Mən evə istəyirəm

 

İnternat məktəblərindəki uşaqlar ailələrə veriləcək

 

Adınainternatdediyimiz evlərdə bizim uşaqlar kimi adi, əslində isə taleyi fərqli uşaqlar yaşayır. Dağılmış ailənin, küçəyə atılmış bir alın yazısının kiçikyaşlısı olanların əslində üz tuta biləcəkləri ən ideal məkan hələ ki, internat evləridir. Məlumdur ki, sovetlərdən qalan, yeniləşməyən bu müəssisələr atılmış uşaqların ideal məkanına çevrilmədi. Hamımızın dilində qəbul edilməyəcək dərəcədəinternat uşaqlarıtermini yarandı. Buralar onsuz da taleləri düzgün xətdən məhrum olmuşların reablitasiya ocağına çevrilmədi. Bizimlə eyni postsovet məkanında olmuş Rusiyada qəddar müəssisə rəhbərinə qarşı bugünlərdə bir internat məktəbində baş vermiş qanlı etiraz aksiyası bir daha bu sistemin özünü doğrultmadığını bariz surətdə göstərdi. Rusiyada çatışmazlıqların müzakirəsi başlayarkən nəzərlərin Azərbaycan təcrübəsinə yönəlməsini əslində təbii qarşılamaq lazımdır. Çünki problemlər kəskin şəkil almamış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ildə məhz uşaqların mənafeyinə istiqamətlənmiş xüsusi sərəncam imzaladı.

Sərəncamda nəzərdə tutulan işlərin icrası isə Təhsil Nazirliyinin nəzdində yaradılan Deinstitutlaşma Uşaqların Müdafiəsi İdarəsinə tapşırılırdı. İdarənin rəisi Məlahət xanım Hacıyeva ilə bu vacib sərəncamın həyata keçirilməsindəki işlərdən söhbət etdik.

 

- Məlahət xanım, 2006-cı ildən başladığınız bu vacib məsələ barəsində bir qədər geniş məlumat verməyiniz maraqlı olardı.

- 2006-cı il 29 mart tarixində Azərbaycan Respublikası Prezidentinin 1386 nömrəli sərəncamı ilə Alternativ qayğı uşaqların ailələrə qaytarılmasına (deinstitutlaşma) dair Dövlət Proqramı təsdiq edildi. Dövlət proqramının daha səmərəli effektiv icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən Təhsil Nazirliyinin nəzdində işçi qrupu yaradılıdı. Həmin işçi qrupunun qarşısına qoyulan əsas məqsəd vəzifə dövlət proqramının daha səmərəli həyata keçirilməsini idarə olunmasını təmin etmək, eyni zamanda bu dövlət proqramının icrasına məsul olan qurumlar arasında koordinasiyanı yaratmaqdan ibarət idi. Bu istiqamətdə bir çox işlər görüldü qarşıda duran ən vacib məsələ dövlət uşaq müəssisələrində olan uşaqlar barədə məlumat bazasının hazırlanması idi. Bunun üçün YUNİSEF-in beynəlxalq milli ekspertləri, işçi qrupları tərəfindən sorğu vərəqələri hazırlandı. 55 dövlət uşaq müəssisəsində sorğular keçirildi. Həmin dövlət uşaq müəssisələri 3 nazirliyin - Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeçiliyində idi. Bu səbəbdən sorğular keçirilən zaman həmin nazirliklərin əməkdaşları bu işə cəlb olundular. Məlumatlar Təhsil Nazirliyinin nəzdində yaranan məlumat bazasında toplandı əsasən 3 istiqamət üzrə təhlil olundu. Birinci müəssisənin uşaqlara göstərdiyi qayğının keyfiyyəti, ikincisi müəssisənin infrastrukturu, üçüncüsü müəssisənin yerləşdiyi ərazinin infrastrukturu. Bu məlumatlar toplandıqdan sonra hər bir müəssisənin gələcək taleyi barədə qərar vermək üçün beynəlxalq standartlara uyğun qiymətləndirmə meyarları hazırlandı. Həmin meyarlara əsasən bal sisitemi ilə hansı müəssisənin nəyə çevriləcəyi tövsiyə şəklində qeyd olundu. Bu bal sistemi qiymətləndirmə ilə əlaqədar olaraq hər bir müəssisənin 5 il müddətində transformasiyası üzrə baş planı hazırlandı. Həmin o proses üç mərhələdən keçdi. Ən yaxın müddətə 1 ilə transformasiyası gözlənilən müəssisələr, 3 il müddətə transformasiya ola biləcək müəssisələr, 5 ilə daha artıq müddətə transformasiya olunacaq müəssisələr. Həmin plan müvafiq dövlət qurumlarınının rəyləri alınaraq Nazirlər Kabineti tərəfindən 2008-ci ilin aprel ayında təsdiq olundu. Hazırda təsdiqlənmiş planın icrası istiqamətində müvafiq tədbirlər görülür. Eyni zamanda Təhsil, Əmək Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Daxili İşlər nazirlikləri Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət koordinasiya qrupu yaradılıb. Adıçəkilən qurumların bu işə məsul şöbə müdirləri yığışaraq təhsil nazirinin yanında bu məsələlər müzakirə edilir. Eyni zamanda Təhsil Nazirliyində mütəmadi olaraq uşaqlar hüquqlarının müdafiəsi mövzusunda onlarla işləyən qeyri-dövlət təşkilatlarının, beynəlxalq qurumların dinləmələri keçirilir. Yığıncaqda görülən ya görüləcək işlər barədə məlumat verilir. Bu cür müşavirələr bir növ hesabat xarakteri daşıyır. Hazırladığımız məlumat bazasında müxtəlif sahələri əhatə edən informasiyalar toplanıb. Bunlar hansı sahələri əhatə edir? Birincisi müəssisə barədə ümumi məlumat. Bura uşaqların sayı, gəlib-gedən uşaqların sayı, müəssisənin tipi həmin müəssisə barədə digər məlumatlar öz əksin tapır. Eyni zamahda sorğuda uşaqlar barəsində məlumat var. Yəni həmin uşağın anadan olması, müəssisəyə düşmə tarixindən, düşmə səbəbindən, yaxın qohumları valideynləri barədə tam məlumat, kimin himayəsinə hara gedib, bu barədə məlumat öz təsdiqini tapır.

- Qeyd elədiniz ki, sərəncam 2006-cı ildə verilib, indisə 2010-cu ildir. Sizə elə gəlmir ki, uşaqların ailələrə verilməsinə doğru gedən yolu bir az da qısaltmaq lazımdır?

- Lazımdır, bu fikirlə razıyam. Bizə həmişə sual olunur ki, uşaqlar evə verilibmi? Hamı proqramın adının birinci hissəsinə diqqət yetirir. Amma alternativ qayğının yaranmasına diqqət çəkilmir. Əslində alternativ qayğı sistemi yaradılmasa, uşaqların ailələrə verilməsi mümkün deyil. Çünki bilirsiniz ki, çətin həyat şəraiti olan ailələrin uşaqları valideyn himayəsindən, qayğısından məhrum olan uşaqlar bu müəssisələrə yerləşdirilirlər.

- Bəs alternativ qayğı mərkəzləri varmı, onun modeli qurulubmu, yoxsa hələlik bir proyekt olaraq qalıb?

- Hər hansı bir müəssisənin ümumtəhsil müəssisəsinə çevrilməsi bayaq dediyimiz kimi müəssisənin infrastrukturundan asılıdır. Artıq 55 uşaq dövlət müəssisəsindən 9-u transformasiya olunub, yəni ümumtəhsil mərkəzlərinə çevirilib. 9 müəsissədən 6-da biz qiymətləndirməni keçirən zaman məlum oldu ki, uşaqlar gecələmir, yalnız gündüzlər təhsil alırlar, asudə vaxtlarını keçirirlər, ev tapşırıqlarını hazırlayırlar. Saat 6-dan sonra isə evə gedirlər. Hətta həmin məktəblərin 2-də uşaqlar ümumiyyətlə dərsdən sonra, yəni günorta evə buraxılır. Məsələn, onlardan biri Bərdə rayonundakı ümumtəhsil internat məktəbi idi. Orada həm sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil alırdılar. İndi o internat inkuliziv tipli ümumtəhsil mərkəzinə çevrilib. Yaradılmış mərkəzdə, məhz, sağlamlıq imkanları məhdud olan uşaqlara kömək olunur. Bu, valideynə imkan yaradır ki, gün ərzində o da öz işi ilə məşğul ola bilsin. Mərkəzlərin yaradılması ilə 282 uşağın müəssisəyə düşməsinin qarşısı alınıb. Həmin uşaqlar dövlət uşaq müəssisələrinə yox, adıçəkilən mərkəzlərə yönəldiliblər. Halbuki onların valideynləri icra hakimiyyətlərinə müraciət etmişdilər ki, övladları internat məktəblərinə yerləşdirilsinlər.

Məlahət xanım Hacıyeva sözünün davamında qeyd etdi ki, alternativ qayğı sisteminin qurulması ilə yanaşı, uşaqların ailələrə verilməsi prosesi başlayacaq. Hazırda pilot layihə kimi seçilmiş Suraxanı Əzizbəyov rayonlarında uşaqların ailələrin qiymətləndirilməsi işi aparılır, gərəkli məlumatlar toplanır. İki il ərzində bu rayonlarda işlər tamamlanacaq. Sonra daha üç rayonda layihə icra olunacaq getdikcə bütün respublikanı əhatə edəcək.

 

 

Nigar Mənsimli

 

Mədəniyyət.- 2010.- 12 fevral.- S. 4.