Uşaq Kitabxanasında «Gülzar nənə» ilə görüş

 

Firudin bəy Köçərli adına Uşaq Kitabxanasında tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi. Balaca oxucuların «Gülzar nənə» kimi tanıdıqları yazıçı həm uşaqların suallarını cavablandırdı, həm də yeni «Bir zalım şah vardı...» kitabını təqdim etdi. Qeyd edək ki, G.İbrahimova «Dəniz balası», «Su pərisi balıqçı», «İki qurbağa» s. kitabların müəllifidir. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan G.İbrahimova «Bala dili» və «Elli» jurnallarının baş redaktorudur. 30-dan artıq kitabın müəllifi olduğunu deyən yazıçı uşaqlar üçün yaradılmış saytdan da danışdı: «Saytda səsli nağıllar da var. Bu sayt vasitəsilə görmə qabiliyyəti olmayanlar da nağılları dinləyə bilərlər. Saytda həmçinin uşaqların ürək sözlərini demələri üçün xüsusi bölmə var».

G.İbrahimova daha sonra bildirdi ki, gözdən əlillər üçün disk hazırlayır. Həmçinin Milli Qəhrəman Mübariz İbrahimov haqqında da uşaqlar üçün kitab yazmağı planlaşdırıb.

 

 

Gülər

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 7.