Məlahət Abbasova Türkiyədə mükafata
layiq görülüb
“TÜRKSOYla İpək Yolu”
jurnalının təsis etdiyi ənənəvi “Türk
dünyasına xidmət mükafatları”nın laureatları
məlum olub.
Bu il “Türk dünyası mədəniyyət
və sənət mükafatı”na azərbaycanlı aktrisa Məlahət
Abbasova layiq görülüb.
İstanbulda keçirilmiş mərasimdə
Türkiyə baş nazirinin müavini Bülənt Arınc
mükafatları laureatlara təqdim edib. Laureatlar arasında
Türkiyənin dövlət naziri Faruk Çəlik, “Azerfon”
şirkəti İdarə Heyətinin üzvü Cüneyt
Türkta, şair-publisist Bülənt Bakilər, digər
siyasi və ictimai xadimlər var. ARDNŞ-in Türkiyədə
sahibi olduğu “Pektim” şirkəti isə “İlin müəssisəsi”
mükafatına layiq görülüb.
Mədəniyyət.- 2010.-
14 iyul.- S. 11.