Rəqsimizin korifeyi

 

Azərbaycanın xalq artisti, baletmeyster, peşəkar rəqqas, kinomuzda quruluşunu verdiyi əksər hallarda özünün ifa etdiyi orijinal rəqsləri ilə seçilən görkəmli sənətkar Əlibaba Abdullayev unudulmaz sənətkarlarımızdandır.

 

Ə.Abdullayev tamaşaçılar arasında çox populyar idi. Onun sənəti dahi bəstəkarımız Üzeyir Hacıbəyovun rəhbərliyi altında dəstəyi ilə püxtələşmiş, kamilləşmiş yaradıcılıq zirvəsinə çatmışdır.

Əlibaba müəllimin qızı Elmira xanım yazır ki, atam S.Ələsgərov, T.Quliyev, C.Cahangirov, S.Hacıbəyov başqa bəstəkarlarla sıx əlaqədə işləmiş, qədim xalq rəqslərini toplamış, onların oynaq ritmlərindən istifadə edib, yenidən quruluş vermişdir.

Onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslərin isə hamısı mənalı, rəngarəng olmuşdur: «Çobanlar», «Bənövşə», «Bulaq başı», «Bahar», «Ay gözəl», «Qazağı», «Məzəli rəqs», «Qaytağı», «Gəlin tərifi», «Nağaraçılar» rəqsləri s.

Ə.Abdullayev öz üzərində daim çalışır, sənətinə aid çoxlu ədəbiyyat oxuyurdu. Gecələr kağız üzərində rəqs qurur müxtəlif eskizlər çəkirdi. Əvvəl rəqsin məzmununu, musiqisini açır, sonra onlara aid rəqs yaradırdı. Onun gözəl əl qabiliyyəti vardı. O, asta-asta zümzümə edir, rəqsin eskizlərini çəkirdi. Ertəsi günü çəkdiyi eskizləri filarmoniyada rəqqaslara göstərir, eskizlər əsasında rəqsi qurur, onlarla məşq edirdi. İş prosesində nəyi isə saxlayır, nəyi isə lazımsız bilib, üstündən xətt çəkirdi.

Əlibaba Abdullayev rəssamlarla da sıx əlaqədə işləyirdi: B.Əfqanlı, R.Topçubaşova, K.Kazımzadə, E.Fətəliyev başqa sənətkarlar Əlibabanın ən yaxın sənət dostları idi. Hər rəqs üçün ayrıca milli geyim eskizlərini çəkdirərdi, sonra parçasını seçər, hər rəqqas üçün geyim sifariş verərdi.

Vaxtilə Azərbaycan Televiziyasında «Kino tarixindən» müəllif verilişini aparırdım. Növbəti veriliş üçün Böyük Vətən müharibəsi dövrünün kinoxronikasını nəzərdən keçirərkən Dövlət Filarmoniyasında Mahnı Rəqs Ansamblının çıxışlarına rast gəldim. İlahi, çox gənc gözəl Leyla Bədirbəyli şux qamətli, yaraşıqlı Əlibaba Abdullayev «Bir dənəsən, bir dənə» rəqsini elə məharətlə ifa edirdilər ki, adam gözünü ekrandan çəkə bilmirdi. Mən həmin rəqsi verilişimə daxil etdim. Veriliş efirə verilərkən Leyla xanıma zəng vurdum. Günlərin birində görüşərkən Leyla xanım özü filarmoniyadakı fəaliyyətindən danışdı. Söhbət onun tərəf-müqabili Əlibaba Abdullayevdən düşəndə dedi: «Əlibaba çox istedadlı insan idi. O, əvvəllər filarmoniyada rəqqas kimi çıxış edirdisə, sonralar özü rəqslərə quruluş verirdi. Əsl baletmeyster idi. Mən filmlərə çəkildiyim üçün filarmoniyadan çox tez çıxıb getdim. Sonra teatrda çalışmağa başladım. Amma filarmoniyada çalışanların fəaliyyətini daim izləyir, uğurlarına sevinirdim. Bizim yaradıcılıq yolumuz bir neçə dəfə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında yenidən kəsişdi. Mən filmlərə çəkilirdim, Əlibaba müəllim isə filmlərdə ifa olunan rəqslərə quruluş verirdi. Bəzən həmin rəqslərdə özü çıxış edirdi.

Mən ilk dəfə Əlibaba Abdullayevlə 1941-ci ildə çəkilmiş «Səbuhi» filmində rastlaşdım. O vaxtı hər ikimiz filarmoniyada işləyirdik. Bu filmdə Tubu rolunda çəkilirdim. Əlibaba filmdə istifadə olunan «Şalaxo» rəqsini qururdu. Çox yaxşı alınmışdı. Bundan sonra daha bir neçə filmdə - «Arşın mal alan» (1945), «Fətəli xan», «Görüş», «Dəli Kür» s. kinofilmlərdə görüşəsi olduq».

Əlibaba Abdullayevin rəqslərinə quruluş verdiyi filmlər çoxdur. «O olmasın, bu olsun» kinokomediyasında iki epizodda rəqs qrupu ilə rastlaşırıq. Birinci epizod: Məşədi İbadı hamama gətirirlər.

İkinci epizod: Məşədi İbadın toyu. Cavanlar rəqs edir.

«Görüş» kinokomediyasına baxanlar Özbəkistan pambıqçılarının şərəfinə kolxozda təşkil olunmuş ziyafəti, yəqin ki, xatırlayırlar. Ə.Abdullayevin qurduğu rəqs həqiqətən göz oxşayır, bir-birindən maraqlı rəqs elementləri insana zövq verir.

Leyla Bədirbəylinin «Görüş» filmindəki rəqsi çox gözəl alınıb.

Rəqqas baletmeyster Ə.Abdullayev «Dəli Kür», «Əmək qızılgül», «Əhməd haradadır?», «Ulduzlar sönmür», «Sehrli xalat» bədii, «Qobustan», «Salam, Əlcəzair», «Afrika görüşləri», «Məktuba cavab» sənədli filmlərində, «Abşeron ritmləri» film-konsertdə, «Doğma xalqımıza» bədii-sənədli filmdə istifadə olunan rəqslərə quruluş vermişdir.

Rejissor T.Tağızadənin çəkdiyi «Əmək qızılgül» musiqili filmi SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esembayevin həyat yaradıcılığına həsr olunmuşdur. İncəsənət aləmində onu «rəqs şairi» adlandırırlar. M.Esembayev filmdə dünya xalqlarının rəqslərini, o cümlədən bizim mahir rəqqasəmiz Əminə Dilbazi ilə «Naz eləmə» rəqsini ifa edir. Onların ifasında bu rəqs o qədər gözəl alınmışdı ki, baxanı heyran edirdi. «Naz eləmə» üçlüyün - quruluşçu Əlibaba Abdullayevin, rəqqasə Əminə Dilbazinin virtuoz rəqqas Mahmud Esembayevin sənət uğuru idi. Onların hərəkətlərində ciddi bir plastika duyulurdu.

Azərbaycanın məşhur balerinası Qəmər Almaszadənin Əlibaba Abdullayevlə birliyi maraqlı olmuşdur. Moskvada Azərbaycan incəsənəti ongünlüyündə Qəmər xanıma SSRİ xalq artisti fəxri adı verilməsi gözlənilirdi. O, Əlibaba müəllimdən xahiş etmişdi ki, onun üçün rəqs qursun. Ə.Abdullayev rəqsi çox ustalıqla qurmuşdu.

Həmin günlərdə Qəmər, Əlibaba müəllimin quruluş verdiyi rəqsi çox məharətlə ifa etmişdi. Nəinki dekada iştirakçılarının xoşuna gəlmişdi, həm mütəxəssislər tərəfindən yüksək qiymətləndirmişdi. 1959-cu il iyunun 11-də «Sovetskaya kultura» qəzetində beş nəfərin, o cümlədən Qəmər Almaszadənin SSRİ xalq artisti adı almaları barədə qərar dərc edilmişdi. Ə.Abdullayevə ongünlüyün laureatı adı verilmişdi. Bakıda isə o, Azərbaycan Ali Sovetinin fərmanı ilə (10 iyun 1959-cu il) respublikanın xalq artisti adına layiq görülmüşdü.

1960-cı ilin sonlarında Azərbaycan Dövlət Filarmoniyasının Mahnı Rəqs Ansamblı Afrika ölkələrində qastrol səfərində olmuşdu. Ansamblın kollektivi bir sıra şəhərlərdə Mərakeşin paytaxtı Rabatın məşhur «Rəyyal» salonunda çıxış etmiş Kasablankada konsert vermişdir. Tamaşaçılar Azərbaycan artistlərinin çıxışlarını hər yerdə böyük maraq sevinclə qarşılamışdılar. Yerli mətbuat Azərbaycan artistlərinin çıxışlarına yüksək qiymət vermişdi.

Bu səfərlə bağlı C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında «Afrika görüşləri» iki hissəli rəngli sənədli film çəkilmişdir. Rejissor S.Bədəlovun 1961-cı ildə lentə aldığı bu kinooçerkdə Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının Afrika ölkələrinə qastrol səfərlərindən söhbət açılır.

Əlibaba müəllimin həm gözəl səsi vardı. O, səhnədə həm rəqs edir, həm oxuyurdu. Azərbaycan Televiziyasının radioya aid arxivində Ə.Abdullayevin lent yazıları durur. «Muleyli», «Bir dənəsən», «Dilbərim», «Sarı gəlin» mahnıları onun ifasında məlahətlə səslənir.

Bakının bir sıra institutlarında, o cümlədən M.F.Axundov adına Rus dili Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) Ə.Abdullayev «Lalə» özfəaliyyət ansamblını yaratmışdır. Bu ansambl müsabiqələrdə diplom fəxri fərmanlara layiq görülmüşdür. Həm «Əhməd haradadırkinokomediyasında Ə.Abdullayevin quruluş verdiyi maraqlı «Üzüm yığımı» kompozisiyasını «Lalə» özfəaliyyət ansamblı ifa etmişdir.

Respublikanın xalq artisti, görkəmli baletmeyster rəqqas Əlibaba Abdullayev barəsində söhbətimi sevimli aktrisamız, böyük sənətkar L.Bədirbəylinin sözləri ilə bitirirəm. Leyla xanım yazır: «Əlibabanın sənəti ölməzdir, ona görə ki, onun tələbələri, onun davamçıları Azərbaycanın milli rəqsinin inkişafı uğrunda böyük məhəbbətlə çalışır belə sənətkarların həyatı həmişə indiki gənclər üçün, rəqs meydanında öz sənətlərini nümayiş etdirən rəqqas rəqqasələr üçün nümunə ola bilər... Əlibaba Abdullayev rəqslərini ifa etdiyi «Dədə Qorqud» kompozisiyası kimi ölməzdir millətimizin, xalqımızın qəlbində əbədi yaşardır...»

 

 

Aydın Kazımzadə,

əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2010.- 5 fevral.- S. 10.