Tariximizin
yaddaşı: Bakı kəndləri - Qala
Tarixin minilliklərində kök salan Azərbaycan zəngin maddi mədəniyyəti, tarixi abidələri, qeyri-maddi mədəni irsi, musiqisi, incəsənəti ilə zaman-zaman əcnəbi səyyahların, alim və tədqiqatçıların diqqətini çəkib.
Bu gün dünyanın dörd bir yanından ölkəmizə gələn turistlər tarix və mədəniyyətimizlə heyranlıqla tanış olurlar. Ölkəmizin bir sıra bölgələri bu tarixi-mədəni zənginliyi özündə yaşadır. Bu sırada Abşeron yarımadasının, Bakı kəndlərinin özünəməxsus yeri var. Qəzetimizin bu sayından etibarən hər həftə Bakı kəndlərinin mədəni irsinə, tarixinə, etnoqrafiyasına bir daha nəzər salaraq bilgi və təəssüratımızı oxucularla bölüşməyə çalışacağıq. Baş çəkdiyimiz ilk məkan isə qədim Qala kəndi oldu.
Qala - tarixdən bir parça
Abşeron
yarımadasının şimal-şərqində,
Bakının Xəzər rayonunda yerləşən
Qala kəndi qədim yaşayış məskənlərindəndir.
Burada e. ə. III minilliyə
aid tarixi mühiti hiss
etmək mümkündür.
1988-ci ildə burada Qala Tarix-Etnoqrafiya
Qoruğu yaradılıb.
156 hektar ərazini əhatə edən qoruqda e. ə. III minillikdən
XX əsrə qədər
tarixi əhəmiyyət
daşıyan memarlıq
abidələri - 5 məscid,
3 hamam, 4 ovdan, yaşayış evləri,
kənd təsərrüfatı
təyinatlı binalar,
sərdabələr, məqbərələr,
kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. 5 min illik
tarixə malik olan Qala kəndində
bir neçə məhəllə olub.
Bunlardan Tərəkəmə, Balaverdi,
Hacı Ramazan, Çəmbərəkənd məhəlləsini
qeyd etmək olar.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü
və təşkilatçılığı
ilə Qala Tarix - Etnoqrafiya Qoruğunun ərazisində
açıq səma altında ilk muzey - Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb.
Kompleksin
ərazisində Abşeron
yarımadasında aşkar
edilmiş arxeoloji, memarlıq abidələri
toplanıb və bərpa olunub.
Qala Tarix - Etnoqrafiya Qoruğunun direktoru Fikrət Abdullayevin sözlərinə
görə, muzey kompleksinin yaradılması
konsepsiyası iki istiqaməti özündə
ehtiva edir: 1) Bakı-Abşeron ətrafı
ərazilərdəki tarixi
maddi-mədəni irsi
nümayiş etdirmək;
2) İnteraktiv turist mərkəzi yaratmaq: «Muzeyimizə xüsusi turist marşrutları açılıb. İnteraktiv
turlar vasitəsilə
turistlər buradakı
emalatxanalarda işləyə,
müxtəlif sənətlərlə,
xalçaçılıq, dəmirçilik, dulusçuluqla
Muzey
təəssüratları
1.2 hektar ərazisi olan muzey kompleksində qədim kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görkəmində
olduğu kimi qurulub. Qədim yaşayış evləri xüsüsilə
diqqəti cəlb edir. Plan quruluşuna
görə evlər iki otaqdan ibarətdir:
biri qonaq otağı, digəri isə mətbəx. Mətbəxdə təndir, yemək
və su qızdırmaq üçün
ocaq olurdu.
Qonaq otağı əsasən
taxçalar, ləmələr,
cumaxatanlardan ibarət
dekorativ elementlər vasitəsilə bəzədilirdi.
Ləmələrdə adətən divar
boyunca uzanaraq kasalar, mis qablar,
sinilər düzülərdi.
Taxçalarda sandıq və
yorğan-döşəklər yığılırdı. Dekorativ elementlərdən biri də çıraq və “Quran” qoymaq üçün divarlarda açılmış taxçalardır.
Ən maraqlısı isə
otaqların qızdırılması
üçün istifadə
olunan kürsülərdir.
Ailənin qızınması üçün xörək
bişirildikdən sonra
ocaqdan yığılan
kömür manqala tökülür, ailə
manqalın ətrafına
yığılaraq onun
üstünə örtülmüş
yorğanın altında
qızınırdı. Bu yorğan “kürsü
yorğanı” adlanırdı
və məxsusi kürsü üçün
sırınırdı. Arxeoloji Etnoqrafik Muzey Kompleksi ərazisində yerləşən dulusçu
və tacir evləri məhz belə dekorativ elementləri ilə diqqət çəkir.
Muzey ərazisindəki qədim kurqanlardan biri “Dübəndi kurqanı” adlanır.
Onun əsasını halqaşəkilli
daş hörgü təşkil edir. Dəfn kamerası kurqanın mərkəzindədir, cənub-qərb-şimal-şərq
xətti üzrə dörd həcmli daş piltədən təşkil olunub. Burada dəfn mərasimindən sonra xüsusi ayin icra olunurdu.
E. ə. III minilliyə aid edilən kurqanlar yalnız dəfn abidələri deyil, eləcə də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətlərinin, dini
inanclarının öyrənilməsi
üçün zəngin
mənbədir.
Abşeron yarımadasında tapılmış, e. ə. III-II minilliklərdən başlayaraq
eramızın orta əsrlərinə qədərki
tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə
çox rəngarəngdir.
Burada ov, insanı qurban vermə, müqəddəs
nikah və s. səhnələr təsvir
olunub. Təsvirlərdə əsas yer qadın ilahəsinə verilib. O, ayaqüstə,
əlləri göyə
uzanmış vəziyyətdə
göstərilib.
Arxeoloji qazıntılar
Qala kəndində 5
min il əvvəl
- tunc dövrünə
aid yaşayış məskəninin
olmasını sübut
etsə də, kəndin müasir dövrümüzə qədər
gəlib çatmış
tikililəri XVI-XIX əsrlərə
aiddir. Buradakı qəbiristanlıqda islamaqədərki türk
təfəkkürünə xas olan qoç
heykəllərə rast
gəlinir. Memorial abidələr üzərində
«Quran»dan surələr,
qafiyəli sətirlər,
yaxud mərhum haqqında şeirlər verilirdi.
2008-ci ildən fəaliyyətdə olan Qala kəndinin Mədəniyyət evində
müxtəlif kurslar,
dərnəklər fəaliyyət
göstərir. Mədəniyyət
evinin rəhbəri Faiz Qəmbərov: “Mütəmadi olaraq poeziya müsabiqələri,
xalq teatrlarına baxış keçiririk.
Özfəaliyyət kollektivlərimiz müxtəlif tədbirlərdə
diplomlarla, fəxri fərmanlarla təltif olunublar”.
Toy koloriti
Bakı kəndlərinin
özünəməxsus toy koloriti vardır. Adətən
bakılılar oğlan
və qız toyunu ayrı edərlər. Qala kəndində
olduğum gün oğlan toyu qeyd olunurdu. Kənd sakini Cəmil Əliyev toy adətlərindən danışır:
“Adətən bizim kənddə bu vaxtadək oğlan-qız
toyu ayrılıqda qeyd olunub. Qalalıların özünəməxsus bir
toy adəti var. Gəlini
evə gətirəndə
ayağının altında
qurbanlıq qoyun kəsərlər. Bəy hamamından
gələn bəyin başının üstündə
çörək kəsib,
üzərlik yandırarlar.
Əvvəllər bəyin başına
pul da atardılar.
Qaladan
qalanlar
Qədim keçmiş və
zəngin mədəniyyətimizi
yaşadan Qala kəndi yaddaşımda maraqlı xatirələrlə
qaldı. Hər
addımımda köhnə
tarixi səhifələyən
Qala tarixi irsimizlə
Yeganə
Cansail
Mədəniyyət.-
2010.- 7 iyul.- S. 8.