Sənət eşqi, sadiqlik keyfiyyəti

 

1950-ci ilin soyuq qış günündə Məmmədovlar ailəsinin evini bir körpə nəfəsi isidir. Ailənin birinci övladının adını Tamilla qoyurlar. O günlərdən bizi yarım əsrdən çox vaxt ayırır. Bu yaxınlarda Tamilla xanım altmış illik yubileyini tanınmış aktrisa kimi dostları ailəsi ilə birlikdə qeyd etdi. Görəsən, bu illərdə o nələri qazanıb, nələri itirib?

 

Orta məktəbə Bakıda - 190 saylı məktəbdə başlayan Tamilla Məmmədova həm də rəqs və gimnastika ilə məşğul olur. Oynamağı çox sevir bu onun gələcək sənətinə müsbət təsir edir. Elə o vaxtdan, məktəb kollektivi ilə birlikdə çəkildiyi uşaq səhnələrində ifa etdiyi rollar onda aktrisalığa həvəs yaradır. Çəkiliş səhnələrində aktrisaların oyunlarını həvəslə izləyir.

Bir gün onu “Sevil” filmində uşaq rolu oynamağa dəvət edirlər. Atası həvəskar aktyor, anası isə rəqqasə olmalarına baxmayaraq, mentalitet məsələsi bəhanə gətirilir razılıq verilmir. Daim bu həvəsi içində boğur, heç kəslə paylaşmır. Hətta məktəbi bitirdikdən sonra da sənədlərini heç bir ali məktəbə vermir. Bir müddət atası ilə birlikdə yol-tikinti idarəsinin kadrlar şöbəsində işlədi. Daha sonra sənədlərini Axundov adına İnstituta təqdim edir. tarix imtahanından qiymət ala bilmədiyi üçün qəbul edilmir.

Nəhayət, içində böyütdüyü sənət sevgisi hər şeyə qalib gəlir. 1973- ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyoru fakültəsinin axşam şöbəsinə daxil olur. Həm işləmək, həm oxumaq çətin olsa da, öhdəsindən gəlir.

Səhnəyə isə ilk dəfə I kursda olarkən Aktyor evində çıxır. İnstitutun nəzdində fəaliyyət göstərən Aslan Ələkbərovun rəqs dərnəyinin konsertində. İlk böyük səhnəni burada görən Tamilla xanım 1976-cı ildə Kukla Teatrına gəlir. O dövrdə tələbələr Milli Dram Teatrına getdiyi halda, o burada çalışmağa üstünlük verir. Bir neçə müddət kurs keçdikdən sonra «Cırtdan» tamaşasında Arıq rolunu oynayır. Bundan sonra bir-birinin ardınca gələn «Uşağı necə əyləndirməli (S.Dağlı) Qurbağa, «Ac qulağım, dinc qulağım»da (F.Məmmədov) Tülkü, «Dədə Qorqud»da (E.Quliyev A.Əbilov) Şir, «Madarın dastanı»nda (Ə.Vəliyev) Şah qadın, «Mehriban dostlar»da E.Xovart Helli s. tamaşalarda uğurlu rollara imza atır. 1988-ci ildə rejissor Namiq Ağayevin quruluş verdiyi Ədbürrəhimbəy Haqverdiyevin «Pəri cadu» tamaşasında oynadığı Hafizə obrazı «Ən yaxşı qadın rolu» mükafatı ilə təltif olunur.

Aktrisa bir sıra beynəlxalq teatr festivallarında iştirak edir, xarici ölkələrdə qastrol səfərlərində olur. Bu qastrol səfərləri onun yaddaşına maraqlı hadisələr yazır. Hindistan səfərində tamaşa zamanı baş verən hadisəni belə xatırlayır. “80- ci ildəMəşədi İbadCuqquştamaşaları ilə Dehli şəhərində qastrolda idik. Filmlərdə gördüyümüz bu yerdə tamaşa göstərmək bizim üçün sevindirici idi. Mənimlə birlikdə aktrisalar-Xədicə Səidova, Şəfiqə Axundova, Elmira Hüseynova, Rəhilə İbadova, aktyorlar- Şahmar Hüseynov, Oqtay Dadaşov da getmişdilər. “Cuqquştamaşası oynanılırdı. Biz milli geyimdə, başımızda çadra, əllərimizi yuxarı qaldırıb, əl-ələ vermişik. Elə bil sədd yaratmışdıq. Arxa cərgədə aktyorlar kuklaları oynadırlar. Bu zaman isti ölkə olduğu üçün projektorun ətrafına yığılan həşəratlar bayıra açılan yerdən bədənimizə doluşdular. Tamaşa getdiyi üçün tərpənə bilmirdik. Onlar da bədənimizdə gəzib bizi narahat edirdilər. Sona qədər bir təhər dözüb, tamaşanı göstərdik. Həmişə dostlarımızla bu anı xatırlayır, deyib-gülürük”.

Sənətinə böyük məhəbbət bəsləyən Tamilla xanımın sevinci də, kədəri də teatrla bağlıdır. Teatrda hər şey yaxşıdırsa, deməli, mən yaxşıyam”. Sevindiyi, tapdığı xoş anları saysız-hesabsızdır.İtirdiyi isə yalnız gəncliyidir. Ancaq o özünü ruhən çox cavan hiss edir. Həyata bu qədər bağlı olması kuklalarla, habelə gənc kollektivlə işləməsindədir. O, işləməkdən yox, işsizlikdən yorulur. Teatrdan danışanda onun gözləri dolur, burda keçirdiyi günlərdən çox həvəslə danışır.

Son on ildə istər teatrda, istərsə də şəxsi həyatında baş verən hadisələr onu çox kövrəldir. Aktyor dostu Həsənağa Hüseynovun ölümü bütün kollektiv kimi, onu da üzür. Deyir, xoşbəxt olduğum anlarda isə mane olur. Sevincimi sona qədər yaşaya bilmirəm.

Sənətindəki uğurlarına görə, həmişə çox sevdiyi, daim qəlbində yaşatdığı müəllimi Lütfü Məmmədbəyova minnətdardır. Onun öyrətdikləri daim dadima çatır. O həmişə deyərdi tamaşa zamanı heç vaxt tamaşaçının gözünün içinə baxmayın. Çünki bu, həyəcan hissini azaldır. Mən aktyorlara bildiklərimi öyrətməkdən yorulmuram”.

Bir sevdiyi insanlara, iş yerinə, hətta əşyalara daim sadiqliyi var Tamilla xanımın.. Bunu Kukla Teatrında otuz beş illik fasiləsiz fəaliyyəti də təsdiqləyir.

Hazırda Kukla Teatrı Həmkarlar Təşkilatının sədri və 1995-ci ildən aparıcı səhnə ustası işləyən Tamilla xanıma uzun ömürlülüyə də sadiqlik arzusuyla...

 

 

Günel Qəhrəmanova

 

Mədəniyyət.- 2010.- 26 fevral.- S. 7.