Alternativ turizm insanları
bir-birinə yaxınlaşdıran
istirahət növüdür
Turizm İnstitutunda keçirilən
konfransda bu barədə müzakirələr
aparıldı
Dekabrın 18-də Turizm İnstitutunda “Alternativ turizmin inkişafı” mövzusunda konfrans keçirildi.
Konfransı giriş sözü
ilə açan
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov
öncə rəhbərlik
etdiyi təhsil ocağı barədə məlumat verdi: “Beş ildir ki, Turizm İnstitutu
fəaliyyətdədir və
turizm sektorunun tələbatına uyğun
olaraq müxtəlif ixtisaslar üzrə kadr hazırlığını
davam etdirir. Artıq magistratura pilləsində
ATİ-də dərslər
aparılır. Növbəti ildən institutumuzda doktorantura mərhələsinə
hazırlıq üzrə
də işlər davam etdiriləcək.
ATİ-nin nəzdində
peşə məktəbinin
yaradılması ilə
bağlı işlər
yekunlaşmaq üzrədir.
ATİ-nin strateji,
elmi-tədqiqat planını
hazırlamışıq. İnstitutun nəzdində Elmi-Tədqiqat
Mərkəzi fəaliyyət
göstərir. ATİ
praktikanın və nəzəriyyənin birləşdiyi
bir yerdir. Əslində bu cür konfransların təşkil
edilib keçirilməsi
də bunun tərkib hissəsidir”.
C.Cəfərov kütləvi turizmdən
fərqli olaraq alternativ turizmin insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran
istirahət növü
olduğunu vurğuladı:
«Alternativ turizmə əsasən kiçik və orta sahibkarlıq
müstəvisində fəaliyyət
göstərən müəssisələr,
eləcə də ailə və dostların təşəbbüsünə
əsaslanan kənd turizmi, ekoturizm, macəra və digər turizm növləri daxildir. Bu səyahət ətraf
mühitin qorunması,
yerli milli adət-ənənələrin tanınması, xüsusilə
təbiətlə daha
çox təmasda olmaq imkanını ehtiva edir. Konfrans boyu ediləcək məruzə və çıxışlarda bu
şərtlərin icra
mexanizmi ilə bağlı təkliflər
səslənəcək».
Konfrans iştirakçılarından
Kristina Kazakova «Sağlamlaşdırma
turizmində palçıq
müalicəsinin rolu»
mövzusunda çıxış
etdi. O dedi ki, dünyadakı palçıq
vulkanlarının təxminən
yarısı Azərbaycanın
payına düşür.
Konfransın daha bir qonağı - Aleksey Pankov
isə «Tarixi dini abidələrin mühafizəsi»nə həsr olunmuş məruzəsində bu sahədə görülən
tədbirlərdən danışdı.
O, müşahidələrini belə yekunlaşdırdı
ki, son vaxtlar dini-tarixi abidələrə
turist axını güclənib. Bu işin düzgün təşkili və həmin abidələrə
maraq göstərən
turistlərə daha yaxşı xidmət göstərmək məqsədilə
yol göstəricilərinin,
buklet və kitabçaların çap
edilməsi zəruridir.
Günay
Məmmədli isə
«Azərbaycanda xalçaçılıq
sənəti və xalçaçılıq məktəbi»
mövzusundakı çıxışında
qədim Azərbaycan xalçalarının Avropa
rəssamlıq məktəbinə
təsirini tutarlı faktlarla əsaslandırdı.
Aida Bayramovanın çıxışı Azərbaycan
ərazisində memarlıq
abidələrinin mühafizəsinə
həsr olunmuşdu.
O bildirdi ki, memarlıq abidələrinin
yerləşdiyi ərazilərdə
infrastrukturun yaradılması,
həmin ərazilərdə
bələdçilik fəaliyyətinin
təşkili, memarlıq
abidələrinin yerləşdiyi
ərazilərə turizm
marşrutlarının daxil
edilməsi məqsədəuyğundur.
Qeyd edək
ki, «Alternativ turizmin inkişafı» mövzusunda keçirilən
konfransda məruzələr
və çıxışlar
Azərbaycan, ingilis, alman, fransız və rus dillərində
dinlənildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 22
dekabr.- S. 7.