«Ömür keçir yavaş-yavaş»
Ömrü qanadlı quşa bənzədirlər.
Necə gəlir,
necə gedir, nə bilsin insan. Uşaqlıq… gənclik... cavanlıq... bir də baxırsan
ki, bu da
qocalıq. Lakin ilin hər fəslinin
öz yeri, öz dövrü, hər dönəminin öz aləmi var. Baxır onu necə keçirdəsən,həmin
vaxtdan necə istifadə eləyəsən.
Ömrünü mənalı,
mənəviyyatlı keçirənlərdəndi
mənim qəhrəmanım.
Gənclikdə də,
ömrünün bu gözəl çağında
da heç vaxt yaradıcılığı
ikinci dərəcəli
iş hesab etmir. Münəvvər xanım bu gün
də öz poetik ruhunu, poetik gözəlliyi özündə qoruyub saxlayır. Öz hisslərini, duyğularını,
misra-misra, sətir-sətir
kağıza hopdurur, əvvəlkindən də
daha böyük həvəslə, yaradıcılıq
eşqi ilə çalışır.
Onun şeirlərini
oxuduqca bu xanım-xatın qadının
nə qədər böyük ürək sahibi olduğunun bir daha şahidi
olursan.
Münəvvər xanım
həssas ürəkli
bir şairə, gözəl filoloq olmaqla yanaşı, həm də qayğıkeş bir anadır, əvəzsiz nənədir. Övladları,
nəvələri onunla
həmişə fəxr
edirlər. Onun incəruhlu şeirlərini
oxuduqca bu həssas qadının hər şeyə- istər hər hansı hadisəyə, istərsə də canlı təbiətə
olan sonsuz marağının şahidi
olursan. Bu ailəni yaxından tanıdığımdan,
Münəvvər xanımın
simasında əsl Azərbaycan xanımının,
azərbaycanlı qadınının
obrazını görürəm.
İlyas Tapdıq kimi tanınmış, poeziya aləmində öz sözünü demiş bir şairin həyat yoldaşı olmaq özü elə böyük fəxrdir. İlyas Tapdıq şeirləri hərəsi
bir aləmdir. Uşaq poeziyasında müasir dövrümüzdə
yazarların ən nəhəngi məhz mən onu görürəm.
Yaşının bu ahıl çağında
da bir an olsun yaradıcılıqdan
ayrılmır. Bir-birindən
gözəl, duzlu şeirlər bəxş edir balaca, sevimli
oxucularına. Bu evdə,
bu ocaqda istedadsız insanlar ola bilməz. Böyük qızları
Gültəm xanım
jurnalistdir. Onun da xüsusi dəst-xətti var. Uşaqlar
üçün yazılmış
şeirləri tez-tez mətbuat səhifələrində
görünür. Gültəm
xanımın yaz ətirli «Yaz gəldi» şeiri balaca oxucuların çox xoşuna gəlir.
Özüylə çəmən
gətirdi,
Yamyaşıl aləm
gətirdi.
Ağacları geyindirdi,
Yaz gəldi.
Hamının bildiyi, hamının gördüyü
bir şeyi poeziya dili ilə
şeirə çevirib.
Münəvvər xanımın
şeirlərində təbiətə
vurğunluq, insanlara sonsuz məhəbbət öz əksini tapıb. Doğrudur hərdən şeirlərində
bir nisgil, həsrət, giley də hiss olunur:
Suyum dağdan kəsildi,
Əlac eldən
kəsildi,
Kimə güman
edəydik?
Bəxt, fələkdən
kəsildi.
Dağlarda gəzən
mənəm,
Daşını üzən
mənəm.
Yurdum düşmən
tapdağı,
Bu dərdə dözən
mənəm.
Vətən dərdi,
doğma Qarabağ dərdi hər kəs kimi, onun şair qəlbini də rahat buraxmır. Vətəninin qarı düşmən əlində
olduğunu ürək
ağrısı ilə
dilə gətirən,
ürəyində göyüm-göyüm
göynəyən şairənin:
Vətən mənim
canımdı,
Tökülən al qanımdı.
Qolun qurusun düşmən,
Vurulan cavanımdı.
- sözləri
onun düşmənə
nə qədər dərin nifrət etdiyinin gözəl nümunəsidir.
İnsan qəlbinin
dərinliklərini öz
həssas qəlbi ilə duyan şairə insanlara öz yaxınları ilə həmahəng olmağı, bir-birilərinə
hörmət bəsləməyi
məsləhət görür:
Vəfasızdan yan
dolan,
Yetmə sözə,
yan dolan.
«Yaddan yad iyi gələr»,
Anan üçün yan,
dolan.
Şairə insana hamıdan yaxın insan- Ananı yüksək qiymətləndirir.
Ana elə bir varlıqdır ki, ona ömrünün bütün çağlarında
ehtiyac duyursan, istər körpə uşaq ol, istər
cavan, istərsə də ahıl, müdrik birisi. Yenə də ana məhəbbətinə,
ana nəvazişinə,
ana sevgisinə möhtacdı hər kəs. Qızdırmalı
şəxsin suya ehtiyacı olduğu kimidir bu hiss. Körpəliyini nənəsinin
yanında keçirən
Münəvvər xanım
bu gün də uşaqlıqda hamıdan çox istədiyi nənəsini unutmur. Doğma ana qədər sevdiyi nənəsinin türkəçarə üsullarla
müəyyən xəstəliklərə
şəfa verdiyini söyləyir. Onun «Nənəm belə nənə idi» yazısında, «unutsaq, unudularıq»- deyən şairə nənəsi Anabəy Quliyevanın Balakən rayonunun Qullar kəndində olan sadə, geniş həyətindən,
o həyətdə keçirdiyi
uşaqlıq illərinin
xatirələrindən həvəslə
söhbət açır.
Həmin yazıda Münəvvər xanım
«Anabəy nənəsinin
müalicə reseptlərindən
bir neçəsini oxucuların diqqətinə
çatdırıb.
Nənəsinin həyətində
keçirdiyi uşaqlıq
çağlarını xatırlayan
Münəvvər xanım
«Aradan illər keçib. İndi nə sevimli nənəm var, nə o gözəl həyət, nə də xatirələr beşiyi olan qollu-budaqlı, çətir
kimi kölgəsi olan cökə ağacı. Amma o illərin əziz və unudulmaz xatirələri mənimlədir.
Gözəl şairəmiz
nəinki öz övladlarını, hətta
bütün gəncləri
həmişə pisliklərdən,
pis xislətli insanlardan uzaq olmağa səsləyir:
Ömrümün barı
balam,
Yaramı sarı
balam.
Bimürvətdən uzaq
gəz
Tanı əğyarı,
balam.
Keçən mənalı
ömrünüzün hər
gününə, hər
saatına bir sevinc payı düşsün. Arzu edərdim, bu təzə ildə Sizdən təzə arzulu, təzə niyyətli bir şeir kitabı da oxuculara ərməğan
olsun. Özünüzə
isə təzəcə
başlayan ildə ən əvvəl cansağlığı, bol-bol
sevincli günlər nəsib olsun.
Elmira Musaqızı
Mədəniyyət.- 2010.- 3 fevral.- S. 14.