Şirvanşahlar sarayı yeni idarəçilikdə

 

Bu struktur qoruq-muzeyə verəcək?

 

Azərbaycan xalqının qədim zəngin tarixinin öyrənilməsi onun gələcək nəsillərə ərməğan edilməsində muzeyin müstəsna rolu vardır. Belə muzeylərdən biri 1964-cü ildən fəaliyyət göstərən Şirvanşahlar Saray-Kompleksidir. Ekspertlərin bildirdiyinə görə, XV əsrdə tikilmiş sarayın bu günə qədər qalmasına səbəb onun yüksək memarlıq keyfiyyəti ilə bağlıdır. Qoruq-muzey öz tarixiliyi estetik görünüşü ilə xüsusi əhəmiyyət kəsb edir. İçərişəhərin simasına əzəmət verən bu muzey kompleksi tarixi keçmişimizin öyrənilməsi təbliği, xalqımızın maddi-mədəni dəyərlərinin əcnəbi qonaqlara nümayiş etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Qoruq-muzeyə dövlət səviyyəsində daim diqqət qayğı göstərilib, əsaslı təmir-bərpa işləri aparılıb, ekspozisiyalar yenidən qurulub. Azərbaycan Respublikası Prezidentinin fevralın 10-da imzaladığı fərmana əsasən Şirvanşahlar Saray-Kompleksi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun idarəçiliyinə verilib.

Qoruq-muzeyin direktoru Rəna Rzayeva artıq bir sıra tədbirlər həyata keçirildiyini bildirdi: «Bu fərmanın imzalanması ilə sanki böyük bir mexanizm işə düşməyə başladı. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov muzeyin kollektivi ilə görüş keçirdi söhbət zamanı problemlərimizlə maraqlandı. Bundan əlavə, fərman imzalanan gündən idarənin əməkdaşları muzeyə gəlir, yaranmış problemlərin hamısını qeydə alır, muzey binasının uçmuş hissələrinin şəkillərini çəkir, fondlarda olan əşyalarımızla tanış olurlar». Söhbət əsnasında Rəna xanım yaxın gələcəkdə qoruq-muzeydə gözlənilən yeniliklərdən danışdı: «İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə muzeydə xüsusi mühafizə məntəqəsi olacaq. Bundan əlavə, ekspozisiyalar yenidən qurulacaq muzeyə daha çox ziyarətçi cəlb etmək məqsədilə xüsusi reklamlar veriləcək . Yeni strukturun mühüm üstünlüklərindən biri odur ki, əgər əvvəllər bizim tədbirlərimizin keçirilməsi təkcə muzeylə məhdudlaşırdısa, indi onlar daha geniş miqyasda, yəni İçərişəhər səviyyəsində baş tutacaq».

Beynəlxalq Şərq Memarlıq Akademiyasının müxbir üzvü Hacıəmi Atakişiyev yeni fərmanı düzgün addım kimi dəyərləndirir: «Şirvanşahlar Saray-Kompleksi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna aid olmalıdır. Ona görə ki, bu qoruq-muzeyin bir ada kimi orda qalması bir çox məsələlərin həllində problem yaradırdı. Yaxın gələcəkdə biz bu fərmanın faydasını görəcəyik.

Məsələn, İçərişəhərin gələcək bərpa yenidənqurma planında Şirvanşahlar sarayına da müəyyən vəsait ayrılacaq. İçərişəhər respublika üçün sadəcə bir obyekt deyil, deyərdim ki, kiçik bir Vatikandır. Özünün idarəetmə, maliyyə, xüsusi nəzarət sistemi var bunların bir mərkəzdə, idarəedici orqanda cəmlənməsi mühüm əhəmiyyət kəsb edir».  

 

 

Mehparə

 

Mədəniyyət.- 2010.- 19 fevral.- S. 6.