Eksponatların ikinci həyatı
Milli Tarix
Muzeyinin 90 illiyi ilə əlaqədar silsilə sərgilərə
start verildi
Bugünlərdə Milli Azərbaycan
Tarix Muzeyinin 90 illik yubileyi ilə bağlı «Bərpa olunan muzey eksponatları» adlı sərgi nümayiş etdirildi, bununla yanaşı, «Mədəni irsin qorunmasında muzeylərin
fəaliyyəti və
problemləri» mövzusunda
seminar da keçirildi.
Sərgidə nümayiş
olunan eksponatların bərpasını Muzey Sərvətləri və
Xatirə Əşyalarının
Elmi Bərpa Mərkəzi, Milli Azərbaycan Tarix Muzeyinin bərpa laboratoriyası, Yaradıcı
Qadınlar Assosiasiyasının
bərpa üzrə mütəxəssisləri həyata
keçiriblər.
Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı: «Xatırladım
ki, Milli Azərbaycan Tarixi Muzeyi 90 illik fəaliyyəti dövründə
respublikamızın müxtəlif
bölgələrindən daxil
olan eksponatlarla zənginləşib. Bu
eksponatların böyük
əksəriyyəti daxil
olduğu vaxtdan indiyə kimi nə konservasiya, nə də bərpa edilib. Muzeydə elə eksponatımız var ki, onun milyon
yarım yaşı var. Ən yaşlı
eksponatımız Şamaxıdan
tapılmış daşlaşmış
ağac kökləridir.
Prezident İlham Əliyevin Milli Azərbaycan Tarix Muzeyi eksponatlarının
bərpasına göstərdiyi
diqqət sayəsində
2009-cu il ərzində
Arxeologiya Fondunun 150-dən
çox sümük,
saxsı, tunc, gümüş, dəmir,
şüşə, parçadan
eksponatları bərpa
və konservasiya edilib. 2008-ci ildə Prezidentin Ehtiyat Fondundan, 2009-cu ildə isə Nazirlər Kabinetinin sərəncamı ilə 1 milyon vəsait ayrılıb. Bu vəsaitlər hesabına
müxtəlif tarixi dövrləri özündə
əks etdirən
2000-dən artıq eksponat
almışıq.
Muzeyə alınan eksponatların hər biri tarixi,
elmi əhəmiyyəti
olan arxeoloji, etnoqrafik eksponatlardır. Ötən
il 1600-dən artıq
eksponat bərpa olunub. Bərpa işlərinə Mədəniyyət
və Turizm Nazirliyinin bərpa laboratoriyası, Yaradıcı
Qadınlar Assosiasiyasının
əməkdaşları və
muzeyin öz işçiləri cəlb
olunub. Bərpa olunan əşyalar arasında metal əşyalar daha çoxdur. Çünki dəmirdən olan əşyalar daha tez korroziyaya uğrayır. Bəzi eksponatların bərpası
mümkün olmadığından
konservasiya edilib. Buna Rusiyanın ölkəmizi işğalı
zamanı döyüş
meydanından götürülmüş
xanlıqların bayraqlarını
göstərmək olar.
Bayraqların çoxunun
parçası üzülmüşdü,
üzərindəki naxışları
pozulmuşdu. Belə eksponatı bərpa etmək çox çətindir”.
Direktor onu da bildirdi ki, təmir və eksponatların bərpası ilə
yanaşı,
muzeylərdə
müasir texnoloji sistemin də olması
çox vacibdir: “Bu gün hər bir muzeydə kompyuter şəbəkəsi quraşdırılmalıdır.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 17 fevral.- S. 7.