Turizm
xidmətində bələdçi
faktoru
Azərbaycan turizm sektoru
sürətlə inkişaf
etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün
cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə
yüksək standartlara
uyğun xidmətin göstərilməsi isə
bir çox faktorlardan asılıdır.
Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin,
bələdçi-tərcüməçilərin
rolunu ayrıca qeyd etmək lazımdır.
Ekskursiya xidmətinin keyfiyyəti bələdçilərin peşə
hazırlığından asılıdır
Respublika Turizm və
Ekskursiyalar Şurasının
sədr müavini Sabir Rəhimov deyir ki, ekskursiya
xidməti turistlərə
təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir.
Bu, həm yerli turistlər, həm də ölkəmizə gələn xarici turistlər üçün
eyni dərəcədə
gərəklidir: «Turizm
sektorunda ekskursiya xidməti mühüm əhəmiyyət kəsb
edir. Bu xidmət
informasiya-məlumatlandırıcı, təbliğat vasitəsi olmaqla yanaşı, həmçinin təşkilati,
vasitəçi, ticarət,
idman-əyləncə, bəzi
hallarda operativ-nəzarət
fəaliyyətini də
əhatə edir.
Yaxın məsafəli
və qısa müddətli səyahətlər
zamanı ekskursiya fəaliyyəti məhdudlaşır
və turistlər yalnız gəldiyi yerin tarixi və
mədəni obyektləri
ilə tanış
ola bilirlər. Belə halda informasiya-məlumatlandırıcı
və reklam-təbliğat
işi üstünlük
təşkil edir.
Uzun müddətli səyahətlər
zamanı isə ekskursiya xidməti kompleks fəaliyyətdən
ibarət olur. Təşkil
olunmuş tədbirlərin
proqram və tərkibindən asılı
olaraq bələdçilər
bu işdə mühüm rol oynayırlar. Ekskursiya bələdçisi
tədbirin əsas təşkilatçısı və
icraçısı olur,
turistlər hər hansı bir obyektə, muzeyə baş çəkdiyi zaman o, tərcüməçi
kimi də çıxış edir».
Ekskursiya xidmətinin keyfiyyəti
bu gün ilk növbədə bu sahədə çalışan
mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq
bacarığı ilə
müəyyən edilir.
Böyük bədii qalereyalar,
ixtisaslaşmış muzeylər,
sərgi salonları, yarmarkalar və digər turizm müəssisələri öz
işini mükəmməl
bilən ixtisaslı ekskursiya bələdçilərinin
xidmətlərindən istifadə
edirlər.
Həmsöhbətimiz deyir ki, turist
qrupunda ekskursiyaçıların
sayı, onun tərkibi, turistlərin milli mənsubiyyəti də ekskursiya xidmətinin keyfiyyətinə
təsir göstərir:
«Kiçik qrupu idarə etmək daha asandır və belə qrupa yaxşı nəzarət etmək olur. Əksinə, böyük qruplara
rəhbərlik etmək
çətinləşir. Belə halda turistlərin bir qismi üçün bədii qalereya, digərləri üçün
tarixi abidələr, üçüncülər üçün
isə ticarət obyektləri maraqlı ola bilər.
Hamının istəyini yerinə
yetirmək üçün
ekskursiya bələdçisi
bir növ dirijor rolunu ifa etməli və vaxtı elə bölüşdürməlidir
ki, hər bir turist öz
xüsusi istehlakçı
zövqünü təmin
etsin, yəni istədiyi yerə gedə bilsin, istədiyini görə bilsin. Belə hallarda yüksək
xidmət səviyyəsini
saxlamaq üçün
ekskursiya bələdçisindən
səbr, yüksək
ünsiyyət mədəniyyəti
və nəzakət tələb olunur».
Qarşılanma
- turistlər üçün
ilk təəssürat
Mütəxəssisin fikrincə, ekskursiya xidmətinin keyfiyyəti turist qruplarının qəbulu və yola salınması, turistlərin yerləşdirilməsi,
qidalanması, onların
ekskursiyalarda və digər tədbirlərdə
iştirakı ilə
müəyyən olunur:
«Ekskursiya bələdçiləri
turistlərə göstərilən
əsas və əlavə xidmətlər
haqqında məlumatlarla,
qrup rəhbərinin hüquq və vəzifələri, turistlərin
turizm kompleksində qalma proqramı və digər sənədlərlə yaxından
tanış olmalıdırlar.
Bundan əlavə, bələdçilər
turistlərin gəlmə
gününü, vaxtı
və yerini, turistləri ölkəyə,
əraziyə gətirən
nəqliyyatın növünü,
qrupu qarşılayan nəqliyyatı, yerləşdiyi
mehmanxananın adını,
ünvanını və
təşkil olunmuş
turist qruplarının
xidmətinə aid olan
hər bir şeyi bilməlidir».
Turistlərdə gəldiyi ölkənin
qonaqpərvərliyi haqqında
ilk təəssürat onların
qarşılanması zamanı
yaranır. Bu mərhələdə
turistlər onlara tanış olmayan mühitə düşür və ölkənin dilini bilmədikləri üçün
sərhəd və gömrük işçiləri
ilə münasibətlərdə
çətinlik çəkirlər.
S.Rəhimovun dediyinə
görə, bu halda da onların
köməyinə bələdçi
gəlməli, bütün
məsələlərin həllində
turistlərə yardımçı
olmalıdır: «Turizm
iqtisadi proseslərin üstünlük təşkil
etdiyi sahədir. Bu, ekskursiya bələdçisindən
nəinki zəngin ümumi mədəniyyətə,
həm də əsaslı iqtisadi hazırlığa malik olmağı tələb edir. Çünki o, müəyyən marşrut üzrə səyahət proqramını,
ekskursiya qiymət cədvəlini, maliyyə
hesabatlarını tərtib
etməyi bacarmalıdır.
Bələdçinin xarici dil hazırlığı da əsas şərtdir, əks halda, o, xarici turistlərlə birbaşa əlaqə yarada bilməz. Bələdçi nə qədər
çox dil bilirsə, turizm mütəxəssisi kimi öz ölkəsinin nüfuzunu daha da yüksəltmiş olur.
Bələdçi üçün xarici turistlərin milli istehlakını, mədəni məişətini,
adət və ənənələrini bilmək
çox önəmlidir.
Ekskursiya xidməti prosesində o, qrupun sosial-psixoloji durumu ilə yaxından tanış olmalıdır. Çünki vaxtında turistlərin
zövqlərinə, istəklərinə
və əhval-ruhiyyəsinə
öz münasibətini
bildirməlidir. Bir sözlə,
turistlərə göstərilən
xidmətlərin səviyyəsi
bələdçinin bilik
və təcrübəsindən
çox asılıdır».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.-
14 iyul.- S. 8.