Yeni cizgi filmləri istehsal olunub

 

   “Azanfilm” kinostudiyası tərəfindən bir neçə yeni animasiya filmi istehsal olunub. Bu barədə məlumat verən “Azanfilm”in direktoru Elçin Hami Axundov bildirib ki, yeni cizgi filmlərindən biri ”İt sərgisi” adlanır.

   

   Filmin quruluşçu rejissoru və rəssamı Arif Məhərrəmovdur. Azyaşlı tamaşaçıların maraqla izləyəcəyi “İt sərgisi” animasiya filminin istehsalı artıq başa çatıb və bu günlərdə ekranlarda nümayişi nəzərdə tutulur.

   Elçin Hami Axundovun sözlərinə görə, gələn həftə “Tırtılın arzusu” adlı animasiya filminin istehsalı başa çatacaq. Sözügedən cizgi filminin ssenari müəllifi Gülşən Tofiqqızı, rejissoru isə Firəngiz Quliyevadır.

   Hazırda istehsal olunması üçün daha 5-6 cizgi filminin ssenarisi hazırlanır və yaxın müddətdə bu ssenarilər əsasında animasiya filmlərinin çəkilişlərinə başlanılacaq. Elçin Hami Axundov yeni istehsal olunan animasiya filmlərinin beynəlxalq festivallarda iştirakını da istisna etməyib.

 

 

   Mədəniyyət.- 2010.- 14 iyul.- S. 11.