“Muğamdan
caz muğamına”
Parisdə təqdim olunub
Parisdə
növbəti dəfə Azərbaycanın muğam və caz
musiqisi səslənib. Fransa ictimaiyyətinin nümayəndələrindən,
Parisdəki Azərbaycan diasporunun təmsilçilərindən,
bu ölkədə yaşayan və təhsil alan
soydaşlarımızdan, səfirliyimizin əməkdaşlarından
ibarət tamaşaçılara “Muğamdan caz
muğamına” adı altında ikihissəli konsert proqramı
təqdim olunub.
Birinci
hissədə gənc xanəndə Rövşən Məmmədovun
ifasında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına
salınmış muğamlarımızla yanaşı, klassik
Azərbaycan musiqisi də səslənib. Müğənnini
tarda Malik Mənsurov və kamançada İsmayıl Həmidov
müşayiət ediblər.
Konsertin
ikinci hissəsində İsveçrənin Montrö şəhərində
keçirilmiş beynəlxalq caz festivalının
laureatı, istedadlı cazmen Şahin Növrəsli muğamla
cazın impovizəsini təqdim edib. Azərbaycanlı
musiqiçilərin hər
bir çıxışı
tamaşaçılar tərəfindən
sürəkli alqışlarla qarşılanıb. Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov konsertdə
iştirak edib.
Mədəniyyət.- 2010.- 22 dekabr.-
S. 6.