Mötəbər tədbirlərin
ünvanı - Heydər
Əliyev Sarayı
Son illər respublikamızda mədəniyyət
obyektlərinin, müəssisələrinin
təmir və bərpasına xüsusi önəm verilir. Paytaxtda və
regionlarda fəaliyyət
göstərən mədəniyyət
müəssisələri müasir
standartlara uyğun təmir edilir, ən modern avadanlıqlarla təchiz olunur. Bütün bunlar dövlətimizin mədəniyyətimizə göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına
əsasən əsaslı
təmirə dayandırılan
Heydər Əliyev Sarayı da belə mədəniyyət
ocaqlarındandır. Sarayda
aparılan təmir-bərpa
işləri binanı
möhtəşəm mədəniyyət
kompleksinə çevirdi.
Tikintisi on illərlə ləngiyən
bina cəmi iki ilə hazır
oldu
Bu gün Bakının mərkəzi meydanlarından
birində qərar tutan Heydər Əliyev Sarayının maraqlı tikilmə tarixçəsi var. 1960-1970-ci illər
arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat
işləri yarımçıq
dayandırıldı. Üç,
dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin
tikintisinə 1962 - ci ilin mayında başlandı. Bir müddət inşaat işləri davam etdirildi, divarlar bir-iki metr qalxdı,
lakin az keçməmiş iş
dayandırıldı, bir-iki
ildən sonra tamamilə unuduldu. Tikinti işlərinə yalnız
ölkədə quruculuq
və abadlığın
vüsət aldığı
dövrdə, 1969-cu ildə
Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin
olunmasından sonra başlanıldı. Dahi lider ölkədə tikinti işlərinə rəhbərliyi tanınmış
inşaat mühəndisi
Əliş Ləmbəranskiyə tapşırdı.
Beləliklə, tikintisi
on illərlə ləngiyən binada inşaat işləri sürətləndirildi. Qayğıkeş rəhbərliyin gündəlik
nəzarəti sayəsində
iki il ərzində
Respublika Sarayının
(keçmiş V.İ.Lenin adına saray) tikintisi başa çatdırıldı. 1972-ci ilin dekabrın 11-də tikintinin qabaqcılları
iş yoldaşlarının
alqışları altında
sarayın rəmzi açarını Heydər
Əliyevə təqdim
etdilər. Bu açar ən qiymətli xatirə əşyası kimi sarayda indi də
qorunub saxlanılır.
Həmin gün bu möhtəşəm sarayın səhnəsində
ilk böyük qala konsert keçirilidi.
Konsertdə respublikanın
adlı-sanlı, görkəmli
incəsənət ustaları
iştirak ediblər.
O vaxtdan saray Türkiyə, Yuqoslaviya, Çexoslavakiya, İngiltərə,
Amerika kimi böyük ölkələrdən,
SSRİ-nin bütün
regionlarından incəsənət
xadimlərinin çıxışları
ilə yanaşı, vacib hadisələrin də qeyd olunduğu
məkana çevrildi.
Saray ilk başlanğıcda iri formatlı filmlər nümayiş etdirmək üçün 2500 yerlik
geniş panoramlı kinoteatr üçün nəzərdə tutulmuşdu. Binanın
tikintisinə Moskva, Ukrayna, Özbəkistan, Gürcüstan, Latviya, Estoniya və Litvadan mütəxəssislər
dəvət olunmuşdu.
Sarayda mürəkkəb texniki qurğular, binanı isti və soyuq
hava ilə təmin etmək üçün müxtəlif
mexanizmlər, elektrik yarımstansiyası, səhnə
səthinin və orkestrin enib-qalxması üçün çox mürəkkəb avadanlıqlar
quraşdırılmışdı. Sarayın səhnəsi ən müasir texniki qurğularla təmin olunmuş, müxtəlif hündürlüklərə
enib-qalxan səhnə
döşəməsi, hər
iki tərəfə hərəkət edən iki xüsusi döşəmə, mexaniki
idarə olunan rəngarəng pərdələr,
ən mürəkkəb
rəng çalarlarını
yarada bilən işıq sistemi, avtomatik idarə olunan yüksək səviyyəli səs
gücləndirmə texnikası,
müxtəlif çeşidli
mikrofonlar, orada çalışan rejissor
və digər yaradıcı işçilər,
eləcə də səhnədə çıxış
edənlər üçün
hər cür imkan yaradılmışdı.
Sarayda keçirilən
rəsmi tədbirlərdə
çıxışlar müxtəlif dillərə
tərcümə edilir,
xüsusi aparatın köməkliyi ilə salonda əyləşənlərə
çatdırılırdı.
Qeyd edək ki,
keçmiş
sovetlər ittifaqında belə
saray Moskva və Sankt-Peterburq da daxil
olmaqla cəmi
7 şəhərdə tikilmişdi.
Təmir işləri sarayı
müasir mədəniyyət
kompleksinə çevirdi
Yuxarıda qeyd etdiyimiz kimi, son illər dövlət, mədəniyyət
obyektlərinin təmir
və bərpasına
xüsusi diqqət ayırır. Avropaya inteqrasiya edən
müstəqil respublikamızda
mədəniyyət müəssisələri
də müasir standartlara uyğun qurulur.
Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Sarayının mühüm ictimai-siyasi, mədəni tədbirlərin
keçirilməsində əhəmiyyətini
nəzərə alaraq,
prezidentin sərəncamına
uyğun olaraq binanı əsaslı təmirə dayandırdı.
Sarayı köhnəlmiş avadanlıqlardan
xilas etmək, onların yeniləri ilə əvəzlənməsi
üçün böyük
zəhmət sərf edildi və nəticədə binaya yeni həyat verildi. Sarayın arxa
və yan fasadlarına, eləcə
də binanın daxilinə mərmər üzlüklər vuruldu. Kommunikasiya xətlərinə gəlincə,
onlar yenidən quruldu, işıqlandırma
və səsləndirmə
sistemi yeniləndi. Ən son texnologiya
ilə əvəzlənən
ventilyasiya sistemi və kinoproyeksiya korpusunun yenidənqurulması
başa çatdı.
Sarayın əsas özəlliklərindən biri
ABŞ istehsalı olan
ekran tipli şüşələrdir. Belə ki, 35 ildən sonra müasir həyat verilən sarayda tamaşaçılar bu şüşələr vasitəsilə
içəridə keçiriləcək
tədbirləri birbaşa
bayırda izləyə
bilirlər. Eyni zamanda şəhərin gecə görüntüsünə
də xüsusi yaraşıq verən bu şüşələrdən
monitor kimi də istifadə olunur. Aparılan əsaslı təmir işlərinin gedişində
binanın dam örtüyü dəyişdirilib,
işıqlandırma sistemi
yenidən qurulub. Sarayın tavanının üzlənməsində xüsusi
alkapon materialından istifadə olunub ki, bu da
döşəmənin mərməri
ilə harmoniya təşkil edir. Girişdə yaradılan su pərdəsi zövq oxşayır. Saraya gələnlər buradan xüsusi lazer sistemi vasitəsilə
müxtəlif görüntüləri
izləmək imkanı
qazanırlar. Sarayın
salonunda tamaşaçılar
üçün komfort
şərait yaradılıb.
Gözəl dizaynlı
çilçıraqlar da
salona əlavə yaraşıq verir. Səhnənin akustikası
müasir tələblərə
tam cavab verir. Liftlər və eskalatorlar yeniləri ilə əvəzlənib, binanın
daxilində həssas avtomatik yanğınsöndürmə
sistemi qurulub. Bundan başqa binada İtaliyadan gətirilmiş xüsusi havalandırma sistemi də quraşdırılıb.
Sarayın ətrafına
6 min kvadratmetrdən çox mərmər və qranit döşənib, yaşıllıqlar
salınıb.
Təmir və yenidənqurma işlərindən sonra saray yenidən öz ənənəsinə
sadiq qalaraq maraqlı və yaddaqalan tədbirlərə
«ev sahibliyi» edib. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 12 sentyabr 2008-ci ildə bərpa və yenidənqurma işlərinin
yüksək səviyyədə
və keyfiyyətlə
başa çatdırılması
barədə tövsiyə
və tapşırıqlarını
verib. Oktyabrın 24-də
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin and içmə mərasimi də bu möhtəşəm
sarayda olub.
Ümummilli lider Heydər Əliyevin bizlərə yadigar qoyduğu yüzlərlə monumental abidə
və
möhtəşəm binalardan olan bu saray gələcəkdə
də
mötəbər tədbirlərin və
kütləvi mədəni proqramların keçirildiyi məkan olacaq.
Mehparə
Mədəniyyət.- 2010.- 17 fevral.- S. 5.