“Ölkəmizə
gələn turistlərin sayı ilbəil artır”
«Caspian
tur» şirkətinin rəhbəri Murad Məmmədov: “Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə beynəlxalq sərgilərdə
iştirak əlaqələrimizi daha da genişləndirməyə
imkan verir”
Hazırda Azərbaycanda 200-dən
çox turizm şirkəti lisenziya ilə fəaliyyət
göstərir. Məlumdur ki, ölkədə
rəqabətə davamlı
turizm bazarının yaradılmasında, dünya
turizm bazarına inteqrasiyada turizm şirkətlərinin mühüm
rolu var. Dünyanın
bu sahədə inkişaf etmiş əksər ölkələrinin
təcrübəsi də
göstərir ki, heç bir turizm obyekti öz məhsulunu turizm şirkətlərinin
köməyi olmadan tanıtdıra bilmir.
«Caspian tur» turizm şirkətinin rəhbəri
Murad Məmmədovla söhbətimiz də elə bu mövzuda
oldu.
-
«Caspian-tur» şirkəti 2001-ci ildən turizm fəaliyyəti
ilə məşğul olur. Əsasən xarici turistlərin ölkəmizə
gətirilməsi və
yerləşdirilməsi, həmçinin
də Azərbaycan vətəndaşlarının xarici ölkələrə
turist səfərlərini
təşkil edirik. Qeyd edim ki,
əvvəlki illərlə
müqayisədə ölkəmizə
gələn turistlərin
sayı bu il xeyli artıb.
Mən bunun başlıca səbəbini
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən ölkəmizin
turizm potensialının
getdikcə daha geniş tanıdılması
ilə izah edirəm. Artıq dünyanın bir çox yerlərindən,
o cümlədən Asiya
ölkələrindən, Amerikadan
turistlər qəbul edirik. Şirkətimizin Bakının bir neçə yerində ofisi var. Bir çox beynəlxalq turizm təşkilatlarının
üzvüyük. Bu da
bizə daha geniş fəaliyyət imkanı verir. Dünyanın 150 ölkəsinin
şəhərlərində mehmanxanalarda yer sifariş vermək imkanımız var. Müştərilərimizin
viza problemini tez həll etmək
üçün Azərbaycandakı
bütün xarici ölkə səfirliklərində
qeydiyyatdan keçmişik.
Yayda Türkiyənin
Antalya bölgəsinə, qışda
isə Birləşmiş
Ərəb Əmirliklərinə
daha çox turist göndəririk. Hər ölkədə əməkdaşlıq etdiyimiz
turizm şirkətləri
var. Bu yaxınlarda Azərbaycan
Mədəniyyəti Günləri
çərçivəsində İordaniyada oldum. Bu ölkənin turizm assosiasiyasında geniş görüş keçirdik,
5 böyük turizm şirkətinin rəhbəri
ilə əməkdaşlıqla
bağlı danışıq
apardıq. Qeyd edim ki, İordaniyanın
təkcə turizm şirkətlərinin deyil,
vətəndaşlarının da Azərbaycana hədsiz marağı var.
Buna görə də
yaxın aylarda, o cümlədən də Novruz bayramı ərəfəsində Bakıdan
Əmmana birbaşa çarter reysləri açılacaq. Biz artıq
proqram da tərtib etmişik. Turistlər 2-3 gün Əmmanın tarixi yerləri ilə
- Şirkətiniz geniş turizm fəaliyyəti ilə məşğuldur.
Təbii ki, vətəndaşlara xidmət
etmək üçün
ofislərinizdə peşəkar
insanlar çalışmalıdır.
Bu problemi necə həll edirsiniz?
- 2001-ci ildə bu şirkəti
açanda mənə
cəmi üç nəfər işçi lazım idi. Mən müştəriləri
razı salmaq üçün peşəkar
mütəxəssislər cəlb
etdim. Sonradan işimi genişləndirdikdə
mənə daha çox işçilər
lazım olurdu.
2007-2008-ci illərdə bu
baxımdan çətinliklərlə
qarşılaşırdım. Həm turizm işini, həm də dil bilən
kadrları tapmaq çox çətin idi. Bu səbəbdən də dünya ölkələrinin təcrübəsinə
uyğun olaraq öz işçilərimi
xarici ölkələrə
müxtəlif kurslar keçməyə göndərirəm.
Ötən il Turizm İnstitutunun 3 nəfər tələbəsi
bizdə təcrübə
keçib. Çox çalışqan gənclər
idilər. Bu il Türkiyədə olarkən
həmin institutun 5 nəfər tələbəsini
orada gördüm. Təcrübə keçirdilər.
Türkiyə şirkətindən
mənə bildirdilər
ki, tələbələrin
gəlməsini özləri
istəyiblər. Çünki
onlar Azərbaycan, rus, ingilis dillərini
bilirlər. Bu da həmin şirkət üçün çox sərfəlidir. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev turizm şirkətləri ilə
görüşlərində həmişə bizə tövsiyə edir ki, Turizm İnstitutunun
tələbələrinin potensialından
istifadə edək.
- Azərbaycan
Turizm Assosiasiyasının (AZTA) fəaliyyəti sizi qane edirmi?
- Bizim
şirkət bu qurumun Təftiş Komissiyasının
üzvüdür. Bir neçə dəfə problemlərlə
qarşılaşmışıq, yazılı halda AZTA-ya müraciət etmişik. Müraciətimizə
çox tez reaksiya veriblər və problemimiz həll olunub. Eləcə də digər şirkətlərin
qarşılaşdığı problemlərin həll edilməsinə AZTA yaxından
kömək edir. Qurum uzağı ayda bir dəfə
toplaşır. Üzvlərin
təklifləri dinlənilir,
onların çətinliklərinin
həlli yönündə
məsləhətləşmələr aparılır.
-
AZTA-ya üzv olmaq istəyən şirkətlər hansı
şərtlərə əməl etməlidir və ya əksinə,
qurum onlara nə vəd edir?
-
Qurum üzvü olan şirkətin birinci vəzifəsi hər
ay oraya üzvlük haqqı ödəməkdir. Bu pulla assosiasiyanın rəhbərliyi
və fəal üzvləri xarici ölkələrdə keçirilən
müxtəlif tədbirlərdə
iştirak edir. Bundan əlavə, AZTA-nın işçilərinin
əməkhaqqı da
həmin puldan ödənilir. İkinci şərt ondan ibarətdir ki, lisenziya almaq istəyən turizm şirkəti mütləq
AZTA-ya üzv olmalıdır. Mədəniyyət
və Turizm Nazirliyinə həmin şirkətin təqdimatını
da assosiasiya verir.
- Azərbaycanda
mövcud durum elədir ki, hotellər turizm şirkətlərinin
xidmətindən istifadə etmirlər...
- Bu çox
böyük problemdir.
Digər ölkələrin
hotelləri ilə daha yaxşı anlaşırıq, nəinki
öz hotellərimizlə.
Bizim mehmanxanalar turizm şirkətləri ilə müştəri arasında qiymət baxımından heç bir fərq qoymurlar.
Halbuki hotellər şirkətlərə 10 faizə
qədər güzəşt
etməlidirlər. Əslində
bizim qazancımız da elə bu
10 faizdir. Biz müştəriyə
nisbətən aşağı
qiymət təklif etməliyik ki, onlar da bizim
xidmətimizdən istifadə
etsinlər. Bu yaxınlarda
Azərbaycan Hotel Kompleksləri
Assosiasiyası ilə
AZTA birləşdi. Burada
əsas məqsəd hotellərlə turizm şirkətləri arasındakı
bu anlaşılmazlığın
aradan qaldırılmasıdır.
Əvvəllər qarşılaşdığımız
bir problem də xarici qonaqların qalması üçün
yerlə bağlı idi. Artıq belə çətinliklə
üzləşmirik. Azərbaycanın
bütün bölgələrində
yüksək standartlara
cavab verən mehmanxanalar və istirahət mərkəzləri
var.
-
Problemin səbəbini nədə görürsünüz? Bəlkə
bu anlaşılmazlıq hotel menecerlərinin təcrübəsizliyindən
irəli gəlir?
- Mən
deməzdim ki, problemin kökü hotel menecerlərinin təcrübəsizliyidir.
Çünki əksər hotellərin idarəçiləri
ya bu sahədə böyük təcrübəsi olan xaricilərdir, ya da xaricdə təhsil almış və uzun illərin
təcrübəsi olan
azərbaycanlılardır. Mənim fikrimcə, bu, sadəcə olaraq, hotellərin siyasətidir. Bu siyasət
də ondan ibarətdir ki, onlar turizm şirkətlərinə
müştəri gözü
ilə baxırlar.
-
Builki turizm mövsümü sizin şirkət
üçün nə ilə yadda qaldı?
-
İl ərzində şirkətimiz ötən illə
müqayisədə 20 faiz çox turist qəbul edib. Təxminən 4200 nəfər
xarici vətəndaşı
Azərbaycana gətirmişik.
Şirkətimizin saytı
fəaliyyət göstərir.
Bu sayta dünyanın
bütün ölkələrindən
daxil olmaq mümkündür. Bu il
«Caspian tur» şirkəti
xarici ölkələrdə
keçirilən bir necə sərgidə iştirak edib. Bu da təbii ki,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə baş tutur. Bu sərgilərdə iştirak
etmək bizə əlaqələrimizi genişləndirmək
və ölkəmizə
daha çox turist gətirmək baxımından böyük
imkanlar verir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 9.