Qəbələdə
beynəlxalq rəsm sərgisi
Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun və SEBA (Seul-Baku)
Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının birgə təşkilatçılığı
ilə dekabrın 18-19-da Qəbələ beynəlxalq rəsm
sərgisi keçirilib. Qəbələ şəhərindəki
“Riverside” hotelində keçirilən sərgini SEBA-nın sədri
Ruhəngiz Heydərova açaraq beynəlxalq tədbirin
böyük əhəmiyyət kəsb etdiyini diqqətə
çatdırıb. R.Heydərova bu sərginin Heydər Əliyev
Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondu
tərəfindən mədəniyyətimizin
genişmiqyaslı təbliği istiqamətində
reallaşdırılan layihələrin davamı olduğunu
bildirib.
Açılış
mərasimində Heydər Əliyev Fondunun və Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın sərgi
iştirakçılarına ünvanlanmış təbrik məktubunu
Fondun icraçı direktoru Anar Ələkbərov oxuyub.
Tədbirdə
Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri
Firudin Qurbanov, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
Fərhad Xəlilov, Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər
Eldarov, Koreya Respublikasının Azərbaycandakı səfiri
Li Ci-Han çıxış edərək sərginin mədəniyyətlərarası
dialoqun tərkib hissələrindən biri olduğunu bildirib,
bu incəsənət bayramının ənənəvi olaraq
keçirilməsini arzulayıblar.
Sonra
Birinci Qəbələ Beynəlxalq rəsm sərgisinə
baxış keçirilib. Məlumat verilib ki, beynəlxalq sərgidə
14 ölkədən - Azərbaycan, Almaniya, Avstraliya, ABŞ,
Türkiyə, Böyük Britaniya, Braziliya, Fransa,
Gürcüstan, İtaliya, Koreya Respublikası, Latviya,
Polşa və Rusiyadan 81 rəssamın 150-dən çox əsəri
nümayiş olunur.
Sərginin
tərtibatı, nümayiş olunan rəsm əsərləri
tədbir iştirakçılarında xoş təəssürat
yaradıb. Mütəxəssislər sərginin peşəkarcasına
təşkil olunduğunu bir daha qeyd ediblər.
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 8.