“Mən qayıtdım

 

Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb

 

Rusiya Silahlı Qüvvələrinin Mədəniyyət Mərkəzində soydaşımız, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Mən qayıtdım” adlı sərgisi açılıb.

 

Əsgər Məmmədov 1945-ci ildə Ağdamın Mərzili kəndində doğulub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Moskva ÜDKİ-nin cizgi filmləri fakültəsini bitirib. Moskvada yaşayıb-yaradır.

İstedadlı rəssamın sərgisinin adı təsadüfən seçilməyib. Növbəti ekspozisiyanın açılışı, həqiqətən, qayıdış rəmzidir. Rəssamın əsərləri iki dəfə məhv olub o, hər şeyi yenidən başlayıb. 1992-ci ildə Qarabağ müharibəsi zamanı Əsgər Məmmədovun 200 əsərdən ibarət qalereyası məhv olub, 2004-cü ildə Moskva Manejində baş verən yanğın onun yeni kolleksiyasını külə döndərib.

Sərgidə Əsgər Məmmədovun onlarca əsəri, o cümlədən doğulduğu Qarabağın, Bakının mənzərələri, Azərbaycan dağları və kəndləri, Moskvaətrafı peyzajlar əks olunmuş rəsmlər nümayiş etdirilir. Dağ yolu”, “Sevgi rəngi”, “Sevgi işığı”, “Qoca çayxanaçı”, “Məscid”, “Qarabağda axşam digər əsərlər xüsusi maraq doğurub. Rəssam kolleksiyasının iki dəfə məhv olmasına baxmayaraq ruhdan düşməyib, yeni-yeni əsərlər yaratmaqda davam edib. Sənətkarın Türkiyə, İsrail, İspaniya, Kiprdə sərgiləri təşkil olunub.

 

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 15.