Şair ürəyinin çırpıntıları

 

   Sərdar Əsəd qısa bir ömür yaşayıb. Erkən yaşlarından fitri istedadı ilə tay-tuşlarından fərqlənib. Ədəbi mühitdə çox tez tanınıb. Lakin ömür vəfa etməyib. Ömrünün kamillik çağında - 46 yaşında dünyasını dəyişib. Lakin o, bu qısa, ancaq mənalı ömründə özündən sonra gələcək nəsillərə çox dəyərli bir irs qoyub gedib.

  

   O, 1929-cu ilin iyununda Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Zəhmətkeş ailədə böyüyüb. Əvvəl Ağdam Müəllimlər İnstitutunda, sonra 1952-1955-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutun (indiki Pedaqoji Universitet) filologiya fakültəsində təhsil alıb. Sərdar Əsəd ədəbiyyata ötən əsrin 50-ci illərində gələn Qulu Xəlilov, Əlfi Qasımov, Əli Kərim, Fikrət Sadıq, Tofiq Mütəllibov nəslinin nümayəndələrindən olub.

   Yaradıcılığı ilə tanış olduqca hiss edirsən ki, o, ədəbiyyata təsadüfən gəlməyib. Ömür keçdi yarıdanşeirində onun qədər çətin, ancaq maraqlı, mənalı bir həyat yolu keçdiyinin şahidi olursan. Onun yaradıcılığında həyata baxışı çox fərdidir. 1954-cü ildə qələmə aldığıŞairin arzusuşeirində yazır:

  

   Yerli-yerində hər söz

   Qiymətli bir incidir.

   Ürəkdən gəlməyənlər

   Ürəkləri incidir.

  

   Şair çox düzgün olaraq qeyd edir ki, şeir misraları şairinürək çırpıntıları”dır. Şeirdə hər bir söz yerli-yerində olmalı, qəlbdən gəlməlidir. Belə olmasa, oxucu şairdən inciyər şeirdən uzaq düşər.

   Sərdar Əsədin poeziyasında həyata fəlsəfi-estetik baxış çox güclü olub. Bu ədəbi keyfiyyətlər onda erkən yaşlarından formalaşıb. Şairin əsərləri mətbuatda 1952-ci ildən dərc olunmağa başlayıb.Gənclik illəri adlı ilk şeirlər kitabı 1957-ci ildə çap olunub. Bu kitaba müxtəlif illərdə yazılmışYanan memar“, “Cərrah ürəyi”, “ Simlərin tufanıadlı əsərləri daxil edilib. Şair daha sonraGözəl”, “Meşədə qonaqlıq başqa seir kitablarını çap etdirib.Cərrah ürəyi“, “ saçlı Qafqaz“ , “Qız anası“ , “Yer ulduzupoemalarını yazıb. Ölümündən iki il sonra, 1977-ci ildə şeir poemalardan ibarətDağları aşdı sellərkitabı çap olunub.

   Sərdar Əsədin zəngin yaradıcılığı var. O, həyat yeniliklərini ustalıq böyük məhəbbətlə qələmə alıb. Həyatın gözəllikləri - istək arzular, sevgi məhəbbət onun yaradıcılığında geniş yer tutub. Xüsusilə ilk şeirləri gənclik illərinin sevgi aləmindən xəbər verir. Onun fərdi yaradıcılıq üslubu olub. Heç kəsi təqlid etməyib. Yaradıcılığında vətənin yalçın qayaları, zümrüd meşələri tarixi memarlıq abidələri böyük məhəbbətlə tərənnüm olunub, qışın qarı, yazın yağışı xüsusi bir ustalıqla qələmə alınıb.

   Yaylaqda yağışşeiri yaradıcılığında xüsusi yer tutur. Şeiri oxuduqca özünü sanki bir yaz yağışının altında hiss edirsən. Əsərdə fikrin obrazlı ifadəsi, doğrudan da bənzərsizdir:

  

   Bu dağ da səsləndi o dərə kimi,

   Yağış meydanını uzatdı keçdi.

   Uzatdı göylərdən yerlərə kimi!

   Yuxusuz buludlar səhərə kimi

   Dağların üstünə çox yatdı keçdi,

   Məhəbbət yükünü boşaltdı keçdi.

  

   Sərdar Əsəd yaradıcılığında insanı duyğulandıran, daha doğrusu ictimai məzmun daşıyan mövzular daha çox yer alıb. Onun həyata baxışlarına görə, insan yaratdıqlarını qorumalı, əkdiyini becərməli yaşatmalıdır. Ata məhəbbəti qarşısında övlad sevgisi hər bir övladın valideynə borcunun ifadəsidir.

   Gözümlə dünyaya hey baxacaqsan,

   Mən sənin yanına gələnə kimi.

   (“Həmişəlik yuxu”)

  

   Sərdar dərin zəka sahibi olan şair, filoloq kimi kimi söz seçməyi, söz üzərində işləməyi çox yaxşı bacarıb. Ona görə əsərlərində orijinal təşbeh epitetlər parlaq şəkildə nəzərə çarpır:

   Çöküb qəlbi dağlar, təpələr kimi,

   Qayalar dağılıb qəlpələr kimi.

   (“Dağların dağı”)

  

   ŞairUzaq səfərşeirində yazır:

  

   Gələcək günlərim hey əl eyləyir,

   Bəzən lal sulara durub baxıram,

   Bəzən qol atıram fırtınalarda.

  

   O, yaradıcılığının ən coşqun çağında - ömrünün 46 baharında dünyasını dəyişib. Bu qəfil köç o vaxt çox ürəkləri kövrəltmişdi. Sərdar Əsəd yaradıcılığı ilə yaxından tanış olan ziyalılar məclisində dəfələrlə onun necə hörmət ehtiramla yad edildiyinin şahidi olmuşam. İnanıram ki, Sərdar Əsəd poeziyasına olan məhəbbət gələcəkdə onu sevənlərin qəlbində daim yaşayacaq.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2010.- 2 iyul.- S. 14.