2010-cu il muzeylər üçün maraqlı hadisə və layihələrlə zəngin olub

 

Azərbaycanda daha bir təqvim ili başa çatır. Bu il bütün mədəniyyət ocaqları kimi, muzeylərimiz üçün də əlamətdar hadisələr, maraqlı layihələrlə zəngin olub. Bu sahədə ilin yekunları ilə bağlı bəzi təəssürat və təfərrüatları öyrənmək üçün bir sıra muzeylərə müraciət etdik.

 

Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin direktor müavini Gülyanaq Məmmədova 2010-cu ilin rəngarəng tədbirlərlə yadda qaldığını deyir. Muzeyə gələn ziyarətçilərin isə, necə deyərlər, ardı-arası kəsilməyib: «Muzeyin 2009-cu ilin sonunda yüksək səviyyəli təmirdən sonra istifadəyə verilmiş binasında təşkil edilən beynəlxalq sərgi bu ilin martınadək davam edib. Bu müddətdə bu sərgini 16 minədək tamaşaçı seyr edib. 2010-cu ildə çox maraqlı fotosərgilərimiz oldu. «Muzeylərə çevrilən imarətlər» adlı fotosərgi İtaliya səfirliyi ilə birgə təşkil olunmuşdu. Müxtəlif nəsillərə aid sənətkarların əsərlərinin sərgiləndiyi “Əsrlərin qovşağında» adlı sərgimiz də maraqla qarşılandı. Digər əlamətdar tədbirimiz uşaq sərgi-festivalı oldu. Bu il ilk dəfə İncəsənət Muzeyinin albomu nəşr olundu. Bu ildən muzeydə musiqili gecələr keçirilir. Bu tədbirlərdə Bakının musiqi məktəblərinin ən qabaqcıl şagirdləri, habelə müəllimlər çıxış edirlər. Gələn il bizi maraqlı layihələr gözləyir, yeni beynəlxalq sərgilər keçirəcəyik. Muzeyin Niyazi, 9 ünvanında yerləşən köhnə binasının da təmir-bərpası gözlənilir”.

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi də il ərzində çoxlu tədbirlər, proqramlar həyata keçirib. Muzeyin kütləvi işlər şöbəsinin müdiri Aygün Abbasova tədbirlərlə yanaşı muzeydə musiqi kollektivinin yaradılmasından da danışdı: «İl ərzində 20 Yanvara, Xocalı faciəsinə həsr olunmuş tədbirlər, «Azərbaycan incisi Şuşa», «Dahilərə ithaf», «Təbiəti necə görürük» s. tədbirlər həyata keçirmişik. 18 may - Beynəlxalq Muzeylər Günündə bütün muzeylərlə birgə layihə işlədik. Bu il muzeydə yaradılan musiqi kollektivi keçirdiyimiz tədbirlərdə musiqi nömrələrini təqdim edir. Onu da deyim ki, ötən ildən başlayan «Ayın xalçası» layihəsi bu il davam edib. Hazırda muzey «Yaşlıların təhsili», «Uşaqların təhsili» adlı layihələr üzərində işləyir”.

Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov bildirdi ki, 2010-cu il onlar üçün çox önəmli olub: “Çünki bu il muzeyin yaranmasının 90 ili tamam oldu. Yubiley münasibətilə bir sıra tədbirlər gerçəkləşdi. «Azərbaycanın qədim mədəniyyət ocağı - Qarabağ» sərgisi açıldı. «Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu» mövzusunda respublika konfransı, beynəlxalq elmi konfrans keçirildi. Yubiley münasibətilə tədbirlərə noyabrın 24-də təntənəli mərasimlə yekun vuruldu. Bu tədbirə 12 xarici ölkədən yüksək səviyyəli qonaqlar, tanınmış muzeylərin rəhbərləri qatılmışdı».

Fərhad Cabbarov onu da bildirdi ki, bu il muzeyə 10 minə yaxın ziyarətçi baş çəkib: «Onların əksəriyyəti əcnəbilər olub. Tarix Muzeyi digərlərindən bununla fərqlənir. Dövlət tədbirlərində iştirak edən nümayəndə heyətləri muzeyə baş çəkirlər. Bununla yanaşı şagird tələbələrtarix muzeyinə tez-tez baş çəkirlər».

Üzeyir Hacıbəylinin xatirə muzeyi bu ili dahi bəstəkarın 125 illiyinə həsr edib. Muzeyin direktoru Sərdar Fərəcov bildirdi ki, ilin əvvəlindən muzey işçiləri bu işə səfərbər olunub: «İlk layihə olaraq «Azərsun»un dəstəyi ilə həyata kezirdiyimiz «Üzeyir dünyası» layihəsi oldu. Azərbaycan ingilis dillərində hazırladığımız təqvim Üzeyir Hacıbəylinin bütün həyat və yaradıcılığını əks etdirir. Təqvim həm stolüstü kitab, həm də sadəcə təqvim kimi hazırlandı. Muzeydə olan əksər eksponatlar, fotolar, sənədlər həmin təqvimdə əks olundu. Üzeyir bəyin yubileyi ilə bağlı konfrans keçirdik.

Daha sonra Üzeyir Hacıbəylinin naməlum əsərlərinin araşdırılması və tədqiq olunması ilə bağlı işlər görüldü. Bizim muzeyə çoxlu yerli əcnəbi ziyarətçilər baş çəkib. Çünki Üzeyir bəyin əsərləri daima hamı üçün maraq doğurur. İlboyu muzeyə minlərlə ziyarətçi gəlib».

Məmməd Səid Ordubadinin xatirə muzeyinin direktoru Lalə Abbaszadə tədbirlərlə yanaşı digər muzeylərlə işbirliyindən də söz açdı: « Bu il muzeydə aparılan əsaslı təmir başa çatdı. Muzey Sərvətləri Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən eksponatlar bərpa olundu. Daha sonra MədəniyyətTurizm Nazirliyi tərəfindən ekspozisiya yenidən quruldu və mayın 12-də muzeyin yaranmasının 30 illiyi yeni qurulan ekspozisiyanın açılış mərasimi qeyd olundu. Ordubadi yaradıcılığını təbliğ etmək məqsədilə əməkdaşlar muzeydə və muzeydən kənar, yəni ali orta məktəblərdə, kitabxanalarda, mədəniyyət evlərindəs. müxtəlif gecələr, görüşlər, mühazirələr, sərgilər təşkil ediblər. Bundan başqa, Bakıda və Azərbaycanın rayonlarında fəaliyyət göstərən ev-muzeyləri ilə işbirliyi yaradılıb, birgə seminarlar, konfranslar, görüşlər keçirilib. Hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr muzeydə praktiki dərslər keçirlər. Bu il bu dərslər davam edib. Muzeyin əməkdaşları mədəni kütləvi tədbirlərin aparılmasında onlara köməklik ediblər. Muzeydə tanınmış elm incəsənət xadimlərindən ibarət Elmi Şura fəaliyyət göstərir.

Bu il muzeyə onlarla eksponatlar daxil olub. Salman Mümtaz adına Ədəbiyyat İncəsənət Arxivində, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda araşdırmalar aparmışıq. Ordubadinin yaradıcılığını təbliğ etmək məqsədilə ali orta məktəblər, kitabxanalar, mədəniyyət ocaqları ilə müqavilələr bağlamışıq. Bu müqavilələr əsasında muzeyin əməkdaşları həmin təşkilatlarda bizim muzeydə gecələr, görüşlər təşkil edirlər. Ümumiyyətlə il ərzində muzeyə 2 mindən artıq ziyarətçi gəlib. Onların arasında məktəbli, tələbə, xarici turistlər olub».

Nəriman Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova da ilin yekunlarından danışdı: “Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir. Ekspozisiyada Nərimanovun həyat fəaliyyətinin bütün dövrlərini əks etdirən materiallar, şəxsi əşyaları, ailəsinə məxsus mebel dəstləri nümayiş etdirilir. Hazırda əsas küməkçi fondda 6 mindən çox eksponat saxlanılır. Ekskursiyalar Azərbaycan, rus ingilis dillərində aparılır. Həmişə olduğu kimi bu il muzeyin çoxlu sayda qonaqları olub. Xarici qonaqlar, orta məktəb müəllimləri, tələbələr, müxtəlif cəmiyyətlərin üzvləri muzeyə baş çəkiblər. İl ərzində mədəni maarif müəssisələrində, yəni kitabxana mədəniyyət evlərində səyyar sərgilər keçirib, mühazirələr oxumuşuq. Ümumilikdə 13 tədbir keçirilib. 20 Yanvara «Ölümdən ölümsüzlüyə», N.Nərimanovun anadan olmasının 140 illiyinə həsr olunmuş «Dövrün böyük mütəfəkkiri», Ana dili gününə həsr olunmuş seminar-tədbir, Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş «Tarixin ən böyük cinayəti» adlı tədbir, Dünya Kitab Gününə həsr olunmuş «Nərimanov qiraətxanası» adlı tədbir digərlərinin adını çəkə bilərik. Muzeydə təqdiqatçılar da çox olur. Universitet tələbələri diplom işi hazırlamaq üçün burda aparır, məlumat toplayırlar».

Paytaxtımızda, eləcə də regionlarımızda fəaliyyət göstərən digər muzeylərə vaxt və qəzet səhifəsinin məhdudluğu üzündən baş çəkə bilməsək də, il ərzində dərc etdiyimiz çoxsaylı xəbərlərdən bilirik ki, onların da fəaliyyəti maraqlı tədbir və layihələrlə zəngin olub. Odur ki, respublikamızın bütün muzey işçilərini Yeni il münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

 

 

Gülər Nizamiqızı

 

Mədəniyyət.- 2010.- 29 dekabr.- S. 12.