Tağı Şahbazi Simurğ:
yazıçı, həkim, ictimai xadim
Yazıçı-publisist
Tağı Şahbazi
Simurğ 1892-ci il iyulun 2-də Bakıda anadan olub. İbtidai təhsilini mollaxanada
alıb. 1902-1905-ci illərdə İçərişəhərdə
9 saylı məktəbdə,
sonra Həbibbəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində
təhsilini davam etdirib.
Realnı məktəbi
bitirdikdən bir il sonra,
1913-cü ildə Xarkov
Darülfünunun fizika
və riyaziyyat fakültəsinin tibb şöbəsinə daxil
olub. Tələbəlik həyatı inqilabi
hadisələr mühitində
keçib. 1915-ci ildə
«Sosial-Demokrat Bolşevik
Firqəsi»nin tələbə fraksiyasına
daxil olub. 1917-ci ildə Bakıda
«Hümmət» təşkilatında,
1918-ci ildə Xarkovda
«Cənub türk-tatar
işçisi» hərəkatında
fəal çalışıb.
1919-cu ildə Ukrayna
K(b)P MK yanında «Hümmət»
müsəlman bürosunun
sədri, RSFSR Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya
müsəlmanları şöbəsinin
katibi olub.
1922-1923-cü illərdə Azərbaycan xalq maarif komissarının müavini, «Maarif və mədəniyyət»
jurnalının redaktoru,
1923-1926-cı illərdə Azərbaycan MİK-in katibi,
1926-1929-cu illərdə Azərbaycan
Dövlət Universitetinin
rektoru, 1930-1937-ci illərdə
Azərbaycan xalq səhiyyə komissarının
müavini vəzifələrində
çalışıb.
Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb. «Quşlar
kimi azadə», «İyi aləm», «Südçü qız»,
«Aclar» və s. hekayələrində istismar
dünyası, dini fanatizm, xalqa yad «ziyalılar» tənqid olunub.
Sovet dövrü əsərlərində
yeni həyat quruculuğu, qadın azadlığı mövzuları
əsas yer tutub. Bunlar «Haqsızlıq dünyası»,
«Hacı Salman», «Ağanın kənizi», «Məşədi Qədimin
evində bədbəxtlik»,
«Azadlıq üçün
cinayət», «Zərifə»,
«Küləkli bir axşam» və s. hekayələrində öz
əksini tapıb. 1932-ci ildə yazdığı
«Düşmənlər» povesti
kollektivləşmə dövründə
kənddə gedən
sinfi mübarizədən
bəhs edir.
Tağı Şahbazi Simurğ
1937-ci ildə repressiya
qurbanı olub. Bakıdakı küçələrdən biri onun adını
daşıyır.
Mədəniyyət.- 2010.- 2 iyul.- S. 14.