Kitablarımız növbəti
beynəlxalq yarmarkada
Xəbər verdiyimiz kimi, fevralın 10-da Belarusda
XVII Minsk Beynəlxalq Kitab
Sərgi-Yarmarkasının açılışı olub. Gürcüstan, Bolqarıstan, Almaniya, İsrail, İran, Qazaxıstan, Koreya, Çin, Kuba, Litva, Moldova, Polşa, Rusiya, Suriya, Slovakiya, ABŞ, Tacikistan kimi ölkələrin də iştirak etdiyi tədbirdə Azərbaycan
ölkəmizdə nəşr
edilmiş çap məhsulları ilə təmsil olunub. Çap məhsullarımız
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən icarəyə
götürülmüş 10 kv.m-lik stenddə nümayiş etdirilib. 125 adda 140 nəşr məhsulundan ibarət ekspozisiyamız mövzu, tərtibat, nəşrlərin
poliqrafik icrası baxımından xüsusi diqqət çəkib.
Milli Sərgi Mərkəzində fevralın 10-u yerli vaxtla saat 12.00-da açılışı edilən tədbirdə Belarus Respublikasının informasiya naziri Oleg Proleskovski,
mədəniyyət naziri Pavel Latuşko, digər rəsmi şəxslərlə yanaşı,
Azərbaycan Respublikasının bu ölkədəki səfiri Əli Nağıyev də iştirak edib.
26 ölkənin iştirak etdiyi tədbirdə ümumilikdə eksponatlərın
sayı 619 olub. Ənənəyə görə,
hər il bir ölkə bu yarmarkada fəxri
qonaq statusu ilə iştirak edir. Builki tədbirin fəxri
qonağı statusunda
olan Fransa 204 kv.m-lik ərazidə xüsusi dizaynlı stenddə öz çap məhsullarını
sərgiləyib, o cümlədən müxtəlif
fransız yazıçı
və naşirlərlə
görüşlər təşkil
edərək, maraqlananlara
milli mətbəxlərindən
və məşhur fransız ətirlərindən nümunələr
təqdim ediblər.
Sərginin keçirildiyi
4 gün ərzində
Azərbaycan stendi də maraqla izlənib. Bu müddətdə tamaşaçılar dövlətçiliyimizə,
tariximizə, Qarabağ
həqiqətlərinə, mədəniyyət və
incəsənətimizə dair Azərbaycan, rus, ingilis dillərində
hazırlanmış nəfis
kitablarla tanış olublar. Ölkəmizi tanıdan müxtəlif bukletlər, CD-lər, kitabçalar tədbir izləyicilərinə hədiyyə edilib. Azərbaycan nümayəndə
heyəti eyni zamanda Azərbaycanda gedən proseslər, mədəni həyatın
inkişafı və Qarabağ həqiqətləri
haqqında ziyarətçilərə
geniş məlumatlar veriblər.
Sərgi müddətində nümayəndə heyətimiz
eyni zamanda “P.Brovki adına Belarus Ensiklopediyasının direktoru Tatyana Belova və ensiklopediyanın yaradıcı
heyəti ilə,
“Literatura i Mastatsiya” nəşriyyatının direktoru,
Belarus Yazıçılar Birliyinin Rəyasət Heyətinin üzvü
Ales Karlyukeviç
və
“Narodnaya avesta” nəşriyyatının direktoru Larisa Minko
ilə
görüşlər keçirərək həmin müəssisələrdə
olublar.
Görüşlərdə kitab
işi ilə bağlı ikitərəfli
razılaşmalar əldə
olunub.
Azərbaycanın da uğurla iştirak
etdiyi XVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası
öz işini fevralın 14-də başa çatdırıb.
SABUTAY
Mədəniyyət.- 2010.- 19 fevral.- S. 6.