“Günay”
Uşaq Teatrı beynəlxalq festivaldan diplomla qayıdıb
Dövlət Musiqili Komediya
Teatrının yaradıcılıq
studiyasının “Günay”
Uşaq Teatrı Fransanın Tuluza şəhərində keçirilmiş
24-cü beynəlxalq uşaq
və gənclər kollektivlərinin teatr festivalından qayıdıb.
Dünyanın 10-dan artıq ölkəsinin
qatıldığı festivalda
MDB məkanından yalnız
Azərbaycan və Rusiya iştirak ediblər.
Festivalda “Günay”
Uşaq Teatrı yaradıcı kollektivinin oynadığı “Arşın
mal alan” tamaşası münsiflər
heyəti tərəfindən
yüksək qiymətləndirilib.
Kollektiv uğurlu çıxışına
görə diplom və digər mükafatlara layiq görülüb.
Teatrın direktoru
və baş rejissoru Larisa Tarusova bildirib ki, Azərbaycan
Respublikasının UNESCO yanında
daimi nümayəndəsi
Eleonora Hüseynova Parisdə “Günay” Uşaq Teatrının kollektivi ilə görüşüb, müvəffəqiyyətli
çıxışlarına görə onları təbrik edərək yeni yaradıcılıq uğurları arzulayıb.
Kollektiv Fransadakı uğuruna
görə 2011-ci ildə
Mərakeşdə keçiriləcək
beynəlxalq uşaq və gənclər teatr festivalına dəvət alıb.
Mədəniyyət.- 2010.- 14 iyul.- S. 5.