«Muğamı dinləyəndə
ağlayıram»
Görkəmli fırça ustası, keçmiş
SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Toğrul
Nərimanbəyov dünyada böyük şöhrət
qazanmış sənətkarlarımızdandır.
Uşaqlıq və gənclik çağlarının bir
hissəsini Azərbaycanda, müəyyən hissəsini
Özbəkistan və Litvada keçirib. Uzun illər Fransada
yaşamasına baxmayaraq yaradıcılığı
doğma Azərbaycanla bağlı olub. Abşeron, İçərişəhər
rəssamın yaradıcılığında xüsusi yer
tutub. Toğrul Nərimanbəyovun
yaradıcılığına xarici ölkələrdə
böyük maraq var, əsərləri bir çox muzey və
sərgi salonlarını bəzəyir. Onun adı
tanınmış rəssamlarla bir sırada "Dünya incəsənət-məlumat
ensiklopediyası»nda yer alıb. Bu il Toğrul Nərimanbəyovun
80 yaşı tamam olur. Rəssam 1930-cu il avqustun 7-də
dünyaya gəlib. Xatırladaq ki, ölkə prezidenti
İlham Əliyev görkəmli rəssamın yubileyinin qeyd
olunması ilə bağlı sərəncam imzalayıb. Biz də
yubiley öncəsi dünya şöhrətli həmyerlimizlə
söhbət etmək imkanı əldə etdik.
- Bioqrafiyanızı nəzərdən keçirəndə görmək olur ki, bir çox xarici ölkələrdə yaşamısınız. Amma buna rəğmən Azərbaycan sizin yaradıcılığınızda xüsusi yer tutur...
- Bəli, mən ömrümün çox hissəsini xaricdə keçirmişəm, Fransada, İtaliyada yaşamışam. Amma buna baxmayaraq mənim bütün qəlbim, yaradıcılıq fəaliyyətim Azərbaycanla bağlıdır. Çünki Azərbaycan güclü auraya malik olan ölkədir. Bu ölkənin elə bir təbiəti var ki, o, istənilən rəssamı ilhamlandırır.
Parisdə Şərqi sevir, fəxr
edirlər. Fransada İslam ölkələrinin, o cümlədən
Azərbaycanın incəsənəti çox populyardır.
Xüsusilə də, son dövrlər Fransada
bizim ölkəyə çox isti münasibət var.
Ümumilikdə Avropada da Azərbaycanı yaxşı
tanıyırlar, ölkəmizin mədəniyyətinin
Avropada tanınması da gündün-günə genişlənir.
İlyarımdır ki, Bakıdayam, burada
çoxlu işlərim var. Bəzi maraqlı təkliflər
var ki, onları həyata keçirmək lazımdır.
Etiraf edim ki, hər dəfə Bakıya gələndə
özümdə çox böyük ruh yüksəkliyi,
yaradıcılıq qüvvəsi hiss edirəm.
- Toğrul müəllim, artıq hər kəsdə belə
bir fikir formalaşıb ki, Fransa Sizin ikinci vətəninizdir.
- Fransa ruhən mənə çox yaxın ölkədir.
Bu ölkənin təsviri sənəti də
bizim sənətkarlar üçün hər zaman maraqlı
olub. Azərbaycanın bir sıra rəssamlarını,
xüsusilə də Səttar Bəhlulzadəni Fransa təsviri
sənət ənənələri cəlb edirdi. Çünki fransızların incəsənəti
Şərq incəsənətinə çox yaxındır.
Bu ölkəni yaşayış yeri olaraq
seçməyim isə valideynlərimlə
bağlıdır. Atam Qarabağda, Şuşada anadan
olub. Babam da Qarabağdandır. Anam isə
fransızdır. Qaskoniya vilayətinin Po
şəhərindəndir. Atam işlə
bağlı olaraq bir muddət Almaniyada yaşayıb. Fransada, Tuluza şəhərində təhsil
alıb. Sonra isə Azərbaycana
qayıdıb, mühəndis kimi çalışıb.
1937-ci ildə repressiya qurbanı olub.
Bütün bunlar mənim Fransanı
yaşayış yeri olaraq seçməyimdə rol
oynayıb. Amma təbii ki, bu, işin
yalnız bir tərəfidir. Digər tərəfdən,
hamımıza məlumdur ki, Fransanın, ələlxüsus
da Parisin mədəni həyatı, qeyri-adi yaradıcı
aurası çox sənətkarı, xüsusilə də, rəssamları
hər zaman özünə cəlb edib. Mənə
də həmişə o mühitdə olmaq, onu hiss etmək və
ondan bəhrələnmək istəmişəm. Amma buna baxmayaraq mənim
yaradıcılığım Şərq incəsənəti
üzərində qurulub. Bu incəsənət
çox qədimdir. Mən Səmərqənddə
yaşamışam. Bununla belə, tam məsuliyyəti
ilə deyə bilərəm ki, işləmək və
yaratmaq mənə Bakıda, Azərbaycanda daha asandır.
Əslim Şuşadan olsa da, özüm
Buzovnada anadan olmuşam. Ona görə də,
Bakıda, şəhərdəki evdə ürəyim
sıxılanda Buzovnaya üz tuturam.
- Həm rəngkarlıq və qrafika, həm də teatr
və kino rəssamlığı sahəsində böyük
uğurlar qazanmısınız. Ölkəmizdə,
keçmiş Sovetlər məkanında, yaxın-uzaq xaricdə
dəfələrlə fərdi yaradıcılıq sərgiləriniz
açılıb. Zaman keçdikcə,
yeni yaradıcılıq imkanlarınız üzə
çıxıb. Ötən əsrin
sonlarından Sizi musiqi sənətində, vokal müğənnisi
kimi də gördük. Sizi rəssam kimi sevənlər
bundan sonra müğənni kimi dəyərləndirməyə
başladılar...
- Vokal sənəti həyatımın ayrılmaz hissəsidir.
Rəsm çəkəndə həmişə
oxuyuram. Oxumağı həyatımın
vacib missiyası kimi qəbul edirəm. Rəssamlıq
işi elədir ki, istədiklərini kətana
köçürürsən və onlar artıq səndən
«ayrılır». Amma oxumaq hissi hər zaman
insanın daxilində, qəlbindədir. Vaxtilə
eyni vaxtda həm rəssamlıq məktəbində, həm də
konservatoriyada oxumuşam. Çünki mən
vokalı, xüsusilə də italyan incəsənətini,
vokalını sevirəm. İtalyanlar bu sahədə
böyük uğur əldə ediblər. Vokalla məşğulluq o deməkdir ki, formada olmaq
üçün daim öz üzərində
çalışmalısan.
Mənim özümə də
maraqlıdır ki, daxilimdə nələr baş verir, səs
necə yaranır, mən özüm onu hansı
çalarlarla zənginləşdirə bilərəm. Mənim üçün bu, hələ də
möcüzədir. İtaliyada, Fransada
konsert proqramları ilə çıxış etmişəm
və gözəl tamaşaçı reaksiyası ilə
qarşılaşmışam.
Şərq xalqları, xüsusilə də
Azərbaycan muğam sahəsində böyük nailiyyət əldə
edib. Fransızlar Azərbaycan
muğamlarını çox sevirlər. Onlar
hətta muğam oxumağa cəhd edirlər. Parisə gələn kiçikyaşlı Azərbaycan
məktəbliləri Füzulinin qəzəllərini
muğamda elə ifa edirlər ki, elə bil ki, hansısa bir
akademiyanı bitiriblər. Bu, heyrətamizdir.
Mən də muğamı sevirəm, amma ifa edə
bilmirəm. Çünki muğam mənə
güclü təsir edir, göz yaşlarımı saxlaya
bilmirəm. Bir sözlə, muğam məni
ağladır.
- Yəqin müğənniliyə maraq həm də
sizin Azərbaycanın konservatoriyası hesab edilən
Şuşadan olmağınızdan irəli gəlir. Şuşanı necə
xatırlayırsınız?
-
- Azərbaycanda necə, yeni konsert vermək istərdiniz?
- İstərdim. Teymur
Göyçayevin rəhbərlik etdiyi kamera orkestrinin
müşayiəti ilə konsertə hazırlaşıram.
Bakıda mənim iki konsertim olub. Onun biri alman kirxasında (Kapellhaus - red.), digəri
Opera və Balet Teatrında olub. Kirxada olan
konsertə prezident Heydər Əliyev də gəlmişdi.
Qeyd edim ki, həmin konsertim Azərbaycan
televiziyasında da yayımlandı.
- Əgər söhbət sizin
yaradıcılığınızdan gedirsə, mütləq
nardan da danışmalıyıq. Niyə əksər
əsərlərinizdə bu meyvənin təsviri
görünür?
- Mən bu meyvəni Göyçayda sevdim. Yadımdadır, 60-cı illər idi. Sevimli şairimiz Rəsul Rza məni bu rayona ova dəvət
etmişdi. Narı da o zaman «kəşf»
etdim. Mənə elə gəlirdi ki, sanki
günəş əlimdədir. Onu yeyərkən
elə bil ki, şərbət içirsən. Bir sözlə, narı təsvir edəndə bu meyvənin
şirəsinin, sanki dadını hiss edirəm və qəribə
səslənsə də, onu tamaşaçıya da
çatdırmaq istəyirəm. Bir də
narla rəngləri daha dolğun təsvir edə bilirəm.
- Azərbaycan rəssamlıq məktəbinin
bugünkü inkişafı haqqında fikirlərinizi də
bilmək maraqlı olardı...
- Azərbaycan xalqı istedadlı xalqdır. Elə bir təbiətimiz var ki, bəstəkarlara, rəssamlara
böyük yaradıcılıq enerjisi verir. Gənclərə gəlincə, deyərdim ki, onlar
öz milli ənənələrini kifayət qədər dəyərləndirə
bilmirlər. Bu, yaxşı hal deyil. Yalnız Qərb incəsənətini öyrənmək
azdır, özününkünü də öyrənmək
lazımdır. Abşeronun, Lənkəranın
sakit, gözəl təbiəti var. Azərbaycanımızın
hər bir guşəsi yaradıcı əhval yaradır.
Mən, demək olar ki, piyada bütün
Abşeronu gəzmişəm.
- Orta əsrlər, Teymurləng dövrü ilə
bağlı əsər yaratmaq istəyirsiniz. Bu
ideya sizdə necə yarandı?
- Bunun çox maraqlı tarixçəsi var. 1948-1949-cu
illərdə Səmərqənddə yaşamışam. O
zamanlar ora getmək çətin idi. Bir dəfə
gördüm ki, karvan keçir. Özbək
köçəriləri karvansaraya gəldilər. Saat 12-də nahar hazırladılar. Təsəvvür edin, qazan götürüb özbək
plovu bişirdilər. Mən də onlara
kömək etdim. Mənə elə gəldi
ki, Füzuli, Nəsimi dövrlərində yaşayıram.
Bu, teatr deyildi, həqiqət idi. Ona görə də məndə bu dövrlə
bağlı tablo yaratmaq ideyası yarandı.
- Yaradıcılığınızda İçərişəhər
də mühüm yer tutur...
- 15 yaşımdan İçərişəhəri
çəkməyə başlamışam. İlk
dəfə Şirvanşahları çəkmişəm.
Yadımdadır, evlərin damına
çıxıb İçərişəhərin
görüntülərini kağız üzərinə
köçürürdüm. Təsəvvür
edin, şəhərin mərkəzində çox qədim
bir şəhər var. Biz onu bu günə qədər
qorumuşuq. Qız qalasının
özü bir möcüzədir. Hər zaman
öz şəkillərimdə İçərişəhərin
bütün gözəlliyini göstərirəm. Bu, hələ də davam edir. Azərbaycandan
uzaqda yaşasam da bunları yaddan çıxarmaq
mümkün deyil. Bütün
yaradıcılığım boyu Azərbaycanla, İçərişəhərlə
bağlı çoxsaylı əsərlər
yaratmışam və bu, hər zaman belə olacaq.
- Deyilənlərə görə, sizin rəsmlərinizin
ilk tamaşaçısı həyat yoldaşınız Sevil
xanımdır...
- Xanımım mənə çox kömək edir və
hər zaman dəstəkləyir. Bir sözlə,
yaradıcılıq üçün gözəl mühit
yaradır. Oğlumuzun 9 yaşı olmasına baxmayaraq ailə
ənənəsi ona da təsir edib: incəsənətə
böyük həvəs göstərir.
Mehparə
Sultanova«Muğamı dinləyəndə ağlayıram»
Görkəmli fırça ustası,
keçmiş SSRİ-nin və Azərbaycanın Xalq rəssamı
Toğrul Nərimanbəyov dünyada böyük şöhrət
qazanmış sənətkarlarımızdandır. Uşaqlıq və gənclik
çağlarının bir hissəsini Azərbaycanda, müəyyən
hissəsini Özbəkistan və Litvada keçirib. Uzun illər Fransada yaşamasına baxmayaraq
yaradıcılığı doğma Azərbaycanla
bağlı olub. Abşeron, İçərişəhər
rəssamın yaradıcılığında xüsusi yer
tutub. Toğrul Nərimanbəyovun
yaradıcılığına xarici ölkələrdə
böyük maraq var, əsərləri bir çox muzey və
sərgi salonlarını bəzəyir. Onun
adı tanınmış rəssamlarla bir sırada
"Dünya incəsənət-məlumat ensiklopediyası»nda
yer alıb. Bu il Toğrul Nərimanbəyovun
80 yaşı tamam olur. Rəssam 1930-cu il
avqustun 7-də dünyaya gəlib. Xatırladaq
ki, ölkə prezidenti İlham Əliyev görkəmli rəssamın
yubileyinin qeyd olunması ilə bağlı sərəncam
imzalayıb. Biz də yubiley öncəsi
dünya şöhrətli həmyerlimizlə söhbət etmək
imkanı əldə etdik.
- Bioqrafiyanızı nəzərdən keçirəndə
görmək olur ki, bir çox xarici ölkələrdə
yaşamısınız. Amma buna rəğmən Azərbaycan
sizin yaradıcılığınızda xüsusi yer tutur...
- Bəli, mən ömrümün çox hissəsini
xaricdə keçirmişəm, Fransada, İtaliyada
yaşamışam. Amma buna baxmayaraq mənim
bütün qəlbim, yaradıcılıq fəaliyyətim
Azərbaycanla bağlıdır. Çünki
Azərbaycan güclü auraya malik olan ölkədir. Bu ölkənin elə bir təbiəti var ki, o, istənilən
rəssamı ilhamlandırır.
Parisdə Şərqi sevir, fəxr edirlər.
Fransada İslam ölkələrinin, o cümlədən
Azərbaycanın incəsənəti çox populyardır.
Xüsusilə də, son dövrlər Fransada
bizim ölkəyə çox isti münasibət var.
Ümumilikdə Avropada da Azərbaycanı yaxşı
tanıyırlar, ölkəmizin mədəniyyətinin
Avropada tanınması da gündün-günə genişlənir.
İlyarımdır ki, Bakıdayam, burada
çoxlu işlərim var. Bəzi maraqlı təkliflər
var ki, onları həyata keçirmək lazımdır.
Etiraf edim ki, hər dəfə Bakıya gələndə
özümdə çox böyük ruh yüksəkliyi,
yaradıcılıq qüvvəsi hiss edirəm.
- Toğrul müəllim, artıq hər kəsdə belə
bir fikir formalaşıb ki, Fransa Sizin ikinci vətəninizdir.
- Fransa ruhən mənə çox yaxın ölkədir.
Bu ölkənin təsviri sənəti də
bizim sənətkarlar üçün hər zaman maraqlı
olub. Azərbaycanın bir sıra rəssamlarını,
xüsusilə də Səttar Bəhlulzadəni Fransa təsviri
sənət ənənələri cəlb edirdi. Çünki fransızların incəsənəti
Şərq incəsənətinə çox yaxındır.
Bu ölkəni yaşayış yeri olaraq
seçməyim isə valideynlərimlə
bağlıdır. Atam Qarabağda, Şuşada anadan
olub. Babam da Qarabağdandır. Anam isə
fransızdır. Qaskoniya vilayətinin Po
şəhərindəndir. Atam işlə
bağlı olaraq bir muddət Almaniyada yaşayıb. Fransada, Tuluza şəhərində təhsil
alıb. Sonra isə Azərbaycana
qayıdıb, mühəndis kimi çalışıb.
1937-ci ildə repressiya qurbanı olub.
Bütün
bunlar mənim Fransanı yaşayış yeri olaraq seçməyimdə
rol oynayıb. Amma təbii ki, bu, işin
yalnız bir tərəfidir. Digər tərəfdən,
hamımıza məlumdur ki, Fransanın, ələlxüsus
da Parisin mədəni həyatı, qeyri-adi yaradıcı
aurası çox sənətkarı, xüsusilə də, rəssamları
hər zaman özünə cəlb edib. Mənə
də həmişə o mühitdə olmaq, onu hiss etmək və
ondan bəhrələnmək istəmişəm. Amma buna baxmayaraq mənim
yaradıcılığım Şərq incəsənəti
üzərində qurulub. Bu incəsənət
çox qədimdir. Mən Səmərqənddə
yaşamışam. Bununla belə, tam məsuliyyəti
ilə deyə bilərəm ki, işləmək və
yaratmaq mənə Bakıda, Azərbaycanda daha asandır.
Əslim Şuşadan olsa da, özüm
Buzovnada anadan olmuşam. Ona görə də,
Bakıda, şəhərdəki evdə ürəyim
sıxılanda Buzovnaya üz tuturam.
- Həm rəngkarlıq və qrafika, həm də teatr
və kino rəssamlığı sahəsində böyük
uğurlar qazanmısınız. Ölkəmizdə,
keçmiş Sovetlər məkanında, yaxın-uzaq xaricdə
dəfələrlə fərdi yaradıcılıq sərgiləriniz
açılıb. Zaman keçdikcə,
yeni yaradıcılıq imkanlarınız üzə
çıxıb. Ötən əsrin sonlarından
Sizi musiqi sənətində, vokal müğənnisi kimi də
gördük. Sizi rəssam kimi sevənlər bundan sonra
müğənni kimi dəyərləndirməyə
başladılar...
- Vokal sənəti həyatımın ayrılmaz hissəsidir.
Rəsm çəkəndə həmişə
oxuyuram. Oxumağı həyatımın
vacib missiyası kimi qəbul edirəm. Rəssamlıq
işi elədir ki, istədiklərini kətana
köçürürsən və onlar artıq səndən
«ayrılır». Amma oxumaq hissi hər zaman
insanın daxilində, qəlbindədir. Vaxtilə
eyni vaxtda həm rəssamlıq məktəbində, həm də
konservatoriyada oxumuşam. Çünki mən
vokalı, xüsusilə də italyan incəsənətini,
vokalını sevirəm. İtalyanlar bu
sahədə böyük uğur əldə ediblər. Vokalla məşğulluq o deməkdir ki, formada olmaq
üçün daim öz üzərində
çalışmalısan.
Mənim özümə də
maraqlıdır ki, daxilimdə nələr baş verir, səs
necə yaranır, mən özüm onu hansı
çalarlarla zənginləşdirə bilərəm. Mənim üçün bu, hələ də
möcüzədir. İtaliyada, Fransada
konsert proqramları ilə çıxış etmişəm
və gözəl tamaşaçı reaksiyası ilə
qarşılaşmışam.
Şərq xalqları, xüsusilə də
Azərbaycan muğam sahəsində böyük nailiyyət əldə
edib. Fransızlar Azərbaycan
muğamlarını çox sevirlər. Onlar
hətta muğam oxumağa cəhd edirlər. Parisə gələn kiçikyaşlı Azərbaycan
məktəbliləri Füzulinin qəzəllərini
muğamda elə ifa edirlər ki, elə bil ki, hansısa bir
akademiyanı bitiriblər. Bu, heyrətamizdir.
Mən də muğamı sevirəm, amma ifa edə
bilmirəm. Çünki muğam mənə
güclü təsir edir, göz yaşlarımı saxlaya
bilmirəm. Bir sözlə, muğam məni
ağladır.
- Yəqin müğənniliyə maraq həm də
sizin Azərbaycanın konservatoriyası hesab edilən
Şuşadan olmağınızdan irəli gəlir. Şuşanı necə
xatırlayırsınız?
-
- Azərbaycanda necə, yeni konsert vermək istərdiniz?
- İstərdim. Teymur
Göyçayevin rəhbərlik etdiyi kamera orkestrinin
müşayiəti ilə konsertə hazırlaşıram.
Bakıda mənim iki konsertim olub. Onun biri alman kirxasında (Kapellhaus - red.), digəri
Opera və Balet Teatrında olub. Kirxada olan
konsertə prezident Heydər Əliyev də gəlmişdi.
Qeyd edim ki, həmin konsertim Azərbaycan
televiziyasında da yayımlandı.
- Əgər söhbət sizin
yaradıcılığınızdan gedirsə, mütləq
nardan da danışmalıyıq. Niyə əksər
əsərlərinizdə bu meyvənin təsviri
görünür?
- Mən bu meyvəni Göyçayda sevdim. Yadımdadır, 60-cı illər idi. Sevimli şairimiz Rəsul Rza məni bu rayona ova dəvət
etmişdi. Narı da o zaman «kəşf»
etdim. Mənə elə gəlirdi ki, sanki
günəş əlimdədir. Onu yeyərkən
elə bil ki, şərbət içirsən. Bir sözlə, narı təsvir edəndə bu meyvənin
şirəsinin, sanki dadını hiss edirəm və qəribə
səslənsə də, onu tamaşaçıya da
çatdırmaq istəyirəm. Bir də
narla rəngləri daha dolğun təsvir edə bilirəm.
- Azərbaycan rəssamlıq məktəbinin
bugünkü inkişafı haqqında fikirlərinizi də
bilmək maraqlı olardı...
- Azərbaycan xalqı istedadlı xalqdır. Elə bir təbiətimiz var ki, bəstəkarlara, rəssamlara
böyük yaradıcılıq enerjisi verir. Gənclərə gəlincə, deyərdim ki, onlar
öz milli ənənələrini kifayət qədər dəyərləndirə
bilmirlər. Bu, yaxşı hal deyil. Yalnız Qərb incəsənətini öyrənmək
azdır, özününkünü də öyrənmək
lazımdır. Abşeronun, Lənkəranın
sakit, gözəl təbiəti var. Azərbaycanımızın
hər bir guşəsi yaradıcı əhval yaradır.
Mən, demək olar ki, piyada bütün
Abşeronu gəzmişəm.
- Orta əsrlər, Teymurləng dövrü ilə
bağlı əsər yaratmaq istəyirsiniz. Bu
ideya sizdə necə yarandı?
- Bunun çox maraqlı tarixçəsi var. 1948-1949-cu
illərdə Səmərqənddə yaşamışam. O
zamanlar ora getmək çətin idi. Bir dəfə
gördüm ki, karvan keçir. Özbək
köçəriləri karvansaraya gəldilər. Saat 12-də nahar hazırladılar. Təsəvvür edin, qazan götürüb özbək
plovu bişirdilər. Mən də onlara
kömək etdim. Mənə elə gəldi
ki, Füzuli, Nəsimi dövrlərində yaşayıram.
Bu, teatr deyildi, həqiqət idi. Ona görə də məndə bu dövrlə
bağlı tablo yaratmaq ideyası yarandı.
- Yaradıcılığınızda İçərişəhər
də mühüm yer tutur...
- 15 yaşımdan İçərişəhəri
çəkməyə başlamışam. İlk
dəfə Şirvanşahları çəkmişəm.
Yadımdadır, evlərin damına
çıxıb İçərişəhərin
görüntülərini kağız üzərinə
köçürürdüm. Təsəvvür
edin, şəhərin mərkəzində çox qədim
bir şəhər var. Biz onu bu günə qədər
qorumuşuq. Qız qalasının
özü bir möcüzədir. Hər
zaman öz şəkillərimdə İçərişəhərin
bütün gözəlliyini göstərirəm. Bu, hələ də davam edir. Azərbaycandan
uzaqda yaşasam da bunları yaddan çıxarmaq
mümkün deyil. Bütün
yaradıcılığım boyu Azərbaycanla, İçərişəhərlə
bağlı çoxsaylı əsərlər
yaratmışam və bu, hər zaman belə olacaq.
- Deyilənlərə görə, sizin rəsmlərinizin
ilk tamaşaçısı həyat yoldaşınız Sevil
xanımdır...
- Xanımım mənə çox kömək edir və
hər zaman dəstəkləyir. Bir sözlə,
yaradıcılıq üçün gözəl mühit
yaradır. Oğlumuzun 9 yaşı olmasına baxmayaraq
ailə ənənəsi ona da təsir edib: incəsənətə
böyük həvəs göstərir.
Mehparə Sultanova
Mədəniyyət.-
2010.- 9 iyul.- S. 5.