“Bakı gecələri - 2010” mahnı festivalının “onlinesəsverməsi yekunlaşıb

 

Dekabrın 23-də Heydər Əliyev Sarayında festivalın qala-konserti keçiriləcək

 

Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi ilə artıq üçüncü ildir keçirilən “Bakı gecələri - 2010” estrada mahnı festivalının “online” səsverməsi dekabrın 21-də başa çatıb.

 

Festivalda iştirak etmək üçün təşkilat komitəsinə ümumilikdə 54 bəstəkar və mahnı müəllifi, 63 şair və həvəskar söz yazarı, 25 aranjemançının ərsəyə gətirdiyi 100-dək mahnı təqdim olunub.

Üç konsert proqramından ibarət keçirilən turlarda təşkilat komitəsi tərəfindən seçilən 80 mahnı müğənnilərin ifasında səslənib və professional münsiflər heyəti tərəfindən sözlərinə, aranjemana, ifa tərzinə görə qiymətləndirilib. Hər üç mərhələdə yüksək bal toplamış 20 əsər finala vəsiqə qazanıb.

“Bakı gecələri-2010” estrada mahnı festivalının qala-konserti dekabrın 23-də Heydər Əliyev Sarayında keçiriləcək. Həmin gün səslənən mahnılarQran-pri 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Qala-konsertdə iştirak edən ifaçılar “Bakı gecələri” estrada mahnı festivalının laureatı adına layiq görüləcəklər.

 

 

Mədəniyyət.- 2010.- 22 dekabr.- S. 3.