ci il dekabrın 18-də Salyan rayonunda anadan olub. İlk çıxışları rayon teatrında olub, sonra orada xalq çalğı alətləri ansamblı yaradaraq ona rəhbərlik edib. 1954-1958-ci illərdə A.Zeynallı adına musiqi məktəbində təhsil alaraq ustad xanəndələr Seyid Şuşinski Nəriman Əliyevdən sənətin sirlərini öyrənib. Eyni zamanda Əhməd Bakıxanovdan, Adil Gəraydan tar, Midhət Əhmədovdan isə bəstəkarlıq dərsi alıb.

   O, opera səhnəsində mahir bir müğənni kimi yaddaqalan ifalar nümayiş etdirib. Uzun illər Məcnun, İbn Səlam, Kərəm, Aşıq Qərib bu kimi obrazlarla tamaşaçıya elə bir sənət təqdim etmişdir ki, o, həmin obrazlarla da yadda qalıb. Bütün bunlar Qulu Əsgərovun özünəməxsus səs tembri ifa xüsusiyyətləri ilə bağlıdır. Belə ki, onun heç kimə bənzəməyən səs çalarları vardı.

   Onun səsi seçilən səslərdəndir. O, bu məlahətli səsi ilə neçə-neçə xalq mahnı təsnifləri, muğam dəstgahları, eləcə bəstəkar mahnılarını milli operalardakı obrazları böyük ustalıqla ifa edərək onları bugünkü nəslə yadigar qoyub gedib. Bu yadigarlar içərisində Qulu Əsgərovun öz bəstələri var. Hətta bu bəstələr bir vaxtlar xalq mahnıları təsnif kimi tanınıb. Çünki onları xalq musiqisini dərindən mənimsəyən, sevən ifa edən bir sənətkar yaradıb.

   Bunlardan «Dolanaram başına», «Muğana ceyran», «Könül bağladım», «Həyat var olsun» başqalarının adını çəkə bilərik. Bu nəğmələr Qulu Əsgərovun köksünə sıxıb dilləndirdiyi tarının tellərində yaranıb. Onların əksəriyyəti bu gün ifaçıların repertuarında geniş yer tutur. Amma açığını deyək ki, yəqin ki, bəzi ifaçıların səsindən bu nəğmələr eşidiləndə bəlkə Qulu Əsgərovun ruhu inciyir. Çünki bəzən onun mahnılarının sözləri musiqisi təhrif olunur. Elə bu yazının sərlövhəsinə onun Hüseyn Kürdoğlunun sözlərinə bəstələdiyi mahnının misrasını seçməyimiz təsadüfi deyil.

   Bəli, mahnıda belə deyilir: «Sev ki, sevən mərd olar». Amma bunu belə oxuyurlar: “Sevgi sevən mərd olar”.

   Həmin mahnının daha bir misrası da belədir: “Sevgilini qınama, İnanırsan, sınama”.

   İfaçılar isə bu misralarıSevgilini qınama, Qınayırsan, sınamakimi oxuyurlar.

   Buna bənzər yanlışlıqlar çoxdur.

   Görkəmli sənətkarın ruhunu şad etmək üçün onun irsini yaşatmalı yadigarlarını doğru-düzgün təbliğ etməliyik. Bu yalnız Qulu Əsgərovun deyil, onun simasında bütün unudulmaz sənətkarların ruhu qarşısında bizim mənəvi borcumuzdur.

  

   Səadət Təhmirazqızı, musiqişünas

 

Mədəniyyət.- 2010.- 17 dekabr.- S. 13.