Ağaxan Abdullayevin 60 illik yubileyi qeyd edildi

 

Fevralın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qələbəlik vardı. Bu dəfə sənətsevərlər xalq artisti Ağaxan Abdullayevin 60 illik yubileyinə toplaşmışdılar. Mərasimdə sənətkarın sənət dostları, çoxsaylı muğamsevərlərlə yanaşı, mədəniyyət turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da iştirak edirdi. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi, xalq artistləri Əlibaba Məmmədov, Ramiz Əzizbəyli, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, xalq şairi Zəlimxan Yaqub, Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Fərəh Əliyeva başqaları çıxış edərək A.Abdullayevin muğamlarımızın inkişafı naminə gördüyü işlərdən danışdılar.

Bildirildi ki, Azərbaycanda milli-mənəvi sərvətlərimizin qorunmasına, eləcə muğam sənətinə daim böyük dəstək verilir. Prezident İlham Əliyevin milli sərvətlərimizin qorunması sahəsində gördüyü işlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən geniş təbliğ edilir. Bunun nəticəsində son illər Azərbaycan muğamları dünyanın hər yerində sevilir. Azərbaycanda muğamlarımızla bağlı yüksək səviyyədə beynəlxalq tədbirlər təşkil edilir, neçə-neçə gənc ifaçıların üzə çıxmasına, püxtələşməsinə şərait yaradılır.

Çıxış edənlər bugünlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərinə görə Ağaxan AbdullayevinŞöhrətordeni ilə təltif olunmasını xüsusi olaraq vurğuladılar bunu sənətə, sənətkara verilən ən yüksək dəyər adlandırdılar.

Tədbirdə o da bildirildi ki, Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr edib. Nəfis tərtibatda hazırlanmış nəşr sənətkarın həyat yaradıcılığını əks etdirən albom üç diskdən ibarətdir.

Tədbirin davamında xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artistlər Könül Xasıyeva, Zabit Nəbizadə, Teyyub Aslanov, Simarə İmanova, tanınmış sənətçi Elnarə Abdullayeva muğam müsabiqələrinin qalibləri öz musiqi töhfələri ilə ustad sənətkarı təbrik etdilər.

Sonda Ağaxan Abdullayev bütün iştirakçılara minnətdarlıq etdi. İstedadlı xanəndənin bənzərsiz ifası tədbir iştirakçılanın davamlı alqışları ilə qarşılandı.

Qeyd edək ki, filarmoniyanın foyesində A.Abdullayevin həyat yaradıcılığına həsr olunmuş fotosərgi açılmışdı.

 

 

Fəxriyyə ABDULLAYEVA   

 

Mədəniyyət.- 2010.- 19 fevral.- S. 7.