Azərbaycan kitabxanalarında elektron kataloqelektron resurslar bazası yaradılır

 

   Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabxanalarında elektron kitabxana və elektron kataloqların yaradılması işinə təkan verilir. Bu barədə məlumat verən nazirliyin kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasovun dediyinə görə, bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası”nda (www.preslib.az), M.F.Axundov adına Milli Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) və s. elektron kitabxanaelektron kataloqlar istifadəçilərə təqdim edilir.

   Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Prezident Kitabxanası” İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi vasitəsilə kitabxanadakı nəşrlər haqqında məlumat, habelə nəşrlərin tammətnli bazasını yaradıb və oxucuların istifadəsinə təqdim edib.

   Kitabxananın əməkdaşları tərəfindən Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair fundamental kitabların elektron versiyaları hazırlanıb. Elektron kitabxanada (http://www.elibrary.az) əsasən müasiraktual mövzular “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Qarabağ həqiqətləri”, “Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq”, “Heydər Əliyev iqtisadi müstəqilliyimizin banisidir”, “İnkişaf - məqsədimizdir - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daxilixarici siyasəti” və s. mövzularda müxtəlif dillərdə kitablar yerləşdirilib.

   M.F.Axundov adına Milli Kitabxananın (www.anl.az) yaratdığı Elektron kitabxana müxtəlif sahələr üzrə - humanitar, texniki, təbiət, mikrofilm, dövri və ardı davam edən nəşrlərin tam mətni yerləşdirilmişdir. Elektron kitabxana yaradılarkən əsasən yeniaktual nəşrlərin tam mətni skaner olunaraq hazırlanır və oxuculara təqdim edilir. Elektron kitabxana mütəmadi olaraq zənginləşdirilir. Elektron kitabxanada ilk dəfə olaraq mikrofilmləşdirilmiş qədim kitablardövri mətbuat nümunələri oxucuların istifadəsinə verilir.

   Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında Azərbaycan dilində latın qrafikası ilə çap olunmuş kitablar M.F.Axundov adına Milli Kitabxananın Elektron kitabxanasında yerləşdirilib.

   C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında (www.ryl.az) kitabxana - biblioqrafiya proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparıb, kitabxananın elektron kataloquelektron kitabxanası Azərbaycan gənclərinə təqdim edilib.

   Hazırda elektron kitabxanaelektron kataloqların yaradılması Azərbaycanın region kitabxanalarında davam etdirilir.

 

Mədəniyyət.- 2010.- 5 fevral.- S. 5.                                                   .