«Kitabxanaya
uşaqların cəlbi: Mütaliə
haqqında düşüncələr»
Respublika
Uşaq Kitabxanasında bu mövzuya həsr olunmuş konfrans
keçirildi
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında keçirilən «Kitabxanaya
uşaqların cəlbi: Mütaliə haqqında
düşüncələr» adlı konfransda «Uşaqların
mütaliəsi: informasiya cəmiyyəti», «Mütaliə
müasir dövrdə», «Mütaliəyə cəlbetmənin
yeni formaları» mövzuları diqqətə alındı.
Tədbiri
giriş sözü ilə kitabxananın direktor müavini
Zahirə Dadaşova açdı: «Dünyada əsas möcüzələrdən
biri kitabdır. Böyük mütəfəkkirlər kitab
haqqında çox
yüksək fikirlər səsləndiriblər. Bu gün dünyada
gedən qloballaşma prosesində
bütün ölkələr mədəniyyətlərini
qoruyurlar. Kitabxana da mədəniyyətin ayrılmaz hissəsidir.
Əvvəllər informasiya üçün daha çox kitabxanaya müraciət edirdilər. Son
dövrlər telekanallar,
internet bu marağı azaldıb».
Z.Dadaşova
onu da bildirdi ki, uşaqların kitablardan uzaqlaşmasında
onların günahı yoxdur: «Bu məsələdə əsas
məsuliyyət valideynlərin və müəllimlərin
üzərinə düşür. Valideyni
bütün günü
teleseriala baxan uşaq kitabı necə sevsin?».
Kitabxananın
məlumat-biblioqrafiya şöbəsinin müdiri Sevil Əhmədova
isə mütaliənin əhəmiyyətindən
danışdı: «Bu gün həyatımızda internetin nə
dərəcədə rol oynamasından asılı olmayaraq,
mütaliədə əsas rolu kitab oynayır. Kitab mədəni və tarixi irsi özündə
saxlayır. Azərbaycan dövləti kitabxanalara
diqqət ayırır. Bu
yaxınlarda “Tarix-keçmişdən
gələcəyə» adlı kitab sərgisi keçirdik. İkinci dəfə isə metodiki vəsaitlərin sərgisini
açdıq. Müəllimlər həmin vəsaitlərlə
çox maraqlandılar, sürətlərini
çıxardılar».
Tədbirdə daha sonra «Bilmək
istəyirik» adlı sorğunun nəticələri açıqlandı. Sorğu nəticəsində
məlum olub ki, oxucuların əksəriyyəti bədii ədəbiyyata
maraq göstərirlər. Bununla
yanaşı oxucular hansı
bədii əsərləri sevdiklərini
və hansı qəhrəmanlara bənzəmək istədiklərini
də bildiriblər. Bununla yanaşı
«Oxucu və kitabxana» mövzusunda 13 kitabxanada
128 oxucu arasında sorğu
da keçirilib.
Gülər
Mədəniyyət.- 2010.- 29
dekabr.- S. 13.