İlin turizm mənzərəsi:

 

2010-cu il nə ilə yadda qaldı?

 

2010-cu ilin son günlərini yaşayırıq. Bu il Azərbaycan turizmi üçün ilə yadda qaldı, bu sahənin inkişafı yönündə hansı addımlar atıldı? Bu suala cavab tapmaq üçün ilin turizm mənzərəsinə nəzər salmaq istərdik.

 

Dövlət Proqramı qarşıya bir çox aktual vəzifələr qoyub

 

Bu il turizm sektoru üçün ilk növbədə 2010-cu il 6 aprel tarixdə «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın qəbul olunması ilə yadda qaldı. Hədəfi Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, ölkə turizminin dünya turizm bazarına inteqrasiyası və bu yöndə təbliğat, təşviqat işlərinin aparılması, turizm sahəsində çalışan mütəxəssislərin peşə hazırlığı səviyyəsinin artırılması və s. aktual vəzifələr qoyan Dövlət Proqramına müvafiq olaraq il ərzində bir sıra tədbirlər görülüb.

Ən yaddaqalan tədbirlərdən biri isə aprelin 28-30-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən “AİTF” 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi və ilk dəfə keçirilən 1-ci Ümumrespublika Daxili Turizm Sərgisi oldu. Daxili sərgidə Azərbaycanın bölgələr üzrə 15 şəhəri xüsusi stenddə təqdim olundu. Burada hər bölgənin tarixi-mədəni abidələri, adət-ənənələri, mətbəxi, turizm üçün cəlbedici yerləri, təbii mənzərələri s. əksini tapmışdı.

 

Ölkəmizin turizm potensialı dünyada layiqincə təqdim olundu

 

Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi işlərdən biri də «Azərbaycanda yeni marşrutları kəşf edək» layihəsi oldu. Bu layihə çərçivəsində turizm şirkətlərinin köməyi ilə bir neçə turizm marşrutu yaradıldı təqdim edildi. Şəki Atçılıq Mərkəzi ilə birlikdə Şəki Şəki ətrafında bir günlük atla turizm marşrutunun təqdimatı məqsədilə infotur təşkil edildi. Digər yeni marşrut isə ekstremal turizm həvəskarları üçün xüsusilə maraqlı oldu. Marşrut Quba rayonundan başlayaraq sərt dağlıq ərazilərdən keçməklə Şamaxıya, oradan isə Bakıyadək yolu əhatə edir.

Azərbaycanın turizm potensialının dünyada təbliği yönündə geniş tədbirlər həyata keçirilib. Azərbaycan il ərzində müxtəlif ölkələrdə keçirilən 13 beynəlxalq sərgidə təmsil olunub. Bu sərgilər Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris, Tokio London şəhərlərində baş tutub. Bundan əlavə, Azərbaycanın turizm imkanlarının tanıtdırılması məqsədilə «EuroNews», «Travel Channel» «CNN» kimi nüfuzlu telekanallarda ölkəmiz haqqında reklam çarxları yayımlanıb. Eyni zamanda bəzi ölkələrin tanınmış nəşrlərinin brendi ilə respublikamızın turizm potensialı, tarixi məkanları, mehmanxanaları, istirahət mərkəzləri ilə bağlı məlumatların yer aldığı kitabçalar çap edilib.

Bütün bunlarla bərabər, Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ildə müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərin də iştirakçısı oldu.

 

Turizm İnstitutunun tərəfdaşlarının sayı artıb

 

2010-cu il Azərbaycan Turizm İnstitutu üçün də yaddaqalan hadisələrlə zəngin olub. Bu il institutun ilk məzun buraxılışı oldu. 74 nəfər tələbə ATİ-nin, 14 nəfər isə ATİ ilə bərabər həm bu ali təhsil ocağı ilə tərəfdaş olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu aldı. Bundan başqa, ATİ daha iki ölkənin - Almaniyanın Yade Universiteti Şimali Kiprin Doğu Akdeniz Universiteti ilə tərəfdaşlıq haqqında müqavilə bağladı.

Ümumilikdə institut beynəlxalq əlaqələrini ilbəil inkişaf etdirir. ATİ-nin tələbələri təhsil təcrübə məqsədilə Yunanıstana, Türkiyəyə, Şimali Kiprə göndərilir. Təkcə bu il institut xaricə 100-dək tələbə göndərib. İnstitutun fəaliyyətində baş verən daha bir yenilik ölkəmizdə turizm sahəsində mövcud olan kadr problemini həll etmək məqsədilə müxtəlif ixtisaslar üzrə kursların təşkil edilməsi oldu. Mütəxəssislərin fikrincə, bu kursların təşkili turizm sahəsində kadr çatışmazlığı problemini tam olmasa da, qismən həll edəcək.

Turizm İnstitutunun beynəlxalq əlaqələrinin yeni ünvanlarından biri isə İsraildir. İnstitutun bir qrup tələbəsi İsrailin Elat şəhərində təcrübə keçib. Bu günlərdə İsrailin ölkəmizdəki səfirliyinin nümayəndəsi Ronen Krausz instituta gələrək həmin tələbələrlə görüşüb.

Görüşdə iştirak edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov bildirib ki, hər ilin sonunda institutda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin səlahiyyətli rəhbərləri və əməkdaşları ilə görüş keçirmək ənənə halını alıb. Bu baxımdan ATİ rəhbərliyi üçüncü ildir ki, İsrailin ölkəmizdəki səfirliyinin əməkdaşları ilə görüşlərdə dünyanın turizm sektorunda önəmli yerlərdən birini tutan bu ölkənin təcrübəsindən yararlanmağa səy göstərir.

İsrail səfirliyinin nümayəndəsi Ronen Krausz isə görüşdən məmnunluğunu bildirib və 2011-ci ildən İsrailin nüfuzlu turizm müəssisələrində təcrübə keçəcək tələbələrdə bu ölkə ilə bağlı ümumi təsəvvürün formalaşması üçün həyata keçiriləcək tədbirlərdən danışıb. Qonaq eyni zamanda İsraildə təcrübə keçəcək tələbələrin ivrit dilində məişət səviyyəsində danışmalarına kömək məqsədilə onlar üçün xüsusi kursların təşkilinin nəzərdə tutulduğunu bildirib.

 

«Skal Bakı» yeni layihələrin iştirakçısı oldu

 

«Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubu da 2010-cu ili yeniliklərlə başa vurdu. İlin əvvəlində Antalya Bakı skal klublarının rəhbərləri arasında əkiz klubların yaradılması ilə bağlı saziş imzalandı. «Skal Bakı» Avstraliyanın Sidney şəhərində keçirilən «Skal-İnternational»ın konqresində təmsil olundu. Daha bir neçə ölkənin skalçıları ilə yaxından əməkdaşlıq quran təşkilat eyni zamanda Mədəniyyət Turizm Nazirliyinin «Azərbaycanda yeni turizm marşrutlarını kəşf edək» devizi altında həyata keçirdiyi bütün layihələrdə yaxından iştirak etdi.

İl ərzində qurumun bir neçə toplantısı keçirildi. İlin son toplantısı dekabrın 24-də «Exselsior» mehmanxanasında keçirildi. Qurumun son bir illik fəaliyyətinə həsr olunmuş tədbirdə Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, xarici turizm sektorunun müdiri Səbinə Zadayeva, tədqiqat işləri, statistika lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, ölkəmizdə fəaliyyət göstərən aparıcı hotel turizm şirkətlərinin rəhbərləri iştirak edirdilər.

«Skal İnternational Baku»nun rəhbəri Ruslan Quliyev həmkarlarını qarşıdan gələn Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi və təşkilatın işində aktiv iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. Qurumun 2010-cu il ərzində gördüyü işlərə nəzər salan klub rəhbərinin sözlərinə görə, aktiv fəaliyyətinə görə «Skal İnternational» beynəlxalq turizm təşkilatının prezidenti Toni Boyl «Skal Bakı»ya təşəkkür edib klub xüsusi mükafata layiq görülüb. R.Quliyevin sözlərinə görə, «Skal Bakı»nın iştirak etdiyi bütün beynəlxalq səviyyəli tədbirlərdə sərgilərdə ölkəmizin turizm potensialının təqdimatına yer verilib: «Təşkilatımızın aktiv fəaliyyəti artıq öz nəticəsini verməkdədir. Belə ki, 2011-ci ilin əvvəllərində «Skal İnternational» beynəlxalq turizm təşkilatının prezidenti Toni Boylun qurumun digər üzvlərinin Azərbaycana gəlişi gözlənilir. Bununla yanaşı, həmin vaxt Türkiyə skal-klublarının nümayəndələri Bakıya gələcək. Bu tədbir əsnasında «Skal-Bakı»nın Roma, Paris, Los-Angeles Kipr skalçıları ilə qardaşlıq sənədi imzalayacağı da nəzərdə tutulur». Klub rəhbəri bildirdi ki, digər ölkələrin oxşar qurumları ilə əməkdaşlıq onlara dünya turizm bazarına daha geniş çıxış imkanları verir.

 

Nəticə

 

Beləliklə, ölkəmizdə turizmin inkişafı yönündə 2010-cu il ərzində görülən işlərə qısaca nəzər saldıq. Nəticə olaraq onu demək istərdik ki, turizm Azərbaycanda yeni təşəkkül tapan geniş inkişaf perspektivləri olan sahədir. İnkişafda olan hər bir sahədə problemlər çətinliklər olur. İnanırıq ki, bir neçə ildən sonra ölkəmizin adı bu sahədən ən çox gəlir götürən ölkələr ilə bir sırada çəkiləcək.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2010.- 29 dekabr.- S. 9.