Musiqimiz milli sərvətimizdir
Azərbaycan musiqi mədəniyyəti tarixində
xüsusi xidmətləri
olan təhsil ocaqlarından biri də Georgi Şaroyev adına 35 saylı Musiqi məktəbidir. Yarandığı ilk çağlardan yüksək
musiqi, əsl sənət məbədi olan məktəb bu gün də
professional musiqinin inkişafına xidmət edir. Hər gün burdan ətrafa yayılan gözəl melodiyalar, gün-gündən cilalanıb
püxtələşən klassik və müasir üslublu ifalar yaxından-uzaqdan keçən hər kəsin diqqətini çəkir.
Nə az, nə azacıq - düz 75 ildir burda balalarımıza musiqi təhsili verilir, gözəl ifaçılıq vərdişi
aşılanır, zəngin
mədəniyyət tariximiz
öyrədilir, musiqi
irsimiz təbliğ olunur, eyni zamanda
gələcəyə zəmin
yaradılır. Bu
musiqi məktəbinin
yaranması məşhur
musiqiçi Georgi Şaroyevin adıyla bağlıdır. Xatırlatmaq
yerinə düşər;
Azərbaycan fortepiano məktəbinin yaradıcılarından
professor Şaroyevi hələ 1919-cu ildə böyük bəstəkarımız
Üzeyir bəy Hacıbəyli Bakıya dəvət etmişdir. Milli Konservatoriyanın yaradılmasında Şaroyevin
önəmli xidmətləri
olmuşdur. Bu il G. Şaroyevin anadan olmasının 120, onun adını daşıyan musiqi məktəbinin isə 75 yaşı tamam olur. Hər iki yubileylə
bağlı görüləcək
işlər, məktəbin
fəaliyyəti, kollektivin
uğurları barədə
söhbət üçün
son on beş
ildə 35 saylı Musiqi Məktəbinə rəhbərlik edən, ötən illərin zəngin ənənələrini
diqqət və qayğıyla qoruyub
yaşadan direktor Yusif Vəliyevlə görüşdük. Adlı-sanlı
məzunlarıyla, yüksək
ixtisaslı müəllimləriylə
öyünən, beynəlxaq
müsabiqələrdə laureat
adı qazanan yetirmələriylə fəxr
edən kollektivlə bizi Yusif müəllim
tanış edir:
- Hər
iki yubileylə bağlı yaz aylarında bir neçə tədbir keçiriləcək, indi
onlara hazırlaşırıq.
Şaroyevin yetirmələriylə,
məktəbimizin məzunlarıyla
silsilə görüşlər
nəzərdə tutulub.
Gənc musiqiçilər
yeni əsərlər
üzərində işləyir,
çoxlu məşq
edirlər. Seçmə
ifalardan ibarət konsert proqramı üzərində iş gedir. Keçirəcəyimiz
tədbirlər bizlərin
hər birinin müəllimi Georgi Şaroyevin xatirəsinin anılmasına, məktəbimizin
yubileyinə gözəl
töhfə olacaq. Tanışlıq üçün
bildirim ki, məktəbimizdə fortepiano,
simli nəfəs alətləri, xalq çalğı alətləri
və musiqi nəzəriyyəsi şöbələri
fəaliyyət göstərir.
Məktəbimizdə 20-yə yaxın ixtisas tədris olunur, bu ixtisaslarda 375 şagird təhsil alır. Müəllim kollektivi ixtisaslı kadrlardan ibarətdir. Burda dörd professor, məsləhətçi,
bir dosent və iki baş
müəllim çalışır.
Gözəl ənənəmiz
var- mümkün qədər musiqi məktəbini bitirən məzunların sonrakı
həyatını, fəaliyyətini
diqqətdə saxlayır,
onları işə dəvət edirik. Müəllimlərimizin 35 nəfəri
öz məzunumuzdur.
- Ali musiqi
təhsili verən məktəblərlə əlaqələriniz
varmı?
- Bakı
Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası ilə sıx əlaqələrimiz
var. Hər il məzunlarımızın
əksəriyyəti məhz
bu məktəblərə
sənəd verir, tələbə adını
qazanırlar. Biz fəaliyyətimizi xüsusilə
o sahəyə yönəltmək istəyirik
ki, həmin ixtisaslara respublikamızda tələbat çoxdur. Bu, simli, nəfəsli
musiqi alətləri ifaçılığıdır. Artıq məktəbdə
arfa ixtisasını da tədris edirik. Doğrudur, bu ixtisasda şagirdlərimizin
sayı azdır, amma gələcəkdə
onların Bakı Musiqi Akademiyasında bizi təmsil etmələri məktəbimiz
üçün sevindirici
göstərici olacaq.
Akademiya rəhbərliyinin
təşəbbüsü ilə fakültətiv arqan dərsləri təşkil edirik, çalışırıq bu
sahəni də inkişaf etdirək. Bununla yanaşı, əsas diqqət, əlbəttə, milli musiqimizin inkişafına yönəldilib. Xalq çalğı alətləri
şöbəsində tar,
kamança, balaban, nağara, qarmon ixtisası tədris olunur. Eləcə də zərb alətlərinin tədrisinə
başlamışıq, məqsədimiz
bu sahədə də yüksək ixtisaslı mütəxəssislər
yetişdirməkdir.
- Bunun üçün peşəkarlıq
və məsuliyyətlə
yanaşı, maddi-texniki
baza da tələb
olunur.
- Doğrudur.
Hər il Mədəniyyət və
Turizm Nazirliyindən məktəbimizə vəsait
ayrılır, lazım
olan musiqi alətləri, inventarlar və dərs ləvazimatları ilə təmin olunuruq. Məktəbimizdə kompyuter
sistemi qurulub. Uşaq musiqi məktəbləri arasında
yeganə məktəbdir
ki, öz balansımızdadır. Amma
məktəbimizin əsaslı
təmirə ehtiyacı
var. Çox şadıq ki, nazirimiz Əbülfəs Qarayev çıxışlarının
birində bizim məktəbin bu il, yəni 2010-cu ildə əsaslı təmir ediləcəyini söyləyib. Bu bizi sevindirir, daha həvəslə işləməyə sövq
edir. Yaxşı şərait yaxşı da iş tələb
edir. Təlimin səviyyəsinə, tədrisin
keyfiyyətinə gəlincə,
onu deyək ki, bu, pedaqoqların
öz üzərində
işləməsindən çox
asılıdır. Harda
ki, yüksək ixtisaslı kadrlar, vicdanlı, peşəsinə
vurğun müəllimlər
var, orda keyfiyyətdən danışmaq
olar. Nəticə göz qabağındadır:
bu gün 11 nəfər beynəlxalq müsabiqə laureatımız,
müxtəlif festivalların
diplomantları, bir Prezident təqaüdçüsü
yetirməmiz var. Bu göstəriciləri keyfiyyətli tədrisin, ixtisaslı müəllimlərin
adına yazmaq gərəkdir.
- Qazanılan
mükafatlar, əldə
olunan uğurlu göstəricilər yəqin
ki, şagirdlərinizi
bir qədər də həvəsləndirir.
Tanınmış musiqi xadimləri
ilə məktəbinizdə
görüşlər təşkil
edilirmi?
- Böyük
bəstəkarımız Arif
Məlikovla, sevimli pianoçumuz, bəstəkar
Elmira Nəzirova ilə,
bəstəkarlar Oqtay
Zülfüqarovla, Musa
Mirzəyevlə görüşlər,
bəstəkar Süleyman
Ələsgərovun yubileyinin
qeyd edilməsi şagirdlərimiz üçün
örnək, bir növ məktəbdir. Türkiyədə çalışan musiqiçi İslam Manafov bu yaxınlarda
Bakıda olarkən onu görüşə dəvət etdik. Görüş maraqlı keçdi.
Belə tədbirlər uşaqların
musiqiyə, incəsənətə
daha çox maraq göstərməsinə,
bu sənətə əbədi bağlanmasına
müsbət təsir
edir. Musiqi
məktəbi sənət
məbədidir. Burda milli sərvətimiz olan Azərbaycan musiqisi tarixinə yeni səhifələr yazılır. Bu işdə əməyimiz
olduğuna görə
xoşbəxtik.
Mahmud VƏLİ
Mədəniyyət.- 2010.- 17 fevral.- S. 4.