Qələbə naminə
Daxili Qoşunların
Nümunəvi-Göstərici Hərbi Orkestri fəaliyyət göstərdiyi
15 il ərzində nümunəvi olduğunu sübut etdi.
Hərbi marşlar
və hərbi musiqilər zamanından və məkanından asılı olmayaraq insanları mübarizəyə
və qələbəyə
səsləyir. 1993-cü ilin ağır günlərində əsgər
və zabitlərdə
ruh yüksəkliyi yaratmaq üçün Daxili Qoşunların Nümunəvi-Göstərici Hərbi
Orkestri yaradıldı.
Peşəkar musiqiçilər
və ifaçılar
Daxili Qoşunların
bu təşəbbüsünə
tək musiqiçi kimi yox, həm
də əsl vətəndaş olaraq qoşuldular. Orkestrin rəisi və baş dirijoru, mayor İlqar Novruzov o günləri
belə xatırlayır:
- O zaman konservatoriyada dərs deyirdim. Orkestr yaradılanda məni də pianoçu kimi dəvət elədilər. Cəmi beş gündən sonra biz Biləcəri hərbi hissədə çıxış etdik.
Sonra döyüş zonası olan Füzuli bölgəsinə
yollandıq. Yadımdadı,
Horadiz qəsəbəsində
günün altında
dörd saat konsert verdik. Əsgərlərdə ruh
yüksəkliyi yaratmaq,
döyüş əzmini
artırmaq üçün
bütün döyüş
bölgələrini bir-bir
gəzib konsert proqramları ilə çıxış edirdik.
Axı, Vətənin
ağır günündə
hər kəs öz sənəti ilə xalqına xidmət etməlidir.
İlqar Novruzov bir müddətdən sonra kiçik estrada qrupuna rəhbərlik edir. Az müddətdən sonra hərbi dirijor vəzifəsinə
keçirilir. 6 ildir orkestrə rəhbərlik
edir, marşlar yazır, aranjimanlar edir, əsərləri orkestrləşdirir. “Daxili
qoşunların əsgəri”
marşının sözləri
və musiqisi də məhz ona məxsusdu.
Görəsən, orkestrin
əsas özəl xüsusiyyətləri nədir
- sualına cavab axtarıram. İlqar müəllim bildirir ki, orkestr bütün
çıxışlarını canlı olaraq tamaşaçılara təqdim
edir. Orkestrdə əsas nəfəsli alətlərdən - turbadan,
şeypurlardan, baritondan,
saksafonlardan istifadə
edilir.
Daxili İşlər
Nazirliyinin Daxili Qoşunların Nümunəvi-Göstərici
Hərbi Orkestri 50 nəfərdən ibarətdi.
Hər gün saat 9-dan 12-ə kimi orkestr məşqlər edir.
Orkestr ənənəvi
olaraq bütün proqramlarını Azərbaycan
Respublikasının Dövlət
Himni ilə açır, sonra sıra repertuarından görüş marşları,
marşlar və qəhrəmanlıq, vətənpərvərlik
musiqiləri ifa edir.
Bütün cəbhə
bölgələrində dəfələrlə
olan, minlərlə dövlət tədbirlərində
iştirak edən orkestr indi də
qoşunların hərbi
hissələrində tədbirlər
keçirir. Ona görə də, orkestrin rəhbəri deyir ki, orkestr
birinci növbədə
yüksək səviyyədə
hazırlıqlı olmalıdı
- geyimindən başlamış
ifasına qədər.
Əvvəldə qeyd etdik ki, orkestrin
15-ci ildönümü bu
yaxınlarda tamam oldu. Bu münasibətlə
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında “Azərbaycan -
yurdum mənim!” adlı gecə keçirildi. Orkestrin solistləri Zaur Əmiraslanov, Zeynalabdin Kərimov, gizir - orkestrin ilk solistlərindən
olan Rəna Əliyeva, Elşən Şamxalov və Mail Mailov, orkestrin solisti, əməkdar artist
Azərinin çıxışları
orkestrin peşəkarlığından
və düzgün musiqi seçimindən bir daha xəbər
verdi. Tanınmış
sənətkarların bu
orkestrlə birgə çıxış etmək
arzusu da, orkestrin yüksək səviyyədə olmasından
xəbər verir.
Əzəmətli marş
bir orduya bərabərdi - deyirlər.
Hələ qədim yazılı abidəmiz olan “Kitabi - Dədə Qorqud” dastanında düşmənə
nifrət yaradan, döyüşə səsləyən
vətənpərvər ruhlu
qəhrəmanlıq nəğmələrinə
rast gəlinir. İlk “Milli marş”ımız isə
1919-cu ildə Üzeyir
Hacıbəyov tərəfindən
yazılıb.
Zamanın nəzərindən
isə heç nə yayınmır. Daxili Qoşunların Nümunəvi- Göstərici
Hərbi Orkestrinin xidmətləri də xalqımızın diqqətindən
yayınmayacaq. Hər
bir azərbaycanlının
arzusu isə torpaqlarımızın azad
olunması, qələbə
marşının çalınmasıdır.
Təranə
Mədəniyyət.- 2010.- 24 fevral.- S. 9.