29 nəşrin
təqdimatı keçirildi
Dünən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
nəşr olunan 150 cildlik dünya ədəbiyyatı seriyasından
işıq üzü
görmüş 29 kitabın
təqdimat mərasimi
keçirildi. Bakı Slavyan
Universitetində keçirilən
tədbirdə seriyanın
hazırlanmasında iştirak
edən subyektlərin
nümayəndələri, həmçinin əsərlərin
tərcüməçiləri iştirak edirdilər. Qeyd edək ki, bu layihənin
elmi-yaradıcılıq işləri
ilə BSU, kitabların
bədii tərtibatı
ilə “Tutu”, çapı ilə “Şərq-Qərb” nəşriyyatı
məşğuldur.
Mərasimdə çıxış
edən BSU-nun rektoru Kamal Abdulla prezident
sərəncamı ilə
nəşr olunan 150 cildliyin Azərbaycan oxucusuna böyük töhfə olduğunu nəzərə çatdıraraq
bu günə qədər görülmüş
işlərdən danışdı.
O bildirdi ki, artıq çap edilmiş 29 kitabın 21-nə daxil edilmiş əsərlər
Azərbaycan oxucularına
əvvəllər təqdim
edilsə də, bu əsərlərin üzərində yenidən
iş aparılıb və onlar zamanın
dəyişən dilinə
uyğunlaşdırılıb. Yeni nəşr kimi təqdim edilən P.Lagerkvist, O.Pamuk, J.Amadunun seçilmiş əsərlərindən
ibarət üç kitab oxucularımıza ilk dəfədir, K.Hamsunun, C.Selincerin əsərləri isə əsaslı şəkildə
yeni tərcümə
variantında təqdim
olunur. H. Böll, M.Rid, və M.Remarkın yaradıcılığına
aid kitablara isə həmin müəlliflərdən yeni
tərcümələr daxil
edilərək nəşr
eilib.
K.Abdulla növbəti mərhələdən
də danışdı.
Bildirdi ki, hazırda BSU-da yaradıcı heyət tərəfindən F.Dostoyevskinin,
S.Kinqin, H.Hessenin, S.Sveyqin, V.Nobokovun, L.Borxesin, X.Kortasarın, A.Platonovun və digərlərinin dilimizə
ilk dəfə tərcümə olunan əsərləri çapa
hazırlanır.
O, həmçinin qeyd
etdi ki, 150 cildin 120-də Azərbaycan
oxucuları dünya ədəbiyyatının bir
çox nümayəndələrinin
yaradıcılığı ilə ilk dəfə
olaraq ana dilində tanışlıq
imkanları qazanacaqlar.
Sonra isə tərcüməçilər, yaradıcı heyət üzvləri çıxış
edərək gedən
proses barədə öz fikirlərini söylədilər. Jurnalistlərin
suallarını cavablandıran
Kamal Abdulla bəzi mətbuat orqanlarında tərcümə
prosesi ilə bağlı yanlış məlumatların verilməsini
görülən işə
kölgə salmaq kimi qiymətləndirdi. O,
bir daha vurğuladı ki, sovet dövründə tərcümə edilmiş
əsər hazır şəkildə nəşr
edilmir. Onun üzərində də sistemli iş aparılır, dilimizin bu gününə uyğunlaşdırılır.
Mərasimin sonunda 29 kitaba daxil əsərlərin hər bir tərcüməçisinə nəşr edilmiş
kitablar bağışlandı.
SABUTAY
Mədəniyyət.- 2010.- 19 fevral.- S. 6.