Bədbəxtlərin Bəxt üzüyü
Vaqif Səmədoğlunun
eyniadlı pyesi əsasında çəkilmiş
«Bəxt üzüyü»
filminin gələn il iyirmi yaşı
tamam olur. Əsərin Sumqayıt Dövlət Dram Teatrındakı uğuru onun ekran variatının
yaranmasına səbəb
oldu. Film 1991-ci ildə çəkilmişdir.
Çoxlarının qınadığı
sadə süjet xəttinə malik filmin uğuru obrazların dəqiq xarakterizə olunmasındadır.
Filmdəki hadisələr
natural fonda, sərbəst formada, səmimi və təbii ifa maneralarına əsasən
canlandırılır. Hadisələrin
tamaşaçı ilə
sanki həmsöhbətmiş
kimi, sadə insanların özlərinə
məxsus psixologiyası,
dili ilə şərh olunması onların dünyaya olan baxış tərzini məzhəkədən
kənar səmimi qəbul etməmizə imkan yaradır.
Günün
reallıqları, insanların anormal sosial durumu sivil
dünyadakı qeyri-bərabərsizlik filmin qəhrəmanlarının
həyat şəraitinin əsasını təşkil edir. Filmdə anlaşılmaz insan xislətinin dərinliyində
yatan iblis xislətinə xəfifcə
istehza, müdrik bir qınaq da var. İnsanların
bir-birinə biganəliyi,
XX əsrdə belə
mövcud olan mövhumatçılığı (Söylünün yaxasından
dua asması), savadsızlığı (Moşunun
xoşbəxtlik sözünə
günlərlə qafiyə
axtarması), çağdaş həyat tərzini tənəzzülə
aparan amil kimi filmdə tənqid atəşinə
tutulur. İlk baxışda bütün
bu sadalananlar filmin komediya motivi kimi nəzərə
çarpsa da, hadisələrin axarında
xüsusi bir ciddilik var. Məsələn,
işsizliyin məngənəsində
əzilən personajlar
(Sara, Hüseyn, Zırpı və b.) həyatın gözəlliyini, şirinliyini
doya-doya yaşamaqdansa,
sadəcə, yaşamağa
məhkum varlıqlardır.
Sara həyatını başqalarının
yataq dəstini yumaqla, Zırpı (Muxtar Manıyev) isə ətrafındakıların
cahilliklərini, mənasız
həyat tərzi sürmələrini seyr etməklə, işsiz Moşu bədbəxt həyatda xoşbəxtliyə
qafiyə axtarmaqla, uşaq evinə atılan Hüseyn isə sərxoşluqla qurur.
Filmdəki ziddiyyətlərin
kəskinləşmə səbəbi
də burdan yaranır. Onların sosial durumları,
daxillərində qaynayan
aqressiyaları Saranın
(Gülşad Baxşıyeva)
bir sözünə görə bir-birilərini
didmələrinə əsas
verir. Əslində, biz bu biganəliyi
filmin ilkin mərhələsində görürük.
Özlərini bir ailə adlandırıb mehriban görünməyə
çalışan insanların
daxili mənliksizlikləri
ağacın dibinə
su tökmək istəməməkləri ilə
məlum olur. Lal təbiətin gözəlliyinə səbəb
olmayan şəxs yanındakı varlığın
dirçəlişinə, ümumilikdə həyatın
nizamlanmasında qətiyyən
maraqlı ola bilməz. Filmdə bəşəri mövzular
səslənməsə də,
qlobal problemlərin əsasını təşkil
edən biganəlik, əxlaqsızlıq filmin
hər kadrında bizi təəccübləndirir,
düşündürür. Hər gün ac Zırpının dolu stol ətrafına
yığışıb qaqqıldaşan
iş adamlarını
seyr etməsi isə sosial bərabərsizlikdən xəbər
verir. Həyatın nataraz küncündəki
şən mənzərəni
seyr etməyə məcbur olan Zırpının düşüncəli
baxışlarını əks
etdirən kadrlarda biri yeyər, biri baxar, qiyamət
ondan qopar kəlamını görməmək
mümkün deyil.
Bu mənada Bəxt üzüyünə
ürəkdən gülmək
olmur. İlk baxışda gülməli
personajların xarici görünüşü, intellekt
səviyyəsi, dünyagörüşləridir.
Bir bağda cəmlənən
prototiplərin simasında,
dar çərçivədəki
cahil cəmiyyətin cılız xüsusiyyətləri
əks olunan kadrlarda komediya ilə faciənin müştərək ciddiliyini
təşkil edən əsas amil müasir vətəndaş
anlayışında heç
bir tərəqqinin görünməməsidir.
Filmin kulminasiya nöqtəsində
ağlı kəsəndən ailəsinin acı həyat fəlsəfəsi
ilə tərbiyələnən azyaşlı qızın gecənin
qaranlığında evdən çıxıb ağacın
dibində yatması göstərilir. Əri
Hüseynin sərxoşluğundan,
bivecliyindən bitib-tükənən
Sara qızının
itməsini zənn edərək dəli kimi onu axtarmağa
başlayır. Tapdıqdan
sonra isə balasını qucaqlayan ananın kadrda xoşbəxt simasından
həyatının nikbin
faciəsi oxunur. Sara başa düşür ki, bu son deyil.
Onu yaşamağa ruhlandıracaq, hər bir əziyyətə tab gətirə biləcək bir qüvvə, övlad sevgisi var. Bəxt
üzüyünün
mahiyyəti də burda açılır.
Bəxt üzüyünü
bu mənada nikbin komediya adlandırmaq olmaz. Müasirlərini
əks etdirən filmlər zamanında öz sözünü demiş olur. Bu film də
obrazların xarakterləri
vasitəsilə cəmiyyətdəki
mövcud reallıqları,
XIX əsrdə azadlığa,
tərəqqiyə can
atan qadınların mənəvi köləliyini,
passivliyini, sosial mövqeyini qınaq obyektinə çevirir.
Komediya janrının
qanunlarına dərindən bələd olan aktyor ansamblı
pyesin ekran variantını doğru səciyyələndirərək
hadisələrin emosional şərhinə nail olmuşlar. Filmin
sərbəst naturada çəkilməsi isə mizanı,
filmin ümumi ideyasını bayağılıqdan xilas
etmiş olur.
Bağ evində olan
yarımçıq tikililər öz həyatlarına, mədəni
inkişaflarına biganə insanların xarakterlərini
tamamlayır, qrotesk vəziyyətlərin
başlanğıcına rəvac verir. Məsələn, sərxoş
Hüseyn daim yarımçıq binanın dibində
yatır, qatıq satan tez-tez alçaq hasardan boylanaraq,
vaxtının çoxunu həyətdəkilərin qəribəliklərini
seyr etməyə sərf edir və s. Bunlar gülməli olmasa
belə, cəmiyyətin qeyri-normal xüsusiyyəti kimi hadisələrin
təsviri fonunda qınanılır.
Qeyri-normal münasibətləri
ilə cəmiyyəti qıcıqlandıran mənfi
ünsürlər bu gün də tez-tez
rastlaşdığımız müasirlərimizdir. Onların hər bir kiçik xüsusiyyətlərinin ümumi
baxış formasındakı
(kinoda) təhlili, tənqidi isə ictimai rəy yaradır, insanları qismən də olsa silkələyib düşünməyə vadar
edir. Film-tamaşa kimi qəbul etdiyimiz Bəxt
üzüyündə rejissor,
mahir epizodik rollar ifaçısı olan Ramiz Əzizbəyli
filmdə özü baş rola çəkilə
bilərdi. Kiçik rollarla yaddaqalan xarakterik simalı aktyorun prototipləri məhz hadisələrin ardıcıllığına stimul
verir. Filmin qəhrəmanı Söylü
qaçarkən təsadüfi
(?!) tipajı itələyib
yıxır. Personajın
əlində qırılan
araq şüşəsinə
baxaraq neylədin ağəz deməsi ilə sanki hər addımda ayağa dolaşan sərxoşların həyatdakı
rolu müəyyənləşir.
Müxtəlif təhlil
vasitələrinə əsaslansaq, filmdə zəif məqamlar
tapmaq olar. Lakin hadisələrin mahiyyət etibarilə
dövrünün nəbzini tutması, müasirlərini dəqiq,
eyni zamanda komik nüanslarla xarakterizə etməsi bizi Bəxt
üzüyündən küsdürmür, bezdirmir.
Şəhla BürcƏliyeva,
Kinoşünas
Mədəniyyət.- 2010.- 26 fevral.- S.11.