Naxçıvanda “Meşə əhvalatı”
Naxçıvan Dövlət Uşaq Teatrı naxçıvanlı yazıçı
Bayram İsgəndərlinin
«Meşə əhvalatı»
əsasında ilin ilk
tamaşasını təqdim
etmişdir. Tamaşanın
rejissoru Naxçıvan
Muxtar Respublikasının
əməkdar artisti Vüsal Rzayev, rəssamı muxtar respublikanın əməkdar
mədəniyyət işçisi
Səyyad Bayramovdur.
Tamaşadan sonra səhnə əsərinin müzakirəsi
keçirildi. Naxçıvan
Ali Məclisinin Humanitar siyasət, sosial-mədəni və ictimai təşkilatlarla iş şöbəsinin əməkdaşı Türqayə
Əliyeva çıxış
etdi. Teatrın bədii şurasının
üzvü, Naxçıvan
Muxtar Respublikasının
mədəniyyət və
turizm naziri Sarvan İbrahimov kollektivi hazırlanan növbəti tamaşa münasibətilə təbrik
etdi.
Bədii şura
üzvlərindən Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, bəstəkar Şəmsəddin Qasımov, Naxçıvan Dövlət Dram Teatrının direktoru,
xalq artisti Kamran Quliyev, Naxçıvan Dövlət Uşaq Kitabxanasının direktoru Kamal Axundov, AMEA-nın Naxçıvan bölməsinin
əməkdaşı, sənətşünaslıq namizədi Əli Qəhrəmanov
çıxışlarında peşəkar aktyorlarla gənc və yeniyetmə aktyorların səhnə davranışlarının uğurlu və
çatışmayan cəhətlərini qeyd etdilər.
Qeyd edək
ki, tamaşada meşənin ət yeyən heyvanları(şir, canavar,
ayı, tülkü, çaqqal) ilə ət yeməyən heyvanları(dovşan, dələ, sığır,
bizon, meymun) arasında gedən mübarizə əks olunur. Burada qaçmaqdan yorulan
ət yeməyən heyvanların meşənin
vəhşi heyvanları
ilə “ən şirin şey olan” Azadlıq uğrunda mübarizəsi
və sonda azadlığa qovuşması
uşaqların anlaycağı
nağılvari bir dillə təcəssüm
etdirilib.
Tamaşada rolları
Azərbaycanın əməkdar
artisti Elmira Kərimova(tülkü), Naxçıvan
MR-in əməkdar artisti
Bəhruz Haqverdiyev(şir), Naxçıvan Dövlət Dram Teatrından
dəvət olunmuş
Tahir İsmayılov(ayı), Teyyub Zeynalzadə(bizon), həmçinin müxtəlif
məktəblərin şagirdləri
Qadir Məmmədli(sığır), Tofiq Əsgərzadə(dələ),
Turac Hacızadə (Azadlıq), Səkinə Mehdiyeva(dovşan), Şümşad Rzayev(meymun), Elgün Hüseynov(pələng), Əmrah Novruzsoy(canavar) və 4-cü sinif şagirdləri Murad Hüseynli(dovşan) ilə Fərid Kərimov(çaqqal) ifa edirdilər.
Elxan YURDOĞLU,
Naxçıvan
Mədəniyyət.- 2010.- 3 fevral.- S. 6.