Yeni on-line sistemi təqdim edildi

 

HotelToweb” internet portalı Azərbaycanın turizm potensialını bütün dünyada təbliğ edəcək

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə “Park-İNN” mehmanxanasında türkiyəli mütəxəssislər tərəfindən hazırlanmışHotelToweb” internet portalının təqdimat mərasimi keçirilib.  

 

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər turizmin inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən, həyata keçirilən layihələrdən qarşıda duran vəzifələrdən danışıb. Nazir bildirib ki, prezident İlham Əliyevin diqqət qayğısı ilə Azərbaycanda turizmin inkişafı istiqamətində xeyli görülüb: «Hər il Azərbaycanda təxminən 50-dək hotel ya yerləşdirmə yeri inşa edilir. On il bundan öncə ölkəmizdə cəmi 13 min yerləşdirmə yeri mövcud olmuşdursa, hazırda bu rəqəm 30 minə yaxındır. Hazırda Azərbaycanda bu istiqamətdə aparılan işlərin turizm imkanlarımızın dünya turizm bazarına çıxarılması bir məqsəd kimi qarşıya qoyulub».

Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda 12 turizm informasiya mərkəzi yaradılıb, onların sayının artırılması istiqamətində aparılıb: «Yaxın zamanlarda Azərbaycanın vahid turizm informasiya mərkəzinin qlobal şəbəkəyə çıxışı təmin ediləcək. Ümumilikdə isə nazirlik Turizm Şirkətləri Assosiasiyası ilə birlikdə bütün hotelləri Azərbaycan haqqında məlumatlandırıcı bukletlər, yolgöstəriciləri digər zəruri informasiyalarla təmin edəcək, turizm müəssisələrində xidmətin keyfiyyəti artırılacaq, yeni turizm zonaları yaradılacaq, turist qruplarının Azərbaycana səyahətləri təşkil ediləcək».

Nazir təəssüf hissi ilə qeyd edib ki, bu günədək müasir texnologiyalardan istifadə edən turizm şirkətləri hotellərin sayı azdır. Onlara məhsullarını təbliğ etmək üçün yeni imkanlar yaratmaq lazımdır. Bu məqsədlə Azərbaycanın turizm imkanları ilə bağlı məlumatları özündə əks etdirən zəngin informasiya portalının yaradılması qərara alınıb. Bundan sonra ölkəmizdəki bütün turizm şirkətləri hotellər yeni sistemə qoşulacaq.

Ə.Qarayev onu da bildirib ki, “HotelToweb” internet portalı Azərbaycanın turizm məhsullarını dünyada turizmlə məşğul olan 600 min agentlik vasitəsilə təbliğ edəcək. Bu şəbəkə ölkəmizə turistlərin gəlməsinə müsbət təsir göstərəcək. Portal qiymətlərin xidmətlərin tarazlığına kömək edəcək. Bir sözlə, yeni sistem dünya bazarında Azərbaycanın turizm imkanlarını daha geniş ətraflı təbliğ edəcək.

Nazirin dediyinə görə, Azərbaycan dövləti bu portalın yaradılmasına maliyyə vəsaiti ayırıb yeni sistem türkiyəli mütəxəssislər tərəfindən yüksək səviyyədə hazırlanıb.

Sonra iştirakçılaraHotelToweb” internet portalı haqqında geniş məlumat verilib.

Bildirək ki, yeni portal dünyanın ən yaxşı elektron sifariş sistemlərindən (GRS) biri olaraq böyük imkanlar təklif edir. Yeni sistem on-line satış idarəetmə mexanizmi (Booking Engine), dünyada qlobal tənzimləmə şəbəkəsinə (GDS) sürətli bağlanmaq imkanı, baza sifariş mexanizminə malikdir.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2010.- 3 fevral.- S. 7.