İntellektual məsuliyyət

 

Mədəniyyət insanı daxilə baxmağa, sivilizasiya isə özündən kənara boylanmağa sövq edir. Sevgi, mərhəmət. Bu, bəşərin nicat yoludur. Yeni minilliyə keçmişdən miras qalan bəşəri problemlərin həlli üçün axtarılan çarə yollarında sevgi mərhəmət ən gözəl məlhəmdir. Mehriban xanım qayğıya ehtiyacı olan insanların problemlərini həll edəndə, nəvazişi bir içim su, bir udum hava kimi gözləyən uşaqları sevindirəndə, bu həyat məlhəminin qədər vacib olduğunu, sanki bir daha xatırladırdı. Həyatı kor-koranə sevmək yox, onun gətirdiyi sevinc kədəri olduğu kimi dəyərləndirmək, mənəvi cavabdehlik hissi ilə yaşamaq elmi çətin olsa da, yeganə düzgün yoldur. O, bu elmin əlifbasını böyük bir nəslin keçdiyi həyat yolundan, nəfəs aldığı mənəvi-əxlaqi ab-havadan öyrənmişdir.

 

Azərbaycan Şərqlə Qərbin təmas xəttində yerləşir. Höte, Şekspir, Tolstoyun mənəvi axtarışları, etik təlimləri, sufi şairlərin ruhi məqamına, Nizaminin, Nəsiminin, Füzulinin kamil insan ideyasına qarışırdı. Bakı nefti texnoloji dünyanın damarlarında qədər əhəmiyyətli yer tuturdusa, bu küləkli şəhərin Qərblə Şərqdən qaynaqlanmış mənəvi dünyasına müasirliyin bir o qədər ab-havası hopmuşdu. Mehriban xanım bu haqda müsahibələrinin birində deyir: «Azərbaycan müasir dünyəvi, müsəlman dövlətidir. Son dərəcə tolerantlığı ilə seçilən bu dövlətdə müxtəlif dinlərin nümayəndələri birlikdə rahat yaşayır, burada din ya etnik zəmində problemlər yaranmır. Müasir dünyada belə ölkənin nümunəsi çox vacibdir».

Minillərin ənənələrinin işığını qoruyub saxlamaq, onu gələcək nəsillərə layiqincə ötürmək üçün mədəniyyətin mahiyyətinə varmaq lazımdır. Burada yenə zaman faktoru əsas rol oynayır. Müqəddəs kitabımız Qurani-Kərimdə deyilir ki, zaman hər şeyin əvvəli sonudur. Xalqların, ölkələrin taleyi zamanın naxışları ilə bir-birinə calanır. Sirli xalçaya bənzəyən gələcəyə ünvanlanan bu işarələri oxumaq üçün mənəvi güc tələb olunur. Bəlkə ona görə bu zərif incə qadının iradə intellektlə səslənən fikirləri Qərbdə Şərqdə maraqla qarşılanır. Bu fikirləri ömür kitabının səhifələrinə yazılmış qeydlər, mürəkkəb zamanın çağırışlarına verilən cavab kimi dəyərləndirmək olar. Hələ Seçenov adına Moskva Tibb Akademiyasında təhsil aldığı illər Mehriban xanımı şəfqətli olmağı ilə yanaşı, qətiyyətli çalışqan bir insan kimi tanıyırdılar. Burada, tarixi məhvərindən oynatmaq istəyən bir ideoloji güc mərkəzinin soyuq paytaxtında gənc tələbə ürəyində bir parça Azərbaycan istisi yaşadırdı. Şimal ölkəsinin küləkləri zəfər qüdrət təlqin edən nəhəng şəhərin binaları fonunda muzeylərə toplanan mədəniyyət inciləri onu dərindən düşündürürdü. Burada bəşəri xilas edəcək bir gözəllik, bir ümid öz sakit həyatını yaşayırdı. Bu, ruhun qəddar əzablı zaman üzərində azad uçuşu idi. Böyük dühalardan biri deyirdi ki, mədəniyyət insanı daxilə baxmağa, sivilizasiya isə özündən kənara boylanmağa sövq edir. Silaha sarılıb öz ideyasını yeganə, düzgün həqiqət kimi isbat etmək istəyənlər üçün mədəniyyət inciləri interyeri bəzəyən lazımsız əşyadır. Onlara hərb meydanlarının uğultusu muzey sükutundan daha vacibdir. Ancaq Rembrandt da, Soltan Məhəmməd sükut istəyirdi. Bəlkə bu sükutun içindən Şərqin muğam üstə oxunan həqiqətləri eşidilirdi.

İnsan kainatın bir hissəsidir. Amma bu hissəcikdə bütün kainat əks olunur. Mehriban xanım muğam fəlsəfəsindən söz açanda bu sehrli kainatın bir insan səsində üzə çıxdığına bir daha işarə edir - xalq yaşayır, öz ruhi məqamlarını da zaman-zaman özü ilə yaşadır. Bəlkə Mehriban xanımın təşəbbüsü ilə Bakıda açılan, Şərqin tarixinə ilk səhifə kimi yazılan Muğam Mərkəzi bu sirli aləmin yaddaş xəzinəsinə çevriləcək. Şərqdən Qərbdən axışan musiqiçilər, sənətşünaslar ilk dəfə paytaxtımızda keçirilən Muğam Festivalına qatılan insanlar bu mərkəzin möhtəşəmliyi qarşısında heyranlıqlarını bildirirdilər.

Azərbaycanın böyük muğam ustalarının mərkəzdə qoyulan büstləri əslində xalq yaddaşının, milli-mənəvi sərvətlərin ölməzliyinin təntənəsi idi. Azərbaycan böyük faciələrin içindən çıxsa da, onun qəlbində sevgi mərhəmət günəşi parlayır onun işığından dünyanın bütün qütblərində yaşayan insanlara pay düşür.

Hələ 1995-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Azərbaycan Mədəniyyətinin Dostları Fondu bəlkə xalqımızın qəlbində yaşayan min illərlə cilalanan, büllurlaşan ali keyfiyyətləri bəşər övladlarına daha yaxından tanıtmaq istəyi ilə yaradılmışdı. Dünyanın müxtəlif ölkələrində ən yüksək tribunalardan çıxış edəndə o, böyük Azərbaycan ideyasının ən uca insani dəyərlərdən bəhrələndiyini sübut edirdi.

Elə bu nöqteyi-nəzərdən, humanizmə, ali dəyərlərə sədaqətinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldü. «Exo planet» jurnalına verdiyi müsahibə zamanı müxbir ondan soruşur: «YUNESKO-nun xoşməramlı səfirlərinin sayı 40 nəfərdən çox deyil. İSESKO-nun xoşməramlı səfirləri arasında yeganə qadın sizsiniz. Siz bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz?» O, cavab verir: «Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin mədəni köklərə malik olan xalqını göstərmək, bizim incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır».

2004-cü ildə M.Əliyeva ümummilli lider H.Əliyevin irsini tədqiq edən fond yaratdı. Bu, onun mənəvi haqqı idi. Çünki Mehriban xanım görkəmli dövlət xadiminin ideyalarına, dünyagörüşünə, fəlsəfəsinə yaxından bələd idi. Azərbaycanı abad, firavan görmək istəyən fenomenal qabiliyyəti, sarsılmaz iradəsi ilə bu yolda titanik səylər göstərən H.Əliyevin arzularını gerçəkləşdirmək dayanır bu missiyanın təməlində.

Azərbaycanda az zamanda H.Əliyev Fondu, hətta ən ucqar dağ kəndlərində müasir məktəb binaları tikdi, sosial sahələrdə ən uğurlu nəticələrə nail oldu. Onun internat məktəblərinə, uşaq evlərinə hər gəlişi qayğıya ehtiyacı olan balacaların bayramına çevrildi.

Mehriban xanımın adı indi «Yüzilliyin mesenatları» sırasında çəkilir bu sahədəki fəaliyyətinə görə Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut Xaç» ordeninə layiq görülüb.

Bugünlərdə isə daha bir mötəbər təltif: Fransa RespublikasınınŞərəf Legionuordeni. …

İşıq su kimi Ana, fəal ictimai xadim keyfiyyətlərini özündə birləşdirən Mehriban xanım Əliyeva inanır ki, «insan həyatı - istənilən rəssam təxəyyülündən, keçmiş gələcək barədə hər hansı fantaziyadan, daha mürəkkəb çoxşaxəlidir». Sivilizasiya qarşısında intellektual məsuliyyət onun düzgün seçim etməyinə həmişə kömək edir, tutduğu yolun üzərinə daim işıq saçır.

 

 

Mədəniyyət.- 2010.- 17 fevral.- S. 3.