Azərbaycan turizminə sonsuz maraq
«EMİTT-2009» turizm sərgisi
bunu bir daha sübut etdi
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın müxtəlif
ölkələrdə keçirilən
beynəlxalq turizm sərgilərində təmsil
edilməsini mütəmadi
olaraq təmin edir. Fevralın 11-dən 14-dək
İstanbul şəhərində
keçirilən «EMİTT-2009» beynəlxalq turizm sərgisində ölkəmizin
turizm potensialı geniş şəkildə
nümayiş etdirilib.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun
aparıcı məsləhətçisi
İlahə Hacıyevanın
qəzetimizə verdiyi
məlumata görə,
sərginin açılış
mərasimində Türkiyə
Respublikasının mədəniyyət
və turizm naziri E.Günay və İstanbul şəhərinin valisi M.Gülerlə yanaşı,
digər rəsmi şəxslər və turizm təşkilatlarının
nümayəndələri də
iştirak ediblər:
«EMİTT-2009» ənənəvi olaraq hər il keçirilir. Ötən illə müqayisədə
builki sərgidə həm ziyarətçilərin,
həm də təmsil olunan ölkələrin və şirkətlərin sayı
artmışdı. Belə
ki, 60 ölkədən
800 turoperator, mehmanxana,
aviaşirkət və
turizm sahəsinin müxtəlif istiqamətlərində
fəaliyyət göstərən
şirkətlər öz
məhsullarını nümayiş
etdirirdilər».
İ.Hacıyevanın dediyinə
görə, Mədəniyyət
və Turizm Nazirliyi sərgidə 60 m2
sahədə xüsusi
qurulmuş stendlə təmsil olunub: «Stenddə respublikamızın
turizm imkanlarını
əks etdirən reklam-çap məhsulları
ziyarətçilərə paylandı, ölkəmizin
turizm potensialı haqqında onlara geniş məlumatlar verildi. Nazirliyin nümayəndə heyəti
ilə birgə Azərbaycan Turizm Assosiasiyası, “Bakı-Tur”,
“Millennium tourism and congress” və
“RG Travel” turizm şirkətlərinin nümayəndələri
də sərgidə iştirak edirdilər. Adıçəkilən şirkətlər
tərəfindən təklif
olunan turlar barədə ziyarətçilərə
ətraflı məlumatlar
verildi».
Turizm yetkilisi onu da
bildirdi ki, Azərbaycanın stendi Türkiyə və digər ölkələrin
KİV-nin diqqət mərkəzində olub. Türkiyə
telekanalları, o cümlədən bir çox xarici telekanallar Azərbaycanın
stendində çəkilişlər
aparıblar: «Sərgi
davam edən müddətdə turizm şöbəsinin müdiri
Aydın İsmiyev tərəfindən “6 NEWS”, “Kanaltürk”,
TRT və TGRT kanallarına
respublikamızın zəngin
turizm potensialı haqqında geniş məlumat verildi. TGRT kanalının nümayəndələri
stendimizə yaxınlaşaraq
ölkəmizin turizm bölgələrinin imkanlarını
tanıtmaq məqsədilə
Azərbaycana səfər
etmək niyyətlərini
ifadə etdilər».
Sərgi zamanı həmçinin Aydın İsmiyevlə Suriya Ərəb Respublikasının turizm nazirinin müavini görüşərək iki
ölkə arasında
turizm əlaqələrinin
inkişaf etdirilməsi
istiqamətində müvafiq
fikir mübadiləsi aparıblar. Görüş
zamanı nazir müavini bildirib ki, 2010-cu ilin 19-22 oktyabrında Suriya Ərəb Respublikasının
Dəməşq şəhərində
8-ci ATB Beynəlxalq Turizm
və Səyahət sərgisi keciriləcək.
Qeyd olunan sərgiyə Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi də dəvət olunub.
İ.Hacıyevanın sözlərinə
görə, sərgi davam edən müddətdə Azərbaycanı
təmsil edən nümayəndələr müxtəlif
ölkələrin sərgi
iştirakçıları ilə görüşlər
keçiriblər: «Stendimizə
çoxlu sayda adi türk vətəndaşları,
turizm şirkətləri,
media nümayəndələri və yerli ziyarətçilər
yaxınlaşırdılar. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizdə
turizm sahəsinin inkişafı və perspektivi haqqında geniş məlumat verdik və turistlərin həmin ölkələrdən respublikamıza
cəlb edilməsi istiqamətində bir sıra danışıqlar
apardıq. Bundan əlavə, Azərbaycana
gəlmək üçün
vizanın alınması
qaydaları, gediş-gəliş
üçün nəqliyyat
vasitələri, prioritet
sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatları
da iştirakçıların
nəzərinə çatdırdıq».
Həmsöhbətimiz belə
tədbirlərdə iştirak
etməyin vacib olduğunu vurğuladı:
«Çünki «EMİTT - 2009» beynəlxalq turizm sərgisində Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
ölkəmizin turizm potensialının təqdimatı
yüksək səviyyədə
keçirildi. Hesab edirəm
ki, qeyd olunan sərgidə iştirakımız Azərbaycanın
turizm potensialının
geniş təbliğ
olunması istiqamətində
mühüm bir addım oldu».
Fəxriyyə ABDULAYEV
Mədəniyyət.- 2010.- 24 fevral.- S. 8.