Paytaxtımızda “MUĞAM AXŞAMLARI”

 

Gənc xanəndələr üçün nəzərdə tutulmuş eyniadlı layihə reallaşdı

 

İfa olunduğu dəmlərdə «yüngül ayaqları» yox, ağır başları dəbərdər muğamlar. «Segah»ında bəmə saldığı ruhumuzu «Heyratı»sıyla zilə çəkib şahə qaldırar. «Qatar»ıyla könülləri qatar-qatar pərvazlandırar. Bəxtiyar Vahabzadə demiş, bəlkə bir gün bütün keçənləri oyandırar...

 

24 fevral. “Şirvanşahlar Saray Kompleksi” - Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi. «İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati informasiya dəstəyi iləMuğam axşamlarıadlı yeni layihənin startı həmin gün saat 17.00-da verildi. İyirmi həftə ardıcıl təşkil olunacaqMuğam axşamlarından ibarət silsilədə gənc xanəndələr bir-birindən maraqlı konsert proqramları ilə çıxış edəcəklər.

Muğam axşamları”nın başlanış mərasimində çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin müavini Samir Nuriyev Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun incəsənət mədəniyyət proqramlarının əlaqələndiricisi Cahangir Səlimxanov son illər Azərbaycanda muğam sənətinin inkişafı təbliği ilə bağlı görülmüş işlərdən, həyata keçirilən mühüm layihələrdən danışdılar.

Bildirildi ki, bu layihə 2007-2008-ci illərdə YUNESKO-nun, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin, Yaponiya hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunanƏbədi muğamlayihəsi çərçivəsində Şirvanşahlar Saray-Kompleksində keçirilən həftəlik muğam konsertləri silsiləsinin davamıdır.

Açılış mərasimində muğam axşamlarının yüksək səviyyədə keçəcəyindən əminliyini bildirən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva fikrini belə tamamladı: “Tarixi mədəni dəyərlərimizi qorumaq, onları yaşadaraq gələcək nəsillərə çatdırmaq hər birimizin məsuliyyətidir. Bu mənada Şirvanşahlar Sarayında bu gün açılışını etdiyimiz «Muğam axşamları»nın həm musiqisevər, həm tariximizlə maraqlananlar üçün dəyərli bir tədbir olacağına inanıram”.

Natiqlər Azərbaycan musiqisinin, eləcə muğamlarımızın dünyada tanıdılması, tədqiqi təbliği istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü məqsədyönlü işləri xüsusi vurğuladılar. Diqqətə çatdırıldı ki, İçərişəhər muğam YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmiş dəyərlərdəndir. Bu mənada keçirilən bu tədbir bütövlükdə Azərbaycan, həm dünya musiqisevərləri üçün dəyərli töhfədir.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu Mugamradio” internet radiokanalının təşkilati dəstək verdikləri konsert silsiləsi xanəndə Ehtiram Hüseynovun ifasındaRastmuğamı ilə başladı. Onu əməkdar artistlər Elşən (tar) Malik (kamança) Mansurov qardaşları müşayiət etdilər. Hər əsrdən, qərinələrdən bir naxış götürə-götürə günümüzə fundamental bir sənət çələngi kimi gəlib çatan möhtəşəm «Rast»ın sədaları salonu qocaman Şərq xəyalatına qərq etmişdi.

Qeyd edək ki, Şirvanşahlar Saray-Kompleksində hər çərşənbə günü keçiriləcək konsertlərdə son illər keçirilən muğam müsabiqələrinin qalibləri və iştirakçılarından İlkin Əhmədov, Abgül Mirzəliyev, Aytən Məhərrəmova, Oksana Aslanova, Nişanə Baxışova, Nəzər Bəylərov, Arzu Əliyeva, Rəvanə Ərəbova, Qoçaq Əsgərov, Nasir Ətapur, Şəmsəddin İbrahimov, Gülnar İsayeva, Zülfiyyə Məmmədova, Vüqar Musayev, Vüsalə Musayeva, Babək Niftəliyev, Könül Tağıyeva, Vüsal Zamanov və Elnur Zeynalov çıxış edəcəklər.

 

 

Həmidə

 

Mədəniyyət.- 2010.- 26 fevral.- S. 4.