Xocalı soyqırımı
tanıtım yolunda
1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni terror təşkilatlarının və
rus ordusunun 366-cı alayının genişçaplı
hücumu ilə Xocalı əhalisinə qarşı törətdiyi
soyqırım Xatın,
Lidise kimi bəşəri müsibətlərlə
müqayisə olunur.
Rəsmi statistikaya
görə, Xocalı
faciəsində 613 nəfər
şəhid olmuş,
onlardan 56-sı xüsusi
qəddarlıq və
işgəncələrlə öldürülmüşdür. 1275 nəfər isə əsir alınaraq, olmazın zülmlərə
uğradılmışdır...
Xocalı soyqırımında
iştirak edən hərbi hissələrdən
birinin əks-kəşfiyyat
rəisi, polkovnik V.Savelyev özünün
“Məxfi arayış”ında
erməni vandalları
ilə yanaşı, Rusiya “zabit şərəfi”ni
ləkələyən rus
hərbçilərin də
adlarını açıqlamışdır...
Xatırladaq ki, Xocalıda törədilmış
soyqırım haqda dünyanın çeşidli
basın qurumları da həyəcanla xəbərlər yaymışdılar.
Bunlardan “Vaşinqton-Post”,
“Tayms”, “İzvestiya”,”Sandi
Tayms”, “Faynenşl tayms”, “Le Mond”, “Qolos Ukraini” , “Nie” kimi qəzetlər,
“Valer aktual”, “Krua İ’Evelman” adlı jurnallar da vardır...
Ermənilər və onların siyasi-hərbi dəstəkçiləri, habelə
insanlıq hissini siyasətə və maddiyyata satan 366-cı rus alayının heyəti tərəfindən
tarixin qara dəftərinə yazılan
bu cinayət beynəlxalq hüququn tələbinə görə
(BMT Baş Məclisinin
9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsinə əsasən
qəbul edilmiş Soyqırım Cinayətinin
Qarşısının Alınması
və Cəzalandırılması
Haqqında Konvensiya ilə) bəşəri cinayət kimi qiymətləndirilir.
Soyqırım və ya insanlıq əleyhinə başqa cinayətləri və hərbi suç işlədilməsini aşağıdakı
hüquqi sənədlər
də qəti qadağan etmişdir:
- Nürnberq
Hərbi Tribunalının
Nizamnaməsi;
- Yuqoslaviya
Beynəlxalq Cinayət
Tribunalının Nizamnaməsi
(
- Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi
(
- Beynəlxalq
Cinayət Məhkəməsinin
Statusu (
- Azərbaycan
Respublikası Cinayət
Məcəlləsi (
- Azərbaycan
Respublikası Prezidentinin
“Azərbaycanlıların soyqırımı
haqqında” 26 mart 1998-ci il
tarixli fərmanı...
Xocalı soyqırımının
törədilməsindən 18 il ötməsinə baxmayaraq, əlimizdə təkzibedilməz istintaq materialları olmasına rəğmən hələ
də məsələni
beynəlxalq hüquq müstəvisinə çıxara
bilməməyimiz və
bu müdhiş cinayətin baiskarlarının
cəzalandırılmaması daha hansı addımları atmağımızın
zəruri olduğu məsələsini gündəmə
gətirir.
Doğrudur, Azərbaycan
dövləti və diaspor təşkilatlarımız
bu müşkülün
açılmasına doğru
bəzi mərhələləri
aşmışlar. Hər
il bu hadisənin
ildönümündə dünyanın
bir çox dövlətlərinin nüfuzlu
qurumlarının ofislərində
təşkil edilən
anım tədbirləri,
filmlərin nümayişi,
Ermənistan səfirlikləri
qarşısında, etiraz
aksiyalarının keçirilməsi,
dünya mediasının
məhdud da olsa, bir qisminin
bu məsələrə
cəlb edilməsi; internetdə müvafiq sayt və portalların
yaradılması; İslam
Konfransı Təşkilatının
bu faciəni soyqırım kimi tanımasına nail olunma və s. Azərbaycanın
diplomatik uğurlarındandır.
Ancaq bütün
bu irəliləyişlər
yetərlidirmi? Əlbəttə,
yox...
Hər şeydən
öncə, Azərbaycan
dövlətinin əlində
olan təkzibedilməz
istintaq materiallarının
önəmini dəyərləndirərək,
diaspor və qeyri-hökumət təşkilatlarımız
dünyada ədalətli
qərarların qəbuluna
mane olan amilləri nəzərə alıb, beynəlxalq məhkəməyə
müraciət etməzdən
öncə nisbətən
neytral bir ölkə seçərək
bu məhkəmə prosesini orada başlatmalıdır. Bu elə
dövlət olmalıdır
ki, yalnız diplomatik masa arxasında ərazi bütövlüyümüzü dəstəklədiyini bizim
“qulağımıza pıçıldamasın”,
bunu BMT tribunasındakı
mövqeyində də
ifadə etsin. Üstəlik, həm də xristian dövləti olsun: məsələn, Ukrayna!
Bu məhkəmə prosesini
başlatmaq üçün
bizdə yetərli sayda müvafiq beynəlxalq hüquq mütəxəssisi olmadığından
Türkiyədəki vəkillərə
də müraciət etmək zərurətimiz şübhəsizdir (O da mümkündür ki, çağırışlarımıza cavab olaraq, dünyanın
bəzi tanınmış
hüquqşünasları da bu məsələyə
müdaxilə etmək
üçün şəxsi
təşəbbüsdə buluna bilər. Biz akademik Yuri Pompeyev, hüquq doktoru Uilyam Uimz, tarix
doktorları Erix Faygel, Makkartilər və b. kimi vicdanını hər şeydən üstün tutan insanları nəzərdə tuturuq) Çox təəssüf
ki, bir neçə
il öncə İstanbul məhkəmələrinin
birində Xocalı soyqırımı ilə
bağlı çox əhəmiyyətli bir proses başlatmış Kemal Kerincsiz bu gün siyasi
olaylara qatılaraq həbs edildiyindən, həmin prosesin də hələlik dondurulduğunun şahidi olmaqdayıq...
Xocalı məsələsində
(örnək üçün,
Ukraynada başladılmasını
uyğun gördüyümüz)
məhkəmə prosesinin
keçirilməsi halında
Azərbaycan tərəfi
- bitərəflik imici
heç kəsdə şübhə doğurmayan
bir dövlətin məhkəmə araşdırması
sayəsində (dünya
mediasının bu olayları dartışmasının
müşayiəti ilə)
böyük effektli diplomatik basqı vasitəsinə sahib ola və cinayətkarların
yenidən beynəlxalq
axtarışa verilərək
istintaqa cəlbi məsələsini beynəlxalq
hüququn gündəminə
gətirə bilər;
bundan sonra isə məsələnin
beynəlxalq məhkəməyə
ötürülməsi daha
ciddi nəticələrə
xidmət etmiş olar...
Təbii ki, qarşı tərəf öz saxtakar əks-təbliğatından əl
çəkməyərək, ya məhkəmədən
yayınmağa, ya da saxta əks-arqumentlər
gətirməyə çalışacaq...
Fevralın 24-də İrəvanda
təqdimatı keçirilən
Xocali.net saytında iddia
etdiyi kimi: guya Azərbaycan tərəfi ermənilərə
qarşı effektli təbliğat materialına
malik olmadığı
üçün saxtakarlığa
əl ataraq Srebrenitsadakı qətliama
və Türkiyədəki
“kürd talanları”na
aid fotolardan istifadə
edir. Təəssüfedici
məqamlardan biri də bəzən öz soydaşlarımızın
bu xüsuslarda düşmənə bəhanə
vermələridir. Belə
ki, həmin sayt Eynulla Fətullayevin
“Skot uspeli vıvesti, a lyudey net” məqaləsindən də
istifadə edərək,
Xocalı soyqırımının
günahını öz
üstümüzə atmağa
cəhd göstərir.
Qeyd edək ki, bir neçə
il öncə, Rüstəm İbrahimbəyovun
da bir ifadəsini
öz səsiylə erməni müəllifinin
pyesində əleyhimizə
səsləndirmişdilər...
Özlərinin saxtakarlıq
fəaliyyətini başqalarının
üzərinə atan
ermənilər həm
təbliğat materiallarına,
həm də beynəlxalq məhkəmələrə
saxta dəlillər təqdim etməkdə mahirdirlər. 1920-ci illərdə
Tehleryanın sui-qəsdə
əl ataraq Tələt Paşanı öldürməsi ilə
bağlı Berlindəki
məhkəmə prosesinə
saxta teleqram və digər «önəmli» dəlillər
sunan Aron Andoniyanın yolu ilə gedən erməni yazıçısı
Eduard Patrisyan nə etsə, yaxşıydı?! O, Nyu-Yorkda
rusca nəşr olunan “V novıy svet” qəzetinin 30 oktyabr 2007-ci il tarixli sayında “ qarnı yarılaraq körpəsi çıxarılmış
bir hamilə azərbaycanlı qadının
şəklini erməni
soyqırımı”na növbəti
sübut kimi “Xocalı soyqırımı”nın
istintaq materiallarına
daxil etmişdi.
Ermənilərin məsuliyyətdən
yayınma və əks-ittiham cəhdlərinin
qarşısını almaq
üçün Azərbaycan
sözün əsl mənasında informasiya müharibəsi aparmalıdır.
Qısası, tərəfimizdən
görülən və
görülməsi nəzərdə
tutulan işlərə
əlavə olaraq, tam
aşkarlıq şəraitində
ciddi ssenarist-rejissor qrupu formalaşdıraraq sənədli, tarixi-bədii
film çəkilməli, dünyanın
müxtəlif ölkələrinin
(ən azı İslam Konfransı Təşkilatı dövlətlərinin)
telekanalları vasitəsilə
xarici dillərdə səsləndirilməlidir. Ekranlaşdıracağı
halda, bu filmdə dönəmin tarixi şəxsiyyətlərinin
obrazları və məsələyə dəxli
olan ən ciddi siyasi-hərbi proseslərin əsas cizgiləri canlanmalıdır.
Bu film Xocalı soyqırımındakı
əsas səhnələri,
həmçinin erməni
vəhşiliyinə xas
önəmli detalları
dünya tamaşaçısına
tanıtdıqdan və
tarixi dürüstlüyü,
bədii yönləri
ilə sevildikdən sonra bu istiqamətdə
erməni müqavimətinin
önü əhəmiyyətli
dərəcədə kəsiləcəkdir.
Ermənilər məhz
bu yolla (ancaq min bir saxtakarlıq
edərək) - “Ararat” filmi
vasitəsilə öz
yalançı dəlillərini
və faciələrini
dünya tamaşaçısına
təlqin etdilər...
Bundan başqa,
Xocalı məsələsini
öncəki faciələrimizin,
xüsusilə də
31 Mart faciəsinin davamı
kimi təqdim edərək, 24 apreldə
də gündəmə
gətirib erməni saxtakarlığının və
diplomatik basqısının
qarşısını imkan
çərçivəsində almaq gərəkdir.
Bütün bu proseslər uzun müddət və sürəkli çalışmalar
tələb etdiyi üçün ruhdan düşüb ümidsizliyə
qapılmağa dəyməz;
müqayisə üçün
bildirim ki, 19-cu əsrin əvvəllərində
erməniləri də
Avropada tanıyan yox idi, iki
əsr ərzində onlar həm “siyasətin manşetinə
dırmaşmağa”, həm
də müstəqil dövlət yaratmağa
nail oldular. Hər cür müqayisə qüsurlu olsa da, tarixi proseslərdən
öyrənəcəyimiz çox
şeylər var...
Xaqani İSMAYIL,
tədqiqatçı
Mədəniyyət.- 2010.- 26 fevral.- S. 14.