«TÜRKSOY kitabxanası» seriyasından yeni təqdimat

 

«Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri»

 

Dekabrın 17-də M.F.Axundzadə adına Milli Kitabxanada böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məxdumqulu Fəraqinin əsərlərindın ibarət kitabın təqdimatı keçirildi.

 

“TÜRKSOY kitabxanasıseriyasından Ankarada nəfis tərtibatla çap edilmiş kitabın tərtibçisi türkməncədən uyğunlaşdıranı, ön söz müəllifi Ramiz Əsgər, redaktoru Əli Şamildir. Kitab Azərbaycan Türkmənistan prezidentləri İlham Əliyev Qrubanqulu Berdimuhəmmədovun xalqlarımızın dostluğu qardaşlığı haqqında dedikləri xoş sözlərlə başlayır. Kitabda TÜRKSOY-un baş katibi Düsen Kaseinovun fikirləri yer alıb. Onu da qeyd edək ki, kitabın təqdimat mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edirdi.

Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov türk dünyasının görkəmli söz ustadlarına həsr olunmuş belə kitablar seriyasını başladığına görə TÜRKSOY təşkilatına minnətdarlıq etdi. O, arzu etdiyini bildirdi ki, 2012-ci ildə 200 illik yubileyi qeyd ediləcək böyük yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə haqqında da belə bir kitab nəşr olunsun.

Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə nazirliyin bu cür layihələri daima dəstəklədiyini diqqətə çatdırdı: «Xüsusən TÜRKSOY-la bu istiqamətdə əməkdaşlığımız son illər daha da genişlənib. Mədəni layihələrin həyata keçirilməsində bu təşkilatla birgə işlərimizi davam etdirəcəyik».

TÜRKSOY-un baş katibi D.Kaseinov kitabı türkməncədən Azərbaycan türkcəsinə çevirən Ramiz Əsgərə minnətdarlıq edərək gələcəkdə belə silsilə kitabların nəşr ediləcəyini dedi: “Bir sıra yeni ədəbi əsərlərin nəşr olunmasını da planlaşdırırıq. Ümumiyyətlə gələcəkdə bütün türk xalqlarının nümayəndələrinin bu seriyadan kitabları çap ediləcək”.

Daha sonra çıxış edən Xalq yazıçısı Anar böyük türkmən şairi Məxdumqulu Fəraqini Molla Pənah Vaqif, Molla Vəli Vidadi kimi Azərbaycan şairləri ilə müqayisə etdi: «TÜRKSOY həqiqətən çox böyük işlər görür. Son işlərindən biri bizim ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin klassik «Koroğlu» operasının türk ölkələrində göstərilməsidir. İndi böyük türkmən şairi Məxdumqulu Fəraqinin kitabı TÜRKSOY tərəfindən Azərbaycan dilində nəşr olunub. O, türk dünyasının böyük şairidir. Azərbaycanın Molla Pənaf Vaqif, Molla Vəli Vidadi kimi şairləriylə eyni dövrdə yaşayıb. Bu şairlər kimi, o da türk poeziyasında, şeir dilinin sadələşməsində müstəsna rol oynayıb».

Atatürk Mərkəzinin direktoru, millət vəkili, professor Nizami Cəfərov isə bildirdi ki, türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı əlaqədə vahid bir kontekstdə öyrənilməsində yeni bir mərhələ başlayır: «Bu mərhələ daha çox sistemliliyi ilə seçilir. Artıq bütövlükdə ədəbiyyatları tanımaq mümkündür. Uzun illər bir-birindən təcrid olunmuş türk dilləri bu tərcümələrlə yenidən yaxınlaşır».

Tədbirdə xalq artistləri Nurəddin Mehdixanlı və Laləzar Mustafayeva türkmən şairinin poeziyasından seçmələr səsləndirdilər.

 

 

Gülər

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 7.