Unikal sənətə
möhtəşəm qiymət
Yaşadığımız günlərdə dünya
miqyasında çox sürətli bir qloballaşma gedir. Bu
sürətli inteqrasiyanın
müsbət texnoloji tərəfləri ilə
bərabər, mənəvi
aşınmaya gətirib
çıxaracaq amilləri
də vardır. Yüksək sürətli
qloballaşmanın gətirəcəyi
mənəvi deqradasiyanın
qarşısında xalqlar
yalnız özlərinin
özəl və zəngin mədəniyyətləri
ilə duruş gətirə bilərlər.
Azərbaycan dövləti
və onun Prezidenti cənab İlham Əliyev bu baxımdan çox unikal bir mədəniyyət siyasətinə imza atdı. Mədəniyyətlərarası
savaşın getdiyi bir məqamda xalqın spesifik milli dəyərlərinə
xüsusi önəm verildi. Min illərlə
şifahi şəkildə
yaranmış və inkişaf etmiş muğam və aşıq sənəti yeni bir inkişaf
mərhələsinə qədəm
qoydu. Muğam və aşıq sənəti xalqın köküdür. Bu mənəvi dayağın
üzərində boy
atan mədəniyyət
heç vaxt məğlub ola bilməz. Muğam unikal bir sənətdir.
O, dünyanın ən şedevr sayılacaq musiqisinin qarşısında min illər keçsə də, məğlub olan deyil. Çünki
bu gün də Azərbaycan muğamı dövlətimizin,
şəxsən onun Prezidenti İlham Əliyev cənablarının
xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
H.Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın da mənəvi dəyərlərimizin qorunmasında,
muğam sənətimizin
təbliğində müstəsna
xidmətləri var. Elə
bu xidmət və təşəbbüskarlığın
nəticəsidir ki, Azərbaycan xalqının
unikal sənət nümunələri bütün
dünyada tanınır.
Bu gün Azərbaycan muğamının
səsi Avropanın möhtəşəm mədəniyyət
saraylarından gəlir.
Beynəlxalq miqyasda aparılmış işlər
sayəsində Azərbaycanın
muğam sənəti
YUNESKO-nun Mədəni
İrs Siyahısına
daxil edilib. Bu, adi məsələ
deyil. Bu, muğam sənətinin dünyaya çıxarılmasıdır.
Möhtərəm Prezidentimiz
bugünlərdə görkəmli
muğam ustası, respublikanın xalq artisti Əlibaba Məmmədovu «İstiqlal»
və məni «Şöhrət» ordeni ilə ilə təltif etdi. Vətənin bu yüksək mükafatı
təkcə bizi, muğam ifaçılarını
yox, bütün musiqisevərləri ürəkdən
sevindirdi. Mən möhtərəm Prezidentimizə
öz dərin təşəkkürlərimi bildirir,
ona uzun ömür və cansağlığı arzulayıram.
Ağaxan Abdullayev,
Azərbaycan Respublikasının
xalq artisti
Mədəniyyət.- 2010.- 10 fevral.- S. 3.