Cəsarət və incəlik rəmzləri
Qarabağın Gövhər ağası, Ağabəyim
ağası, Xurşidbanu Natəvanı
Haqqında danışacağımız qadınlar
Qarabağ xanlığında, maddi-mənəvi proseslərin
inkişafında xüsusi xidmətlər göstərmişlər.
Azərbaycanın bu bölgəsində
yaşayan və adları bizə bəlli olan Ağabəyim
ağa, Gövhər ağa, Xurşidbanu Natəvan çox
vaxt ədəbi məclislərin təşkilatçıları,
xeyriyyəçi və ədəbiyyatın inkişafına
təkan verən şəxslər kimi tanınırlar.
Həmin vaxtlar
Azərbaycanın bir neçə xanlıqlarında, məsələn,
Quba, Bakı və digərlərində öz dövrlərinin
tanınmış qadınları olsa da, lakin onların
sayı Qarabağ xanlığında olduğu qədər
deyildi. Həmin
tarixi dövrün araşdırmaçısı, Bakı
Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının
dosenti Mehman Abdullayevin sözlərinə görə, bunun
obyektiv səbəbləri var idi: "Qarabağ
xanlığında dərin düşüncəyə və
geniş dünyagörüşə malik qadınların
öz fəaliyyətlərini gerçəkləşdirə
bilmələrinə tarixi şərait imkan verirdi.
Çünki ölkənin bu bölgəsində qədim
dövrlərdən bəri Azərbaycan-türk mədəni-ədəbi
mühiti mövcud olmuşdu. Digər təkanverici amil
isə Qarabağın kişi ziyalıları arasında
Avropada təhsil alanların dünyagörüşündə
Qərb mədəniyyətinə inteqrasiyanın baş verməsi
idi ki, bu da böyük önəm daşıyırdı».
Xeyirxahlıq mücəssəməsi
Qarabağ
xanlığının paytaxtı
Gövhər
ağa təhsil alan imkansızlara da yardım edərdi. Bu
qadının böyüklüyü və alicənablığı
həm də onda idi ki, xalq üçün gördüyü
bütün bu xeyirxah əməllərin gizli qalmasını
istəyirdi. Dövrün tarixçiləri yazırlar ki,
Gövhər ağa imkansızlara pul, bəxşişlər
paylanması göstərişini verirdi. Eyni zamanda etdiyi
xeyirxahlıqları gizli saxlayır, başqalarına
bildirmirdi.
Bütün vəqflərdən gələn gəlirin satılıb nağd pula çevrilməsi və pulların xərclənməsindən ötrü, ümumiyyətlə, vəqf malikanələrinin idarəsi üçün bir neçə nəzarətçi təyin olunmuşdu. O, hətta din və ictimai elmlərə aid kitablarla mədrəsələrin kitabxanasını zənginləşdirməyə çalışmışdı. Məscidlərin normal fəaliyyəti üçün kənd, dükan və karvansaraların həmin dini müəssisələrə vəqf kimi verilməsi, kəndlərdən gələn gəlirin dini işlərə sərf olunması, vəqf kimi tikilən xəstəxanada xəstələrin pulsuz müalicə olunması, ölən kasıb və füqəranın dəfni ilə bağlı xərclərin çəkilməsi, təhsil alan tələbələrin yemək, çıraq və s. ilə pulsuz təmin olunması, Ramazan, Şaban aylarında və digər dini mərasimlər zamanı ehsanlar verilməsi kimi çox mühüm və cəmiyyət üçün vacib olan sosial və mədəni vəzifələrin həyata keçirilməsi Baharlının "Əhvalati-Qarabağ" əsərində daha geniş təsvir olunub.
Qarabağın
bu humanist və xeyirxah xanımının ən böyük
arzusu müqəddəs yerləri ziyarət etmək idi. Amma
göründüyü kimi, bütün həyatı boyu
xalqını düşünən, imkansızlara əl tutan,
Qarabağın abadlaşmasına zəhmət sərf edən
Gövhər ağa öz istəyinin reallaşmasına macal
tapmadı.
Xanımın
vəsiyyətinə görə, mötəbər adamlar onu
aparıb Kərbəlada dəfn edib və qəbrinin üzərində
bir məqbərə ucaldıblar. Onun vəsaiti hesabına Kərbəlada
karvansara və hamam təmir etdiriblər.
Qeyd edək ki, görkəmli
alim Məşədi Xanım Nemətova
İran sarayının söz
sahibi
Bu dövrün qadın tarixini şərəfləndirənlər içərisində İbrahim xanın digər qızı Ağabəyim ağanın da adını qürurla çəkmək olar. O, böyük dövlət adamı sayılan qadınlarımızdan biridir. Ağabəyim İran taxt-tacının sahibi Fətəli şahın xanımıdır. Tarixçi bildirir ki, Ağabəyim ağa tək-tək xanımlardandır ki, ona kişilərin kölgəsində deyil, tarixdə öz adı ilə qalmaq nəsib olub: «Həmin dövrdə hər tərəfdən separatçı məliklərlə əhatələnmiş İbrahim xan Qarabağda hökmranlığı tam ələ almaq və atası Pənah xanın işini davam etdirmək üçün özünə müttəfiqlər aramağa çalışırdı. O, ilk addımı kimi Car-Balakən camaatının başçısı Ümmə xanın bacısı ilə evləndi. Bu "nikah diplomatiyası" sonralar da onun çox işinə yaradı. Pənah xandan sonra güclənən çəkişmələrin, mərkəzdən qaçan qüvvələrin qarşısı alındı. Qarabağı bir xanlıq kimi qüdrətləndirmək və özünə güclü müttəfiq tapmaq üçün İbrahim xan qızı Ağabəyim ağanı İran şahı Ağa Məhəmməd şah Qacarın oğlu Fətəli şaha ərə verir». Deyilənlərə görə, bu qadın şahın birinci xanımı olmaqla bərabər, həm də dövlət idarəetməsində və xarici siyasətin yönəldilməsində sarayda söz sahibi olub.
Şairə, diplomat, xeyriyyəçi
Digər
qarabağlı əsilzadə xanım Xurşidbanu Natəvandır. Əksər
hallarda Xan qızı Natəvan kimi çağırılan
bu qadın 1832-97-ci illərdə yaşayıb.
Qeyd edək ki,
öz dövrünün ziyalı xanımı olmaqla bərabər,
həm də xeyriyyəçi olmuş, bütün əhli-Qarabağda
böyük hörmət qazanmışdı. Natəvan şairə,
xeyriyyəçi və diplomat olub. O, xeyriyyəçi kimi
Qarabağın inkişafı naminə əlindən gələni
etmişdi. Bir sıra memarlıq abidələri inşa
etdirib, eyni zamanda, Şuşada yol saldırıb. Digər bir
yolu da o, Bibiheybət ziyarətgahına çəkdirmişdi.
Belə ki, Xurşidbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibiheybət pirinə əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək. Xanımın nəziri Tanrı tərəfindən qəbul edilir və övlad sahibi olur. Öz əhdinə sadiq qalan Xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla da pirin ziyarətinə gəlir. Bu yolu salmaqla Natəvan Azərbaycanın Yaxın Şərq və qonşu ölkələrlə ticarət və ziyarət yolunu xeyli asanlaşdırmışdı.
Bütün bunlarla yanaşı, Natəvan həm də millətini sevən, onun qeydinə qalan, vətənpərvər bir ana idi. Xan qızının gördüyü işlər onu təkcə Qarabağda deyil, bütün dünyada məşhur etmişdi. Onun haqqında hələ XIX əsrin ortalarında Azərbaycana səfər edən məşhur fransız yazıçısı Aleksandr Dümanın qeydlərində dəyərli məlumatlar almaq mümkündür. Düma 1858-ci ildə Rusiya və Qafqaza səfərində Azərbaycan torpağına gəldiyini və hələ səfərdən öncə Azərbaycan haqqında bəzi məlumatlara malik olduğunu yazır: "Nə yaxşı ki, mən Sankt-Peterburqdan Azərbaycana gəldim. Əks halda, mən Dərbənddə dayanacaqdım. Mən hələ Azərbaycana, bu Odlar diyarına gəlməzdən əvvəl onun Atəşgahı, onun Qarabağının atçılığı, xalçaçılığı, xüsusilə Natəvan xanımın xeyirxah işləri ilə tanış idim".
Natəvan böyük şəxsiyyət olub. Məhz şəxsiyyətinin böyüklüyü idi ki, o hələ Dümanın gəlişindən bir neçə ay əvvəl fransız dilini öyrənərək qonaqla onun öz dilində danışıb, Şərq qadınının hansı yüksək səviyyəyə malik olduğunu nümayiş etdirir. Saray xidmətçilərinə Firəngistandan (Fransadan) gələn qonağı ədəb-ərkanla qarşılamağı, onun üçün muğam və təsniflərimizdən ibarət bir neçə musiqi parçası ifa etdirməyi tapşırır. Sonralar isə Düma öz qeydlərində Qarabağda şairənin əsərlərinin oxunmasını, Qərb musiqi alətlərində çalınmasını böyük heyranlıqla yazmışdı. Dümanı heyrətləndirən dünyanın kiçik məkanı olan Qarabağda XIX əsr mədəniyyətinin bütün sivil nailiyyətlərinin mənimsənilməsi idi. Buradan da görünür ki, Xan qızı Natəvan böyük şairə, xeyriyyəçi olmaqla yanaşı, həm də gözəl diplomat olub. Həmin dövrdə dünyanın ən çox inkişaf etmiş dövlətlərindən biri olan Fransadan gələn qonağa Qarabağı belə təqdim etmək və onda yüksək təsəvvür yaratmağı Natəvanın uğurlu diplomatik gedişi hesab edilməlidir.
Göründüyü
kimi, haqqında danışdığımız Qarabağ
qadınları, doğrudan da, tarixdə qalmağa,
xatırlanmağa layiqdirlər. Çünki
onların gördükləri işlər, tikdirdikləri
memarlıq abidələri Qarabağın bütöv bir
tarixini yaşadır.
Mehparə
Mədəniyyət.- 2010.- 26 fevral.- S. 9.