Milli mətbuatın 135 illik yubileyi qeyd olundu

 

   Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işimüsabiqəsinin qalibləri Mədəniyyət Turizm Nazirliyi ilə fəal əməkdaşlıq edən jurnalistlər mükafatlandırıldı

     

   İyulun 9-da M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan mətbuatının 135 illik yubileyinə Mədəniyyətqəzeti redaksiyasının jurnalistlər arasında keçirdiyi müsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirildi.

  

   Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbuatının tarixi inkişaf yolundan danışdı. Ötən dövr ərzində milli mətbuatın çətin şərəfli inkişaf yolu keçdiyini deyən nazir Azərbaycanın ilk mətbu orqanı olanƏkinçi”nin maarifçilik ideyalarının təbliğində əvəzsiz xidmətləri olduğunu vurğuladı. Sovet hakimiyyəti illəri müstəqillik dövrünün Azərbaycan mətbuatından danışan Ə. Qarayev bildirdi ki, bu dövrlərdə ölkəmizdə milli-mənəvi dəyərləri, təhsil maarifçilik ideyalarını, müstəqillik, milli dövlətçilik məfkurəsini təbliğ edən istedadlı jurnalistlər fəaliyyət göstərib bu gün fəaliyyət göstərməkdədir.

   Mətbuatın mədəni inkişafın tərkib hissəsi olduğunu vurğulayan nazir ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə mətbuatın inkişafına xüsusi qayğı göstərildiyini, bu gün həmin siyasətin davam etdiyini vurğuladı.

   Mədəniyyət sahəsindən yazan jurnalistlərin əməyini yüksək qiymətləndirən nazir mətbuatı rəhbərlik etdiyi quruma dost hesab etdiyini xüsusi qeyd etdi: «Mətbuat hər bir ictimai qurumun, dövlət təşkilatının dostu olmalıdır. Dost tərəfindən edilən tənqid daha tez qəbul edilir. Təqdirəlayiq haldır ki, son dövrlər mədəniyyət sahəsi ilə bağlı yazılarda keyfiyyət məsələsinə önəm verilir. Biz istərdik araşdırma, təhlil aparılmaqla hazırlanan yazılar çox olsun. Jurnalist yaradıcılığında ədalətli baxış, qarşılıqlı hörmət dövlət siyasətinin təbliği nəzərə alınarsa, yazılar da oxucu üçün obyektiv maraqlı olar. Peşəkar tənqidə, peşəkar yazılara isə həmişə ehtiyac duyulur”.

   Nazir Ə. QarayevMədəniyyətqəzeti redaksiyasının keçirdiyi müsabiqəyə jurnalistlərin böyük maraq göstərdiyini bildirdi, maraqlı dəyərli yazılar təqdim etdiyinə görə müsabiqədə iştirak edən bütün jurnalistləri təbrik etdi. Hər bir qələm sahibi ilə, xüsusilə mədəniyyət turizm sahəsindən yazan, teleradio verilişləri hazırlayan jurnalistlərlə daima əməkdaşlığa hazır olduğunu deyən nazir bütün kütləvi informasiya vasitələri təmsilçilərini Azərbaycan milli mətbuatının yaranmasının 135 illik yubileyi münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Sizləri əmin edirəm ki, Mədəniyyət Turizm Nazirliyi bundan sonra da mətbuatla sıx əməkdaşlığı davam etdirəcək. İnanırıq ki, bizim dostlarımız - mətbuat orqanlarının nümayəndələri yenilikləri daim diqqətdə saxlayacaq biz bundan sonra da Azərbaycan mədəniyyətini, turizmin inkişafını lazımınca təbliğ edə biləcəyik”.

   Tədbirdə çıxış edənƏdalətqəzetinin təsisçisi, millət vəkili Aqil Abbas Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna qısa nəzər saldı. Mədəniyyət Turizm Nazirliyinin mətbuatın üzünə daim açıq olduğunu vurğulayan millət vəkili bunu yüksək qiymətləndirdi, bölgələrdə mədəniyyət sahəsində aparılan quruculuq tədbirlərindən danışdı. Maarifçilik ideyalarının, mədəniyyət siyasətinin təbliğində jurnalistlərin əməyini yüksək dəyərləndirən A.Abbas qarşıdan gələn bayram munasibətilə mətbuat işçilərini təbrik etdi, onlara xoş arzularını çatdırdı.

   «Mədəniyyət mövzusunda ən yaxşı jurnailst işi» müsabiqəsinin münsiflər heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid da tədbir təşkilatçılarına minnətdarlığını bildirərək öncə həmkarlarını təbrik etdi, jurnalist əməyinin əhəmiyyətindən danışdı: “Jurnalist əməyi ağır lazımlı, cəmiyyətin inkişafı üçün çox gərəkli bir əməkdir. Mən mədəniyyət mövzusunda yazıların qəzetlərin daha ön səhifələrində yer almasını arzulayıram. Mədəniyyət hər bir cəmiyyətin əsas atributlarındandır, onun varlığını mahiyyətini göstərən amillərdən biridir. Buna görə bu sahənin mətbuatda ön sıralarda olması lazımdır. Jurnalistlər isə yazdıqlarının ciddiliyini düşünməlidirlər”.

   Münsiflər heyətinin digər üzvü, BeynəlxalqAvrasiyaMətbuat Fondunun rəhbəri, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə ölkə prezidentinin imzaladığı sərəncama uyğun olaraq bütün regionlarda tədbirlər keçirildiyini dedi. O, Mədəniyyət Turizm Nazirliyinin mətbuatla yaxından əməkdaşlığını yüksək qiymətləndirdi, jurnalistləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

   Daha sonraMədəniyyətqəzeti redaksiyası tərəfindən bu ilin mart-iyun aylarında keçirilmişMədəniyyət mövzusunda ən yaxşı jurnalist işimüsabiqəsinin nəticələri elan olundu. Qeyd edək ki, müsabiqəyə iki nominasiya üzrə (qəzet-jurnal yazıları teleradio verilişləri) üzrə 60-dək material təqdim olunub.

   Münsiflər heyətinin qərarına əsasən, “Mədəniyyət mövzusunda ən yaxşı qəzet jurnal yazısı”na görəAzərbaycanqəzetinin əməkdaşı Flora Xəlilzadə I, “AzərTAc”-ın əməkdaşı Abdulla Suvar II (“525-ci qəzet”), “Ədalətqəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu III yerə layiq görülüb. Müjkan MəmmədzadəMədəniyyət» qəzeti) Loğman MəmmədzadəZaman-Azərbaycan» qəzeti) həvəsləndirici mükafatlarla təltif olunub.

   Mədəniyyət mövzusunda ən yaxşı teleradio verilişinominasiyasında I yerə Azərbaycan TeleviziyasınınXəbərlərredaksiyasının əməkdaşı Vüsalə Quliyeva, II III yerlərə “ANS” televiziyasının “Salam, Azərbaycan!” “Space” televiziyasınınMədəniyyət saatıverilişləri layiq görülüblər.

   Mədəniyyət turizm Əbülfəs Qarayev diplom pul mükafatlarını qaliblərə təqdim etdi.

   Sonra Azərbaycan mətbuatının 135 illik yubileyi ilə əlaqədar bir qrup jurnalist Mədəniyyət Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə fəxri fərman pul mükafatları ilə təltif olundular. Təltif olunan həmkarlarımız: “Pəncərəjurnalının baş redaktoru Günel Rzayeva, “Mədəniyyətkataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mədəni-maarifjurnalının baş redaktoru Yaşar Vəliyev, “Azər TAcinformasiya agentliyinin şöbə müdiri Ağaqulu Niftəliyev, Lent.az xəbər portalının əməkdaşı Xəyalə Muradlı, “Zerkaloqəzetinin əməkdaşı Liya Bayramova, APA informasiya agentliyinin əməkdaşı Ülkər Qasımova, “Trend” informasiya agentliyinin əməkdaşı Eldar Hüseynzadə, “Kaspiyqəzetinin əməkdaşı Lalə Bağırzadə, “525-ci qəzet”in əməkdaşı Hüsniyyə Mursaquliyeva, “İTAR-TASS” informasiya agentliyinin əməkdaşı Sevinc Abdullayeva, “Kaspiqəzetinin əməkdaşı Təranə Məhərrəmova, “Azərbaycan Review” jurnalının baş redaktoru Larisa Cavanşir, “Exoqəzetinin əməkdaşı Dilbər Axundzadə.

   Biz «Mədəniyyət» qəzeti olaraq bütün təltif olunan həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar cansağlığı arzulayırıq .

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2010.- 14 iyul. - S. 1; 9.