Musiqiyə bərabər ömür
AĞASƏLİM ABDULLAYEV - 60
Azərbaycanın
musiqi aləmində xanəndə və tarzən tərəfdaşlığı
əksər hallarda dostluğa qədər yol getmişdir.Yazılı
tarixdə, yaddaşlarda
neçə-neçə bu
cür ad qoşalığı
var: Mirzəağa Hacı Ağabalaoğlu -
Mirzə Mansur, Cabbar Qaryağdıoğlu - Qurban
Pirimov, Mirzəməhəmmədhəsən
- Səlim, Mirzəhüseyn
- Mirzə Ələsgər,
Seyid Şuşinski - Bəhram Mansurov, Mirtağı Mirbabayev - Mirzə Fərəc Rzayev...Ustad tarzənlərin adları
elə tək çəkiləndə də
əzəmətli görünür:
Sadıq Əsəd, Bəylər, Əli Şirazi, Sadıqcan, Əhməd Bakıxanov,
Baba Salahov, Hacı Məmmədov, Həbib Bayramov...Bu fədakar sənət adamları musiqimizin əbədiyaşarlığını
təmin edən, yeni nəsillərin meydana çıxmasına
təkan verən böyük bir məktəb yaradıblar.
Gələcəkdə adlarını qismən
sadaladığımız korifeylər
kimi klassikləşəcək
neçə-neçə sənətçimiz
musiqimizin inkişafında,
təbliğində öz
sözünü deyir.
Belə tarzənlərdən
biri də Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına “Araz” xalq çalğı
alətləri ansamblının
bədii rəhbəri,
respublikanın xalq artisti Ağasəlim Abdullayevdir. Musiqi mədəniyyətimizi istər vətənimizdə,
istərsə ölkəmizdən
uzaqlarda təmsil edən, sevdirən sənətkarlar cərgəsində
onun özünəməxsus
yeri var.
Rəhbərlik
etdiyi ansambl həmişə fəallığı
ilə seçilib.Dövlət
tədbirlərindən başlamış,
ən ucqar kəndlərimizdə qurulan
məclislərə qədər,
respublikamızı səhnə-səhnə
gəzib dolaşıb.Ardıcıl
olaraq hərbi hissələrə baş
çəkir, əsgərlər
qarşısında konsertlər
verir.Moskva, Sankt-Peterburq,
Kiyev, Minsk və Tallin şəhərlərində
keçirilmiş musiqi
festivallarında, YUNESKO-nun təşəbbüsü
ilə 1987-ci ildə Səmərqənddə təşkil
edilmiş Ümumdünya
muğam simpoziumunda “Araz” xalq çalğı
alətləri ansamblı
Azərbaycan musiqisinin
ən sürəkli alqışlara layiq olduğunu sübuta
yetirmişdir.1982-ci ildən Ağasəlim Abdullayevin rəhbərliyi altında
fəaliyyət göstərən
ansambl yaxın dövrün möhtəşəm
səs sahiblərindən
kimləri müşayiət
etməyib ki! Şövkət Ələkbərova,
Sara Qədimova, Rübabə
Muradova, Əbülfət
Əliyev, Yaqub Məmmədov, Hacıbaba
Hüseynov, Zeynəb Xanlarova, Səxavət Məmmədov, Arif Babayev, Alim Qasımov,
Qəndab Quliyeva, Səkinə İsmayılova,
Ruzə İbişova...
Kollektiv dalğa-dalğa
nəsil dəyişkənliyinə
uğrasa da, həmişə Baba Salahov
ənənələrinə sadiq qalır, günü-gündən repertuarını
zənginləşdirir, püxtələşir
və bunun sayəsində dinləyici
auditoriyasını tədricən
genişləndirir.Hazırda onun qastrol səfərlərinin
dairəsi təkcə
ölkələrin sərhədlərini
aşmır, neçə-neçə
qitəni əhatəsinə
alır: Türkiyə,
İsveç, Hollandiya,
Danimarka, Belçika, İslandiya, Almaniya, İspaniya, İngiltərə,
Fransa, İran, İraq, Yaponiya, ABŞ, Kanada...Təranələrindən
yaraqlanaraq sivil fatehlik çağlarını
yaşayır ”Araz”...
Ağasəlim Abdullayevin solo çıxışları
da dinləyicilər tərəfindən “həmişə
hərarətlə qarşılanır.
Çünki ifa zamanı
hissin-düşüncənin təsvirinə və dərkinə çalışır,
axıra qədər yumşaq tempdən kənara çıxmır.
Amma simləri öz
dəst-xəttinə tabe
etdirməklə bərabər,
incə çalğı
texnikası hesabına
həm də tar ifaçılığının qədim-qayım ənənələrini
qoruyub saxlaya bilir.
Altmışıncı ilinə qədəm
qoyduğu ömrünün
üçdə iki hissəsini sevimli alətini sinəsindən,
mizrabı əlindən
üzdürməyən bu
görkəmli tarzən
daim yüksəlişdə
olan dolğun sənət yolu keçmişdir. Qırx
ildir ki, fasiləsiz olaraq pedaqoji iş aparır, gənclərə
musiqinin, tar ifaçılığının
sirlərini öyrədir.
Bir şəxsiyyət kimi, bu və digər
sahələrdə uğurlarının
niyəsi isə ondadır ki, fəaliyyətinin bünövrəsində
fitri istedadla yanaşı, professional dönəmlərdən
keçmiş mükəmməl
təhsil dayanıb.
5 saylı Musiqi Məktəbi, Asəf Zeynallı adına
Orta İxtisas Musiqi Texnikumunun tar sinfi, Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyası...
Birini qurtaran kimi digərinə
daxil olub, onu bitirən kimi üçüncüsünə.
Texnikumun axırıncı
kursunda oxuya-oxuya Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına xalq
çalğı alətləri
orkestrinin solisti, az sonra hazırda
rəhbərlik etdiyi ansamblın konsertmeysteri olub.
Xanəndə,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
muğam sənəti
kafedrasının müəllimi
Ruzə İbişova:
- İstər muğam
dəstgahlarının lentə
yazılması olsun, istərsə də hər hansı canlı ifa, Ağasəlim müəllim
səhnədə elə,
rahat mühit yaradır ki, oxumağa həvəsin ikiqat artır. Ağasəlim Abdullayev sözün
həqiqi mənasında
sənətkardır. Onu yubileyi münasibətilə
təbrik edir, sənət fəaliyyətində
uğurlar arzulayıram.
Azərbaycan Dövlət Teleradio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətinin
musiqi və əyləncəli proqramlar
redaksiyasının böyük
redaktoru Çingiz Abbasov: - Ağasəlim Abdullayevlə birgə işləmək çox
xoşdur. Səmimiliyi, təmkini və
ən başlıcası,
sənətini dərindən
bilməsi adama yorğunluğu unutdurur.
Respublikanın
xalq artisti, xanəndə Səkinə
İsmayılova:-Ağasəlim
Abdullayev təkcə tarzənlərin yox, həm də xanəndələrin dostudur...
Respublikanın
xalq artisti, kamançaçı Fəxrəddin
Dadaşov: - Qayğıkeşliyi,
diqqətcilliyi, mehribanlığı
onun bir insan kimi hörmətini
də sənətinin
zirvəsinə qaldırmışdır.
Tarın həzinliyi sinəsindən ürəyinə
keçib elə bil...
Ağasəlim Abdullayevin musiqi
mədəniyyətimizin inkişafındakı
xidmətləri dövlətimiz
tərəfindən də
yüksək qiymətləndirilmişdir.
O, Prezident İlham Əliyev cənablarının
2005-ci il 16 sentyabr tarixli sərəncamı ilə “Əməkdar
artist” və 2007-ci il
6 oktyabr tarixli Sərəncamı ilə
“Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.
Ağasəlim
müəllimin rəsmi
titullardan savayı, bir ali dərəcəsi
də var: hacılıq.Onu əqidəsi,
inamı, əməli-salehliyi
aparıb çıxarıb
müqəddəs dərgaha.Sənət
yollarında çıraq
yandırmış ustadlarını
həmişə minnətdarlıqla
xatırlayır.İlk dəfə
ona mizrab tutmağı öyrətmiş
yaxın qohumu həvəskar tarzən Cavadı, Hacı Məmmədovu, Baba Salahovu...Bir müəllim kimi, yetişdirdiyi tarzənlərin respublikanın
müxtəlif musiqi ocaqlarında çalışmalarına,
Azərbaycan mədəniyyətini
irəli aparmalarına
ürəkdolusu sevinir,
onlarla fəxr edir.Ramiz Əzizov, Ümid İbrahimov, Elçin Haşımov,
Sahib Paşazadə, Elçin
Abbasov, Xalıq Dadaşov...İndi bu adların əvvəlində dövlət
titulları olan da var.İndi bu adlar efirlərdən
tez-tez səslənir...
Xaliq Dadaşov ustadı ilə çiyin-çiyinə
çalışır. Ağasəlim müəllimin rəhbərlik
etdiyi “Araz” xalq çalğı alətləri ansamblının
konsertmeysteridir.
O, həm də gözəl ailə başçısıdır.Bir
qızı, üç
oğlu, üç nəvəsi var. Oğlu Vüqar tarzəndir, “Araz” xalq çalğı
alətləri ansamblında
çalışır.
Ağasəlim Abdullayev çox
təvazökar insandır.
Yaş dönəmlərini qeyd edəndə də təmtəraqdan qaçır.
Bu qədər işlər görə-görə
“Mən nə etmişəm ki, geniş yubileyim keçirilsin”-deyir.
Bəs bu dəfə?
Qırx illik aramsız fəaliyyətdən sonra?
Biz-onun sənətinin
vurğunu olanlar Ağasəlim müəllimi
60 illik yubileyi münasibəti ilə təbrik edir, yeni-yeni sənət uğurları arzulayırıq.
A.Səmədov
Mədəniyyət.- 2010.- 26
fevral.- S. 8.