Yaddaşlarda yaşayan sənətkar
Fevralın 22-də Azərbaycan
Teatr Xadimləri İttifaqı Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti ilə birlikdə əməkdar
artist, aktyor, professor Firdovsi
Naibovun anım mərasimini keçirib. Tədbir Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin hazırladığı
sənədli filmlə
başlayıb. Filmdə
qısa da olsa, sənətkarın həyat və yaradıcılığı yer
alıb. Anım mərasimində Teatr Xadimləri İttifaqının sadri,
xalq artisti Azər Paşa Nemət, professor Nəzakət Qazıyeva, Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin teatr rejissorluğu kafedrasının
müdiri Sevda Teymurova F.Naibovun həyat və yaradıcılığından danışıblar.
Bildirilib ki, o, 1935-ci ilin 22 fevralında Bakıda anadan olub. Orta təhsilini
190 saylı məktəbdə,
alini isə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino
aktyorluğu fakültəsində
alıb. Tələbə ikən rejissor Zəfər Nemətov onu Gənc Tamaşaçılar
Teatrına dəvət
edib. Naibov bir yerdə
çalışdığı sənətkarlardan bəhrələnib
və yaradıcılığını
təkmilləşdirmək məqsədilə 1963-cü ildə
Moskvada A.Efrosun rəhbərlik etdiyi rejissorluq kursunu bitirib.
Teatrda çalışdığı illərdə 80-ə yaxın
rolda çıxış
edib. Onun yaradıcılığı həyata baxışı,
obrazların xarakterinə
nüfuz etməsi ilə fərqlənib.
Anım günündə xalq artisti Azər Zeynalov mərhumun əziz xatirəsinə hörmət əlaməti
olaraq onun sevdiyi «Qal, sənə
qurban» mahnısını
oxuyub. Həmçinin xalq artisti Canəli Əkbərovun ifasında mahnı dinlənilib.
Ailə üzvlərinin, tələbələrinin
və dostlarının
da iştirak etdiyi tədbir, F.Naibovun tamaşalarından
göstərilən fraqmentlərlə
davam edib.
Günel QƏHRƏMANOVA
Mədəniyyət.- 2010.- 26 fevral.- S. 8.