Sədayə Mustafayeva: ana obrazlarının mahir ifaçısı

 

   Xalq artisti, teatrkino aktrisası Sədayə Mustafayeva 1926-cı iyulun 15-də Şəki şəhərində anadan olub. Teatr səhnəsində ilk çıxışlarını da bu şəhərdə, Şəki Dövlət Dram Teatrında edib. İlk dəfə səhnəyə qədəm qoyanda Sədayənin cəmi 12 yaşı var idi. Ona Süleyman Rüstəmin "Qaçaq Nəbi" tamaşasında Çimnaz rolu tapşırılmışdı. Onun sənət taleyində görkəmli səhnə ustaları İsmayıl Dağıstanlı və Möhsün Sənaninin də rolu olub. Görkəmli akyorların bölgələrə növbəti səfəri zamanı Şəkidə teatr həvəskarları arasında yeniyetmə Sədayənin ifasını görüb bəyənmiş, onun peşəkar teatr sənətində fəaliyyətinə xeyir-dua vermişdilər.

  

   1942-ci ildən Şəki teatrında bir sıra maraqlı obrazlar yaradan Sədayə Mustafayeva sonra fəaliyyətini AğdaşGöyçay teatrlarında davam etdirib.

   1950-ci ildən Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaradıb. "Vaqif" də Xuraman, Gülnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Kəndçi qızı"nda Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, “Atayevlər ailəsi"ndə Dilşad xanım, "Xurşidbanu Natəvan"da Natəvan, "Qonşular"da Mətanət, “Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və.s obrazları S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyoraktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir.

   Xalq artisti S.Mustafayeva həmçinin «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan 20-dən artıq filmə çəkilib. O, milli kinomuzda ana obrazlarının mahir ifaçısı idi. Bu xüsusda "Qanun naminə" filmində Xatun, "Mən ki gözəl deyildim"də Gözəl, "Şərikli çörək"də Şamama, "Qayınana"da Mülayim, "Ölsəm, bağışla"da Suğra xala, " atlı oğlan"da Mirvari nənə, "Həm ziyarət, həm ticarət"də anabaşqa obrazları misal göstərmək olar.

   1958-ci ildə Əməkdar artist, 1981-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

   Sədayə Mustafayeva aktyorluq sənətinə olduqca məsuliyyətlə yanaşan, hər bir rolu özü üçün bir növ imtahan sayan narahat bir sənətkar olub. O, yaratdığı hər bir obrazın varlığını tamaşaçılara çatdırmaqdan ötrü əziyyətə qatlaşan, bu yolda axtarışlar aparan fədakar səhnə ustası idi.

   Sədayə Mustafayeva 2004-cü ildə dünyasını dəyişib.

  

 

   Vüqar Orxan

 

   Mədəniyyət.- 2010.- 14 iyul.- S. 14.